"Elektroenergetika
haqqında" Azərbaycan
Respublikasının 2023-cü il 11 aprel tarixli
858-VIQ nömrəli Qanununun
icrası ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi
qanunlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci, 10-cu, 11-ci, 20-ci və 24-cü bəndlərini rəhbər
tutaraq, "Elektroenergetika
haqqında" Azərbaycan
Respublikasının 2023-cü il 11 aprel tarixli
858-VIQ nömrəli Qanununun
icrası ilə əlaqədar qərara alır:
Maddə 1. "Dövlət
rüsumu haqqında"
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2001, № 12, maddə
740 (Cild I); 2024, № 1, maddələr
10, 16) 18.76-cı maddəsində "Müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən müəyyən
edilən güc həddindən" sözləri
"200 kilovatdan" sözləri
ilə əvəz edilsin.
Maddə 2. "Hidrotexniki
qurğuların təhlükəsizliyi
haqqında" Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2003, № 2, maddə 78 (Cild
I) 2.1-ci maddəsindən "Elektrik və istilik stansiyaları haqqında"," sözləri
çıxarılsın.
Maddə 3. "Ölçmələrin
vəhdətinin təmin
edilməsi haqqında"
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2013, № 7, maddə
778 (Cild I); Azərbaycan
Respublikasının 2024-cü il 5 mart tarixli
1108-VIQD nömrəli Qanunu)
13.2-ci maddəsindən "Elektrik və istilik stansiyaları haqqında"," sözləri
çıxarılsın.
Maddə 4. "Lisenziyalar
və icazələr haqqında" Azərbaycan
Respublikasının Qanununa
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, № 4, maddə 632 (Cild
I) 3 nömrəli əlavə
- "Sahibkarlıq fəaliyyətinə
verilən icazələrin
siyahısı"nda aşağıdakı
dəyişikliklər edilsin:
4.1. 53-cü maddədə "müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilən güc həddindən" sözləri
"su elektrik stansiyaları və bio kütlədən alınan qaz və ya digər
yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyalarında elektrik enerjisinin istehsalı üzrə 500 kilovatdan, digər hallar üzrə isə 150 kilovatdan" sözləri
ilə əvəz edilsin;
4.2. 57-ci maddədə "müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilən güc həddindən" sözləri
"200 kilovatdan" sözləri
ilə əvəz edilsin.
Maddə 5. "Elektrik
enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə
haqqında" Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2021, № 7, maddə 702 (Cild
I) aşağıdakı dəyişikliklər
edilsin:
5.1. 1-ci maddə üzrə:
5.1.1. 1.1.2-ci maddəyə "təchizatı" sözündən
əvvəl "paylanması,"
sözü əlavə
edilsin;
5.1.2. 1.1.7-ci maddədə "təchizatı" sözü
"paylanması" sözü
ilə əvəz edilsin;
5.1.3. 1.1.9-cu maddədə "elektrik şəbəkəsi
üzrə dövlət
elektroenergetika müəssisəsi,
elektrik təchizatı
şəbəkəsi üzrə
enerji təchizatı müəssisəsi" sözləri
"şəbəkə üzrə
ötürücü sistem
operatoru, paylayıcı
şəbəkə üzrə
paylayıcı sistem operatoru" sözləri
ilə əvəz edilsin;
5.1.4. 1.1.12-ci maddədə "müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqanın (qurumun) müəyyən etdiyi güc həddinədək"
sözləri "150 kVt-dək
(150 kVt daxil olmaqla)" sözləri ilə əvəz edilsin;
5.1.5. 1.1.15-ci maddədə "dövlət elektroenergetika
müəssisəsi" sözləri
"ötürücü sistem
operatoru" sözləri
ilə əvəz edilsin;
5.1.6. 1.1.16-cı maddədə
"dövlət elektroenergetika
müəssisəsi" sözləri
"ötürücü sistem
operatoru" sözləri
ilə, "qeyri-balansın"
sözü "elektrik
enerjisinin qeyri-balansının"
sözləri ilə əvəz edilsin və həmin maddəyə "elektrik enerjisi istehsalının,"
sözlərindən sonra
"saxlanmasının," sözü əlavə edilsin;
5.2. 6.4.5-ci maddədə "dövlət elektroenergetika
müəssisəsi və
enerji təchizatı müəssisəsinin" sözləri
"ötürücü və
paylayıcı sistem operatorlarının" sözləri
ilə əvəz edilsin;
5.3. 8.4.3-cü maddədə "dövlət elektroenergetika
müəssisəsi və
ya enerji təchizatı müəssisəsi"
sözləri "ötürücü və ya paylayıcı sistem operatorları" sözləri ilə əvəz edilsin;
5.4. 10.1-ci maddədə "elektrik təchizatı şəbəkəsinə" sözləri "paylayıcı
şəbəkəyə" sözləri ilə əvəz edilsin;
5.5. 14-cü maddədə "Müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən müəyyən
edilmiş" sözləri
"Elektroenergetika haqqında"
Azərbaycan Respublikası
Qanununun 8.1.1-ci maddəsində
nəzərdə tutulmuş"
sözləri ilə əvəz edilsin;
5.6. 17-ci maddə üzrə:
5.6.1. 17.1-ci maddədə "müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən" sözləri
"Elektroenergetika haqqında"
Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq" sözləri ilə əvəz edilsin;
5.6.2. 17.3-cü maddədə "dövlət elektroenergetika
müəssisəsi və
ya enerji təchizatı müəssisəsi"
sözləri "ötürücü
və ya paylayıcı sistem operatorları" sözləri
ilə əvəz edilsin;
5.7. 19-cu maddənin adında,
19.1-ci və 19.2-ci maddələrin
birinci abzaslarında
"Dövlət elektroenergetika
müəssisəsi və
enerji təchizatı müəssisəsinin" sözləri
"Ötürücü və
paylayıcı sistem operatorlarının" sözləri
ilə əvəz edilsin.
Maddə 6. Bu Qanunun 5.1.3-cü, 5.2-ci, 5.3-cü, 5.6.2-ci və 5.7-ci maddələri paylayıcı
sistem operatoruna münasibətdə 2025-ci il
iyulun 1-dən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
31 may 2024-cü il
Azərbaycan.-2024.-
9 iyul, № 141.- S.2.