"Məşğulluq
haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2024-cü il 25 iyun tarixli
1184-VIQD nömrəli Qanununun
tətbiqi və "Məşğulluq haqqında"
Azərbaycan Respublikasının
2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli
Qanununun tətbiqi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Məşğulluq
haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2024-cü il 25 iyun tarixli
1184-VIQD nömrəli Qanununun
qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. "Məşğulluq haqqında" Azərbaycan
Respublikası Qanununun
1.1.27-ci, 26.3-cü, 26.5-ci, 26.6-cı (hər
üç halda),
26.7-ci (hər iki halda), 26.8-ci maddələrində,
26.12-ci maddəsinin birinci
cümləsində və
26.13-cü (hər iki
halda) maddəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
1.2. həmin Qanunun
26.3-cü və 26.7-ci (birinci
halda) maddələrində
"orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər
Kabineti nəzərdə
tutulur;
1.3. həmin Qanunun
1.1.27-ci, 26.5-ci, 26.6-cı (birinci və üçüncü
hallarda), 26.7-ci (ikinci halda), 26.8-ci maddələrində,
26.12-ci maddəsinin birinci
cümləsində və
26.13-cü (hər iki
halda) maddələrində
"orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;
1.4. həmin Qanunun
26.6-cı maddəsində (ikinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Dövlət
Statistika Komitəsi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti üç ay müddətində:
2.1. "Məşğulluq haqqında" Azərbaycan
Respublikası Qanununun
26.3-cü maddəsinə uyğun
olaraq, kvotadan əlavə iş yerlərinin yaradılması
qaydasını təsdiq
edib Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
2.2. həmin Qanunun
26.7-ci maddəsinə uyğun
olaraq, məqsədli proqramların həyata keçirilməsi qaydasını
təsdiq edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.3. "Məşğulluq haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2024-cü il 25 iyun tarixli
1184-VIQD nömrəli Qanunundan
irəli gələn digər məsələləri
həll etsin.
3. Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi altı ay müddətində:
3.1. "Məşğulluq haqqında" Azərbaycan
Respublikası Qanununun
26.6-cı maddəsinə uyğun
olaraq, sosial müdafiəyə xüsusi
ehtiyacı olan və işə düzəlməkdə çətinlik
çəkən şəxslərin
kateqoriyaları üzrə
faiz dərəcələrini
təsdiq edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
3.2. həmin Qanunun
26.13-cü maddəsinə uyğun
olaraq, məqsədli proqramların həyata keçirilməsi çərçivəsində
işəgötürən tərəfindən yaradılan
hər iş yerinə görə iqtisadi fəaliyyət növlərinin xüsusiyyətləri
nəzərə alınmaqla
ayrılacaq vəsaitin
məbləğini təsdiq
edib Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin.
4. "Məşğulluq haqqında" Azərbaycan
Respublikasının 2018-ci il
29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 24
avqust tarixli 233 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2018, № 8, maddə 1683 (Cild
I) 2-ci hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
4.1. 2.1-ci bəndə
"1.1.23-cü," sözlərindən
sonra "1.1.27-ci," sözləri,
"26.2-ci," sözlərindən sonra "26.3-cü, 26.5-ci, 26.6-cı (hər üç halda), 26.7-ci (hər iki halda), 26.8-ci maddələrində, 26.12-ci maddəsinin
birinci cümləsində,
26.13-cü (hər iki
halda)," sözləri
əlavə edilsin;
4.2. 2.4-cü bəndə
"26.2-ci," sözlərindən sonra "26.3-cü, 26.7-ci (birinci
halda)," sözləri
əlavə edilsin;
4.3. 2.5-ci bəndə
"1.1.23-cü," sözlərindən
sonra "1.1.27-ci," sözləri,
"26.1-ci," sözlərindən sonra "26.5-ci, 26.6-cı (birinci
və üçüncü
hallarda), 26.7-ci (ikinci halda),
26.8-ci maddələrində,
26.12-ci maddəsinin birinci
cümləsində, 26.13-cü (hər iki halda),"
sözləri əlavə
edilsin;
4.4. 2.17-ci bənddə "və 25.2-ci" sözləri
", 25.2-ci və 26.6-cı (ikinci halda)" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
8 iyul 2024-cü il
Azərbaycan.-2024.-
9 iyul (№ 141).- S.4.