"Azərbaycan
Respublikasının Əmək
Məcəlləsində və
Azərbaycan Respublikasının
Mülki Məcəlləsində
dəyişiklik edilməsi
haqqında" Azərbaycan
Respublikasının 2024-cü il 21 may tarixli
1156-VIQD nömrəli Qanununun
tətbiqi və "Azərbaycan Respublikasının
Mülki Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Azərbaycan
Respublikasının Əmək
Məcəlləsində və
Azərbaycan Respublikasının
Mülki Məcəlləsində
dəyişiklik edilməsi
haqqında" Azərbaycan
Respublikasının 2024-cü il 21 may tarixli
1156-VIQD nömrəli Qanununun
qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikası
Mülki Məcəlləsinin
47.2-ci maddəsinin üçüncü
cümləsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;
1.2. həmin Məcəllənin
47.2-ci maddəsinin üçüncü
cümləsində "orqan
(qurum)" dedikdə Azərbaycan Respublikasının
Prezidenti və Azərbaycan Respublikasının
Nazirlər Kabineti nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti
"Azərbaycan Respublikasının
Əmək Məcəlləsində
və Azərbaycan Respublikasının Mülki
Məcəlləsində dəyişiklik
edilməsi haqqında"
Azərbaycan Respublikasının
2024-cü il 21 may tarixli 1156-VIQD nömrəli
Qanunundan irəli gələn məsələləri
həll etsin.
3. "Azərbaycan Respublikasının
Mülki Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000, № 8 (III kitab),
maddə 609 (Cild
I) 3-cü hissəsində
aşağıdakı dəyişikliklər
edilsin:
3.1. 3.1-ci bənddə
"139.4-cü (üçüncü cümlədə)" sözləri
"47.2-ci və 139.4-cü maddələrinin üçüncü
cümlələrində" sözləri ilə əvəz edilsin;
3.2. aşağıdakı məzmunda 3.1-1-ci bənd əlavə edilsin:
"3.1-1. həmin Məcəllənin
47.2-ci maddəsinin üçüncü
cümləsində "orqan
(qurum)" dedikdə Azərbaycan Respublikasının
Prezidenti və Azərbaycan Respublikasının
Nazirlər Kabineti nəzərdə tutulur;".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 iyul
2024-cü il
Azərbaycan.-2024.-
9 iyul (№ 141).- S.2.