"Hüquqi şəxslərin dövlət qeydiyyatı dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 21 may tarixli 1155-VIQD nömrəli Qanununun tətbiqi "Hüquqi şəxslərin dövlət qeydiyyatı dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, "Hüquqi şəxslərin dövlət qeydiyyatı dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 21 may tarixli 1155-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1.    Müəyyən edilsin ki:

1.1. "Hüquqi şəxslərin dövlət qeydiyyatı dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 5.8-ci, 5-1.8-ci maddələrində, 6.1.3-cü maddəsinin ikinci cümləsində, 7.1.1-ci maddəsində, 7-2.1-ci maddəsinin üçüncü, dördüncü (hər üç halda) beşinci cümlələrində, 7-2.4-cü maddəsinin ikinci cümləsində 11.3.2-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 11.3.2-1-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 5-1.8-ci maddəsində 7-2.4-cü maddəsinin ikinci cümləsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

1.4. həmin Qanunun 5.8-ci maddəsində, 7-2.1-ci maddəsinin dördüncü (üçüncü halda) beşinci cümlələrində "orqan (qurum)" dedikdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.5. həmin Qanunun 6.1.3-cü maddəsinin ikinci cümləsində, 7.1.1-ci maddəsində, 7-2.1-ci maddəsinin üçüncü dördüncü (birinci ikinci hallarda) cümlələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzərdə tutulur;

1.6. "Hüquqi şəxslərin dövlət qeydiyyatı dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 21 may tarixli 1155-VIQD nömrəli Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.7. həmin Qanunun 2-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. "Hüquqi şəxslərin dövlət qeydiyyatı dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 21 may tarixli 1155-VIQD nömrəli Qanununun 2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müvafiq informasiya sisteminin yaradılması ilə bağlı altı ay müddətində müvafiq tədbirlər görsün;

2.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

3. "Hüquqi şəxslərin dövlət qeydiyyatı dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 4, maddə 228 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bənddə "maddəsində, 5.4.10-cu" sözləri ", 5.4.10-cu, 5.8-ci maddələrində" sözləri ilə əvəz olunsun, həmin bəndə "5-1.9-cu" sözlərindən sonra "maddələrində, 6.1.3-cü maddəsinin ikinci cümləsində, 7.1.1-ci maddəsində, 7-2.1-ci maddəsinin üçüncü, dördüncü (hər üç halda) beşinci cümlələrində, 7-2.4-cü maddəsinin ikinci cümləsində" sözləri, "8-1.2-ci," sözlərindən sonra "11.3.2-1-ci," sözləri əlavə edilsin;

3.2. aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:

"2.2-1. həmin Qanunun 11.3.2-1-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;";

3.3. 2.5-ci bənddə "maddəsinin birinci cümləsində, 7-2.1-ci maddəsində, 7-2.4-cü maddəsinin birinci cümləsində" sözləri ", 7-2.1-ci 7-2.4-cü maddələrinin birinci cümlələrində" sözləri ilə əvəz edilsin həmin bənddən "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında" sözləri çıxarılsın;

3.4. 2.5-1-ci bənddə "5-1.8-ci 5-1.9-cu maddələrində "orqan" dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında" sözləri "5.8-ci, 5-1.9-cu maddələrində, 7-2.1-ci maddəsinin dördüncü (üçüncü halda) beşinci cümlələrində, 13.3-1-ci maddəsində "orqan (qurum)" dedikdə" sözləri ilə əvəz edilsin;

3.5. 2.6-cı 2.14-1.1-ci bəndlərdən "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında"  sözləri çıxarılsın;

3.6. 2.8-ci 2.9-1-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

"2.8. həmin Qanunun 6.1.3-cü maddəsinin ikinci cümləsində, 7.1.1-ci maddəsində, 7-2.1-ci maddəsinin üçüncü dördüncü (birinci ikinci hallarda) cümlələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzərdə tutulur;";

"2.9-1. həmin Qanunun 5-1.8-ci maddəsində 7-2.4-cü maddəsinin ikinci cümləsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;".

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 iyul 2024-cü il

Azərbaycan.-2024.- 9 iyul (№ 141).- S.3.