"Hüquqi
şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
10-cu bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. "Hüquqi
şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004, № 1, maddə 8 (Cild
I) aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 2.0.11-ci maddədən "və ona əlavə
edilən sənədlər"
sözləri çıxarılsın;
1.2. 2.0.16-cı maddədə "əcnəbi və vətəndaşlığı olmayan şəxsə"
sözləri "təsisçiyə
(təsisçilərə)" sözləri ilə,
"və ona" sözləri ",təsisçi xarici
hüquqi şəxs olduğu təqdirdə isə həmçinin həmin ərizəyə"
sözləri ilə və həmin maddənin sonunda nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz edilsin;
1.3. aşağıdakı məzmunda 2.0.17-ci və
5.8-ci maddələr əlavə
edilsin:
"2.0.17. sanksiya tətbiq
edilməli olan fiziki şəxslər və qurumlar - "Hədəfli maliyyə sanksiyaları haqqında"
Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş
fiziki şəxslər
və qurumlardır.";
"5.8. Azərbaycan Respublikasının Mülki
Məcəlləsində müəyyən
edilən müddət
ərzində tamamilə
ödənilmiş nizamnamə
kapitalı barədə
5 (beş) iş günü müddətində
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqana (quruma) məlumat verilməlidir.";
1.4. 5-1-ci maddə üzrə:
1.4.1. 5-1.1-ci maddənin üçüncü cümləsində
"Həmin" sözü
"Təsisçi (təsisçilər)
həmin" sözləri
ilə, "keçməklə
elektron ərizə formasını doldurur"
sözləri "keçməlidir"
sözü ilə əvəz edilsin və həmin maddənin dördüncü
cümləsi çıxarılsın;
1.4.2. 5-1.2-ci və 5-1.3-cü maddələr aşağıdakı
redaksiyada verilsin:
"5-1.2. Adi elektron
dövlət qeydiyyatı
zamanı təsisçi
(təsisçilər) elektron
ərizə formasını
doldurur, işçilərlə,
o cümlədən Azərbaycan
Respublikasının ərazisində
daimi yaşamaq üçün icazəsi
olan əcnəbi və vətəndaşlığı
olmayan işçilərlə
ilk dəfə bağlanılan əmək
müqaviləsinin məlumatlarını
həmin ərizəyə
daxil edir, ərizədə qeyd olunan məlumatlar əsasında elektron sənəd formasında yaradılan nizamnamə ilə real vaxt
rejimində tanış
olur və onu gücləndirilmiş
elektron imza ilə təsdiq edir. Adi elektron
dövlət qeydiyyatı
zamanı təsisçi
tərəfindən qanunvericiliyin
tələbinə uyğun
olaraq hazırlanmış
nizamnamə elektron ərizə formasına əlavə oluna bilər.
5-1.3. Sürətli elektron
dövlət qeydiyyatı
zamanı təsisçi
fiziki şəxs elektron ərizə formasında yalnız təkbaşına icra orqanının rəhbəri,
fəaliyyət sahəsi
və işçilərlə,
o cümlədən Azərbaycan
Respublikasının ərazisində
daimi yaşamaq üçün icazəsi
olan əcnəbi və vətəndaşlığı
olmayan işçilərlə
ilk dəfə bağlanılan əmək
müqaviləsinin məlumatlarını
göstərir. Bu halda təsisçi elektron sənəd formasında yaradılan nizamnamə ilə real vaxt rejimində
tanış olur və onu gücləndirilmiş
elektron imza ilə təsdiq edir.";
1.4.3. aşağıdakı məzmunda 5-1.3-1-ci maddə
əlavə edilsin:
"5-1.3-1. Yerli investisiyalı
məhdud məsuliyyətli
cəmiyyətlərin elektron
dövlət qeydiyyatı
zamanı təsisçi
(təsisçilər) və
qanuni təmsilçi
(qanuni təmsilçilər)
eyni şəxs olmadıqda, ərizə həm təsisçi (təsisçilər), həm
də qanuni təmsilçi (qanuni təmsilçilər) tərəfindən
gücləndirilmiş elektron
imza ilə təsdiq edilməlidir.";
1.4.4. 5-1.8-ci maddə aşağıdakı redaksiyada
verilsin:
"5-1.8. Yerli investisiyalı
məhdud məsuliyyətli
cəmiyyətlərin elektron
dövlət qeydiyyatı
zamanı elektron ərizəyə daxil edilmiş işçilərlə
ilk dəfə bağlanılan əmək
müqaviləsinin məlumatları
qeydiyyat prosesi başa çatdıqdan (dövlət qeydiyyatı haqqında şəhadətnamə,
dövlət reyestrindən
çıxarış və
nizamnamə elektron kabinetə göndərildikdən)
sonra avtomatik olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.";
1.5. 6.1.3-cü maddənin ikinci cümləsində və 7.1.1-ci maddədə
"hüquqi şəxsin
yerləşdiyi ölkədə
Azərbaycan Respublikasının
