"Azərbaycan
Respublikası Dövlət
Neft Fondunun 2024-cü il büdcəsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2023-cü il 27 dekabr tarixli 2430 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikasının
2024-cü il dövlət
büdcəsində dəyişikliklər
edilməsi ilə əlaqədar Azərbaycan
Respublikası Dövlət
Neft Fondunun 2024-cü il üçün büdcəsinin gəlirlərini
və xərclərini
dəqiqləşdirmək məqsədilə qərara
alıram:
1. "Azərbaycan Respublikası
Dövlət Neft Fondunun 2024-cü il büdcəsi haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2023-cü il
27 dekabr tarixli 2430 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2023, ¹ 12 (I kitab),
maddə 1691 (Cild I) aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 1-ci hissədə
"12 073 255,5" və "12 900
232,5" rəqəmləri müvafiq olaraq "14 109
215,6" və "12 904 943,4" rəqəmləri ilə
əvəz edilsin;
1.2. 2-ci hissə
üzrə:
1.2.1. 2.1-ci bəndin "Gəlirlərin məbləği
(min manat)" sütununda "8 146 218,8" rəqəmləri
"10 197 589,6" rəqəmləri ilə əvəz edilsin;
1.2.2. 2.3-cü bəndin "Gəlirlərin məbləği
(min manat)" sütununda "24 223,4" rəqəmləri
"170,0" rəqəmləri ilə əvəz edilsin;
1.2.3. 2.5-ci bəndin "Gəlirlərin məbləği
(min manat)" sütununda "767 244,4" rəqəmləri
"775 887,1" rəqəmləri ilə əvəz edilsin;
1.2.4. "Gəlirlərin məbləği (min manat)" sütununun
"Cəmi" abzasında
"12 073 255,5" rəqəmləri
"14 109 215,6" rəqəmləri ilə əvəz edilsin.
1.3. 3-cü hissə üzrə:
1.3.1. 3.2-ci bəndin "Xərclərin məbləği
(min manat)" sütununda "33 526,0" rəqəmləri
"38 237,9" rəqəmləri ilə əvəz edilsin;
1.3.2. 3.3-cü bəndin "Xərclərin məbləği
(min manat)" sütununda "47 460,0" rəqəmləri
"47 459,0" rəqəmləri ilə əvəz edilsin;
1.3.3. "Xərclərin məbləği (min manat)" sütununun
"Cəmi" abzasında
"12 900 232,5" rəqəmləri
"12 904 943,4" rəqəmləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının
Dövlət Neft Fondu bu Fərmandan
irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
8 iyul 2024-cü il
Azərbaycan.-2024.-
9 iyul (¹ 141).- S.2.