Milli
Yaylaq Festivalı: türk xalqlarının ortaq tədbiri
Göygöl rayonunun
Sarıyel ərazisində
yerləşən "Xan yurdu" yaylağında
böyük izdiham
yaşanırdı. Yüzlərlə insan III Milli Yaylaq festivalının
açılışına toplaşmışdı.
Geniş coğrafi
məkanda yaşayan türksoylu xalqların ortaq tarixi ənənələrinin
və mədəniyyətlərinin
qarşılıqlı tanıdılması
və bu sahədə xalqlararası
mədəni-etnoqrafik, elmi-praktik
əməkdaşlıq üçün
uğurlu və əlverişli platforma olan, zəngin yaylaq ənənələrinin
və unikal elat mədəniyyətinin
yaşadılması, tanıdılması
və təbliği məqsədilə keçirilən
festival insanlarda əsl bayram əhvali-ruhiyyəsi yaratmışdı.
Festivalın iyulun
5-də keçirilən rəsmi
açılışında qonaqları simvolik olaraq Dədə Qorqud qarşıladı, boy boyladı, söz söylədi, xeyir-dua verdi. Sonra nağaraçıların
müşayiətində igidlərin
qılınc rəqsi
nümayiş olundu. Ardınca iştirakçılar
müxtəlif xalqların
adət-ənənələri ilə tanış oldular, pəhləvanların
çıxışlarını izlədilər.
Gənclər və
idman naziri Fərid Qayıbov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin
Paşayev və
qonaqlar ərazini gəzərək Milli Yaylaq Festivalında görülən işlərlə
tanış oldular. Onlar etnoqəsəbənin
ərazisində yaşayan
yurdları, Cıdır
Meydanı, "Yaylaq bazarı", "Sənətkarlıq
guşəsi", "Dədə
Qorqud ocağı",
"Yaylaq yatağı",
"Pəhləvan meydanı",
"Aşıq Ələsgər
ocağı", "Yaylaq
süfrəsi" və
digər müxtəlif
mövzulu sahələrə
baxdılar, etnik musiqi qruplarının çıxışlarını izlədilər, milli rəqsləri, xalq mahnılarını, Azərbaycanda
yaşayan azsaylı xalqların mədəniyyət
nümunələrini, səhnəciklər
və teatr kompozisiyalarını, xalq
oyunlarını seyr etdilər.
Festivalda Kiçik
və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı
ilə keçirilən
sərgi-satış yarmarkasında
KOB subyektləri tərəfindən
hazırlanan şəbəkə
sənəti, rəssamlıq,
xalçaçılıq, taxta oyma, milli
musiqi alətləri nümunələri və
müxtəlif əl işləri nümayiş
olunurdu. Mikro və kiçik sahibkarlar tərəfindən
istehsal edilən məhsulların satışına
dəstək olmaq və onları tanıtmaq, istehsalçılar
və təchizatçılar
arasında əlaqələrin
genişləndirilməsi məqsədilə
keçirilən "KOB Fest"
satış-yarmarkasında Göygöl, eləcə
də ətraf rayon və şəhərlərdən
ümumilikdə 100-dən çox
KOB subyektinin 1500-dən çox
çeşiddə məhsul
və xidmətləri
sərgilənirdi. Quraşdırılmış
səhnədə isə
ölkəmizin musiqi kollektivləri, həmçinin
Türkiyə, Qazaxıstan,
Özbəkistan, Qırğızıstan
və digər ölkələrdən olan
ifaçılar bir-birini
əvəzləyirdi.
Bu gün yekunlaşan III Milli Yaylaq Festivalı "Cavad xan" Tarix və Mədəniyyət
Fondu ilə "Kap.az
- Fərqli Turizm MMC-nin təşkilatçılığı,
Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Türk Əməkdaşlıq və
Koordinsiya Agentliyi
(TİKA), Dünya Etnoidman
Konfederasiyası, Gəncə
şəhər, Göygöl
rayon icra hakmiyyətləri, Dövlət
Məşğulluq Agentliyi
və KOBİA-nın
dəstəyi ilə təşkil olunmuşdur.
Sabir ƏLİYEV,
Azərbaycan.-2024.-
7 iyul (№ 140).- S.16.