diplomatik nümayəndəliyi
və ya bu ölkədə Azərbaycan Respublikasının
mənafeyini təmsil
edən digər ölkənin diplomatik nümayəndəliyi tərəfindən
(belələri olmadıqda,
müstəsna hal kimi Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanı tərəfindən)"
sözləri "Azərbaycan
Respublikasında müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum), Azərbaycan Respublikasının hüdudlarından
kənarda isə Azərbaycan Respublikasının
diplomatik nümayəndəliyi
və ya konsulluğu tərəfindən"
sözləri ilə əvəz edilsin;
1.6. 7-2-ci maddə üzrə:
1.6.1. 7-2.1-ci maddədə "əcnəbi və ya vətəndaşlığı
olmayan şəxs"
sözləri "təsisçi
(təsisçilər)" sözləri ilə əvəz edilsin, həmin maddəyə
"qeydiyyatının" sözündən sonra
"(yenidən təşkil
nəticəsində yaranan
məhdud məsuliyyətli
cəmiyyət istisna olmaqla)" sözləri və aşağıdakı
məzmunda ikinci - beşinci cümlələr
əlavə edilsin:
"Xarici investisiyalı
məhdud məsuliyyətli
cəmiyyətin elektron
dövlət qeydiyyatı
zamanı təsisçi
xarici hüquqi şəxs olduğu təqdirdə, onun qeydiyyatını təsdiq
edən sənədlər
- ticarət reyestrindən
çıxarış, qeydiyyat
şəhadətnaməsi və
qeydiyyatı təsdiq
edən digər əlaqəli sənədlər
ərizəyə əlavə
olunmalıdır. Qeydiyyatı
təsdiq edən sənədlərin konsul leqallaşdırılması tələb
olunduğu zaman bu sənədlər həmin xarici hüquqi şəxs tərəfindən Azərbaycan
Respublikasında müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqana (quruma), Azərbaycan Respublikasının hüdudlarından
kənarda isə Azərbaycan Respublikasının
diplomatik nümayəndəliyinə
və ya konsulluğuna təqdim olunur. Qeydiyyatı təsdiq edən sənədlər müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) və ya diplomatik nümayəndəlik
(konsulluq) tərəfindən
leqallaşdırılaraq, müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının
dövlət dilinə
tərcüməsinin təsdiq
olunması məqsədilə
"Elektron notariat"
informasiya sisteminə,
tərcüməsi notariat
qaydasında təsdiq
olunduqdan sonra sorğu əsasında müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqanın (qurumun) informasiya sisteminə ötürülür. Elektron
şəhadətnamə (apostil)
verilmiş xarici rəsmi sənədlər
isə "Notariat haqqında" Azərbaycan
Respublikası Qanununun
27-ci maddəsinə uyğun
olaraq yoxlanıldıqdan
və "Elektron notariat" informasiya sistemi vasitəsilə tərcüməsi notariat
qaydasında təsdiq
olunduqdan sonra sorğu əsasında müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqanın (qurumun) informasiya sisteminə ötürülür.";
1.6.2. 7-2.2-ci maddə aşağıdakı redaksiyada
verilsin:
"7-2.2. Elektron dövlət
qeydiyyatı zamanı
ərizədə təsisçi
(təsisçilər) fəaliyyət
sahəsi, işçilərlə,
o cümlədən Azərbaycan
Respublikasının ərazisində
daimi yaşamaq üçün icazəsi
olan əcnəbi və vətəndaşlığı
olmayan işçilərlə
ilk dəfə bağlanılan əmək
müqaviləsinin məlumatlarını
göstərir, özü
tərəfindən daxil
edilmiş məlumatlara
əsasən elektron sənəd formasında yaradılan nizamnamə ilə real vaxt
rejimində tanış
olur və onu gücləndirilmiş
elektron imza ilə təsdiq edir.";
1.6.3. 7-2.3-cü maddə ləğv edilsin;
1.6.4. 7-2.4-cü maddənin ikinci cümləsinə
"göndərilir" sözündən
sonra "və işçilərlə, o cümlədən
Azərbaycan Respublikasının
ərazisində daimi yaşamaq üçün
icazəsi olan əcnəbi və vətəndaşlığı olmayan işçilərlə
ilk dəfə bağlanılan əmək
müqaviləsinin məlumatları
avtomatik olaraq müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqanın (qurumun) informasiya sisteminə ötürülür" sözləri
əlavə edilsin;
1.7. 11.3-cü maddə üzrə:
1.7.1. 11.3.2-1-ci maddədə "Qeyri-hökumət təşkilatlarının"
sözləri "hüquqi
şəxslərin (publik
hüquqi şəxslər
və müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş nizamnaməsi ilə dövlət nəzarəti
