"Elektroenergetika
haqqında" Azərbaycan
Respublikasının 2023-cü il 11 aprel tarixli
858-VIQ nömrəli Qanununun
icrası ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi
qanunlarında dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2024-cü il 31 may tarixli 1171-VIQD nömrəli
Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan
Respublikası Prezidentinin
bəzi fərmanlarında
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Elektroenergetika
haqqında" Azərbaycan
Respublikasının 2023-cü il 11 aprel tarixli
858-VIQ nömrəli Qanununun
icrası ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi
qanunlarında dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2024-cü il 31 may tarixli 1171-VIQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 26
dekabr tarixli 621 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2001, № 12, maddə 767 (Cild
I) 2-ci hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 2.1-ci bənddən ",
18.76-cı" sözləri çıxarılsın;
1.2. 2.2-1-ci bənddə "və 18.76-cı maddələrində"
sözləri "maddəsində"
sözü ilə əvəz edilsin.
2. "Lisenziyalar və
icazələr haqqında"
Azərbaycan Respublikasının
2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2016, № 4, maddə
671 (Cild I) 2.2-ci bəndində
", 53-cü və 57-ci maddələrində"
sözləri "maddəsində"
sözü ilə əvəz edilsin.
3. "Elektrik enerjisi
istehsalında bərpaolunan
enerji mənbələrindən
istifadə haqqında"
Azərbaycan Respublikasının
2021-ci il 31 may tarixli 339-VIQ nömrəli
Qanununun tətbiqi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2021-ci il 12 iyul tarixli 1387 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2021, № 7, maddə
721 (Cild I); Azərbaycan
Respublikası Prezidentinin
2024-cü il 6 iyun tarixli 88 nömrəli Fərmanı) 2-ci hissəsində
aşağıdakı dəyişikliklər
edilsin:
3.1. 2.1-ci bənddən
"1.1.12-ci," və
"14-cü," sözləri çıxarılsın və
həmin bənddə
", 16.2-ci və 17.1-ci" sözləri "və
16.2-ci" sözləri ilə
əvəz edilsin;
3.2. 2.4-cü bənddən
"1.1.12-ci," sözləri çıxarılsın və
həmin bənddə
"və 10.4-cü, 14-cü" sözləri ", 10.4-cü" sözləri ilə əvəz edilsin;
3.3. 2.6-cı bənddə "və 17.1-ci maddələrində"
sözləri "maddəsində"
sözü ilə əvəz edilsin.
4. Azərbaycan Respublikasının
Nazirlər Kabineti
"Elektroenergetika haqqında"
Azərbaycan Respublikasının
2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli
Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının
bəzi qanunlarında
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2024-cü il 31 may tarixli
1171-VIQD nömrəli Qanunundan
irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
8 iyul 2024-cü il
Azərbaycan.-2024.-
9 iyul (№ 141).- S.2.