Bakıda
hind aktyorların iştirakı ilə film çəkilir
Bu günlərdə
"Azərbaycanfilm" kinostudiyasının
həyətində hindistanlı
aktyor Ajut Kumarın rol aldığı "Vidaamuyarchi"
("Cəhd etmək")
filminin çəkilişləri
aparılıb.
AZƏRTAC xəbər verir ki, filmin
çəkilişləri "Film Bridge Azerbaijan" şirkətinə
həvalə olunub. Filmin prodüseri Emin Quliyev deyib
ki, ekran əsərinin çəkilişləri
ötən ilin oktyabr ayında başlayıb, dekabrda fasilə verilib və indi yenidən
davam etdirilir. Filmin bəzi kadrları Xızı, Qobustan, Ələt, Şamaxı ərazisində
aparılıb. İndiyədək
30-dan çox hind film layihəsini Azərbaycana gətirdiklərini
söyləyən E.Quliyev
söyləyib ki, onlar ilk növbədə,
məkanlara gəlib baxıblar. "Layihəyə
başlayanda seçimdə
Birləşmiş Ərəb
Əmirlikləri (Əbu-Dabi
şəhəri), habelə
Mərakeş və Azərbaycan var idi. Hər üç
ölkəni gəzib
Azərbaycanı seçdilər.
Səhralığı Qobustanda
və Xızıda lentə aldılar. Bədii filmin birinci hissəsində hadisələr bütünlüklə
Azərbaycanı əks
etdirir. Sonradan Gürcüstanda da çəkilişlər olmalı
idi. Azərbaycana tam uyğunlaşdıqları
üçün Gürcüstan
səhnələrini də
Azərbaycanda lentə
aldılar. Filmi lentə alan şirkət Hindistanın
cənubunda, Tamilnad ştatının Çennai
şəhərində yerləşir".
Azərbaycan Mədəniyyət
Nazirliyinin ölkəmizin
təbliği məqsədilə
bu cür çəkilişlərin aparılmasına
dəstək olduğunu
söyləyən filmin
prodüseri deyib ki, bu ekran
əsərində bizim
aktyorlardan Xalq artisti Vidadi Həsənov, həmçinin
Cavanşir Hadıyev,
Tural Əhməd, Vüsalə Ağayeva və Svetlana Bulaxın rol alıb.
Qeyd edim ki, "Vidaamuyarchi" filmi rejissor Magizh Thirumeni tərəfindən lentə
alınan döyüş
filmidir. "Lyca Productions" və "Subaskaran Allirajah" tərəfindən
istehsal olunur. Filmin Hindistan premyerası 2024-cü ilin
oktyabrında nəzərdə tutulub.
Azərbaycan.-2024.-
7 iyul (№ 140).- S.13.