"Məşğulluq
haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
16-cı bəndini rəhbər
tutaraq qərara alır:
"Məşğulluq haqqında" Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2018, № 8, maddə 1669 (Cild
I) aşağıdakı dəyişikliklər
edilsin:
1. 1.1.26-cı maddənin sonunda nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və aşağıdakı
məzmunda 1.1.27-ci maddə
əlavə edilsin:
"1.1.27. məqsədli proqramlar - sosial müdafiəyə xüsusi
ehtiyacı olan və işə düzəlməkdə çətinlik
çəkən şəxslərin
məşğulluğunun təmin
olunması məqsədilə
iş yerlərinin yaradılmasının bu Qanunla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən işsizlikdən
sığorta vəsaiti
hesabına maliyyələşdirilməsini
nəzərdə tutan
aktiv məşğulluq
tədbiri.".
2. 26.2-ci maddədən
"və kvotadan əlavə iş yerlərinin" sözləri
çıxarılsın.
3. Aşağıdakı məzmunda 26.3 - 26.14-cü maddələr
əlavə edilsin:
"26.3. Kvotadan əlavə
iş yerlərinin yaradılması qaydasını
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) müəyyən edir.
26.4. Hər bir
işəgötürən üzrə kvotadan əlavə iş yerlərinin sayı işəgötürən üçün
müəyyən edilmiş
kvota miqdarınadək,
lakin 15 (on beş) iş yerindən çox olmamaqla müəyyən edilir.
26.5. Kvotadan əlavə
iş yerlərində
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən göndəriş
verilmiş şəxslərlə
2 (iki) ildən az olmayan müddətə
bağlanılan əmək
müqaviləsi üzrə
əməkhaqqı bu
Qanunun 26.6-cı maddəsi
nəzərə alınmaqla,
işsizlikdən sığorta
vəsaiti hesabına maliyyələşdirilir.
26.6. Kvotadan əlavə
iş yerləri üzrə əməkhaqqının
işsizlikdən sığorta
vəsaiti hesabına maliyyələşdirilən hissəsinin
məbləği sosial
müdafiəyə xüsusi
ehtiyacı olan və işə düzəlməkdə çətinlik
çəkən şəxslərin
kateqoriyaları üzrə
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən təsdiq
edilən faiz dərəcələri tətbiq
olunmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən əvvəlki il üçün müəyyən
olunmuş ölkə
üzrə orta aylıq nominal əməkhaqqından çox
olmamaq şərtilə
işəgötürənlə müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) arasında bağlanılan
müqavilə əsasında
müəyyən edilir.
26.7. Məqsədli proqramlar
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müsabiqə yolu ilə seçilən işəgötürənlərin iştirakı ilə həyata keçirilir.
26.8. Müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) il ərzində
bir dəfədən az olmayaraq məqsədli
proqramların həyata
keçirilməsinə dair
rəsmi internet səhifəsində müsabiqə
elan edir.
26.9. Müsabiqədə
aşağıdakı şərtlərə
uyğun olan işəgötürənlər iştirak edə bilərlər:
26.9.1. son
bir il ərzində
fəaliyyətdə olan
və müraciət tarixinə Azərbaycan Respublikasında vergilər
və digər icbari ödənişlər
üzrə vaxtı keçmiş öhdəlikləri
olmayan;
26.9.2. son bir il ərzində işçilərin sayını
azaltmayan və ya iş yerlərini
ixtisar etməyən;
26.9.3. bu Qanunun
18.3-cü maddəsinə uyğun
olaraq müvafiq məlumatları vakansiya bankına təqdim edən.
26.10. Dövlət orqanlarının
(qurumlarının), bələdiyyə
orqanlarının, dövlət
və ya bələdiyyə mülkiyyətində
olan və ya paylarının (səhmlərinin) nəzarət
zərfi dövlətə
və ya bələdiyyəyə məxsus
olan hüquqi şəxslərin müsabiqədə
iştirakına yol verilmir.
26.11. Müsabiqədə məqsədli proqramlar üzrə əmək bazarında ən çox tələb olunan peşələr üzrə, sosial müdafiəyə xüsusi
ehtiyacı olan və işə düzəlməkdə çətinlik
çəkən şəxslər
üçün münasib
və dayanıqlı
iş yerləri yaradan işəgötürənlərə
üstünlük verilir.
26.12. Müsabiqədə qalib olmuş işəgötürənlə müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) arasında müvafiq məqsədli proqramın
istiqamətləri, tərəflərin
hüquq və vəzifələri, habelə
məsuliyyəti göstərilməklə
məqsədli proqramın
həyata keçirilməsinə
dair 3 (üç) illik müddətə müqavilə bağlanılır.
Müqavilə müddətində
işəgötürənlərin məqsədli proqramların
həyata keçirilməsinə
dair digər müsabiqədə iştirakına
yol verilmir.
26.13. Məqsədli proqramın həyata keçirilməsi çərçivəsində
işəgötürən tərəfindən yaradılan
və 2 (iki) ildən az olmayan
müddətə bağlanılan
əmək müqaviləsi
ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) göndərişi
əsasında işçi
qəbul ediləcək
hər iş yerinə görə iqtisadi fəaliyyət növlərinin xüsusiyyətləri
nəzərə alınmaqla
ayrılacaq vəsaitin
məbləği müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
26.14. Müqavilədə nəzərdə tutulan müddət ərzində
ayrılmış vəsaiti
təyinatı üzrə
istifadə etməyən
işəgötürənlər məqsədli proqramlar çərçivəsində iş yerlərinin yaradılması üçün
ayrılmış işsizlikdən
sığorta vəsaitini
geri qaytarmalıdırlar.".
4. 29.1-ci maddədə "əməkhaqqı" sözü
"əməkhaqqının 50 faizi" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 iyun
2024-cü il
Azərbaycan.-2024.-
9 iyul, № 141.- S.4.