və yoxlama funksiyaları verilmiş hüquqi şəxslər
istisna olmaqla)" sözləri ilə əvəz edilsin və həmin maddəyə (birinci halda) "dövlət"
sözündən sonra
"orqanlarının (qurumlarının)"
sözləri əlavə
edilsin;
1.7.2. 11.3.3-cü maddədən
"firma adlarının
qorunması haqqında
qanunvericiliyin tələbləri
pozulduqda və ya" sözləri çıxarılsın;
1.7.3. aşağıdakı məzmunda 11.3.3-1-ci və
11.3.3-2-ci maddələr əlavə
edilsin:
"11.3.3-1. kommersiya qurumlarına münasibətdə
bu Qanunun
11.3.1-11.3.2-1-ci və 11.3.3-2-ci maddələrində nəzərdə
tutulanlardan əlavə
olaraq, həmçinin:
11.3.3-1.1. eyni adlı
hüquqi şəxs qeydiyyata alınmış
olduqda;
11.3.3-1.2. dövlətin və ya bələdiyyənin
təsisçisi olduğu
hüquqi şəxslər
istisna olmaqla, hüquqi şəxsin adında Azərbaycan Respublikası dövlət
orqanlarının (qurumlarının)
və ya yerli özünüidarəetmə
orqanlarının tam və ya qısaldılmış
adlarından (qısaldılmış
adın ayrıca söz kimi mövcud
olduğu hallar istisna olmaqla) istifadə edildikdə;
11.3.3-1.3. dövlətin təsis etdiyi və ya dövlətin
payı olan hüquqi şəxslər
istisna olmaqla, hüquqi şəxsin adında Azərbaycan Respublikası və ya Azərbaycan Respublikasının dövlət
orqanları (qurumları)
və ya yerli özünüidarəetmə
orqanları ilə əlaqəli olması təəssüratı yaradan
söz və ya ifadələrdən istifadə edildikdə;
11.3.3-1.4. əsassız olaraq dövlət tərəfindən lisenziyalaşdırıldığı
və ya digər formada səlahiyyətləndirildiyi barədə
mülki dövriyyə
iştirakçılarında çaşqınlıq yarada
bilən adlardan istifadə edildikdə;
11.3.3-1.5. hüquqi şəxsin
adında milli qəhrəmanların və
şəhidlərin adlarından
(onların və ya vərəsələrinin
icazəsi olmadan) istifadə edildikdə;
11.3.3-1.6. dövlət qeydiyyatına alınmış
hüquqi şəxsin
adının bir və ya iki
hərfinin dəyişdirilməsi
və ya yeni hərfin (sözün mənasının
dəyişdiyi hallar istisna olmaqla), işarənin (rəqəmlər
istisna olmaqla) əlavə edilməsi, habelə adındakı sözlərin yerinin dəyişdirilməsi ilə
mülki dövriyyə
iştirakçılarında çaşqınlıq yarada
biləcək addan istifadə edildikdə;
11.3.3-1.7. hüquqi şəxsin
adında Azərbaycan
əlifbasında olan hərflər, rəqəmlər,
"nöqtə", "vergül", "dırnaq",
"defis" və
"nömrə" işarələri
istisna olmaqla, digər işarələr
və simvollardan istifadə edildikdə;
11.3.3-1.8. xarici ölkələrdə
mövcud olan hüquqi şəxslərin
təşkilati-hüquqi formalarını
əks etdirən termin və ya qısa adlardan
istifadə edildikdə
(xarici hüquqi şəxslərin nümayəndəlik
və ya filialları istisna olmaqla);
11.3.3-1.9. hüquqi şəxsin
adında xarici ölkələrin tam və ya qısaldılmış
rəsmi adlarından istifadə edildikdə (xarici investisiyalı qurumlar istisna olmaqla);
11.3.3-1.10. hüquqi şəxsin
adında beynəlxalq
təşkilatların tam
və ya qısaldılmış adlarından
istifadə edildikdə;
11.3.3-1.11. hüquqi şəxsin
adında "Banklar haqqında", "Sığorta
fəaliyyəti haqqında",
"İnvestisiya fondları
haqqında" Azərbaycan
Respublikasının qanunları
və Azərbaycan Respublikasının digər
sahəvi qanunları ilə qadağan edilən sözlərdən
istifadə edildikdə;
11.3.3-2. hüquqi şəxsin,
xarici hüquqi şəxsin nümayəndəliyi
və ya filialının və ya onların təsisçisinin və ya qanuni təmsilçisinin
adı terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin siyahısında olduqda;".
Maddə 2. Keçid
müddəa
Bu Qanunun
1.6.1-ci maddəsinin konsul
leqallaşdırılması tələb olunan sənədlərin müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə təqdim olunması ilə bağlı müddəaları həmin
informasiya sistemi fəaliyyətə başladıqdan
və aidiyyəti dövlət orqanlarının
(qurumlarının) informasiya
sistemlərinə inteqrasiya
olunduqdan sonra qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
21 may 2024-cü il
Azərbaycan.-2024.-
9 iyul, № 141.- S.3.