Firəngiz Əlizadə: “İpək YoluFestivalı bu dəfə şəkililərə qonaqlara unudulmaz anlar yaşadacaq

 

 

Şəki şəhəri yenidən öz qapılarını “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı üçün açıb. Yenə də gözəl Şəkidəyik, XIII Beynəlxalq Musiqi Festivalını keçiririk. Festivalımız “İpək Yolu” adlanır və biz neçə illərdir ki, bu yolla addımlayır, gedirik. Şəkililər musiqini çox sevir və böyük maraqla konsertlərimizə gəlirlər. Əminəm ki, builki festivalımız da yüksək səviyyədə keçəcək.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şəki “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə söyləyib.

İndiyədək keçirilən festivallarda dünyanın 35 ölkəsindən tanınmış musiqi kollektivlərinin iştirak etdiyini vurğulayan Firəngiz Əlizadə deyib: “Builki festivalın proqramı da çox zəngindir. Festivalda Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Özbəkistan və Qazaxıstandan gəlmiş rəqs və musiqi kollektivləri, ifaçılar iştirak edirlər. Festivalın bağlanış mərasimində Fikrət Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı çıxış edəcək. İnanıram ki, möhtəşəm musiqi bayramı kimi gözəl bir ənənəyə çevrilən və artıq on üçüncü dəfədir keçirilən Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı bu dəfə də şəkililərə və qonaqlara unudulmaz anlar yaşadacaq. Musiqi, dostluq və həmrəylik bayramına çevrilən festival yenə də insanların qəlbində gözəl duyğular, silinməz təəssüratlar yaradacaq”.

 

Azərbaycan.-2024.- 7 iyul (¹ 140).- S.13.