COP29 ilə
əlaqədar Təşkilat
Komitəsinin beşinci
iclası
İyulun 8-də BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyası (COP29) ilə
əlaqədar Təşkilat
Komitəsinin beşinci
iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Respublikası Prezidentinin
Administrasiyasının rəhbəri,
Təşkilat Komitəsinin
sədri Samir Nuriyev COP29-a hazırlıq
prosesinin Prezident İlham Əliyevin daimi nəzarəti altında olduğunu qeyd edib.
Samir Nuriyev bildirib ki, Prezident
İlham Əliyev iyulun 4-də keçirilmiş
"Şanxay Əməkdaşlıq
Təşkilatı plyus"
formatında tədbirdə
və iyulun 6-da Şuşada təşkil
edilmiş Türk Dövlətləri Təşkilatının
Dövlət başçılarının
qeyri-rəsmi Zirvə
görüşündə Azərbaycanın COP29 zamanı
inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında
körpü yaratmaq və konsensusa nail olmaq üçün
səylərini əsirgəməyəcəyini
vurğulayıb. Təşkilat
Komitəsinin sədri
əlavə edib ki, Şuşa zirvə görüşündə
qəbul olunmuş
"Qarabağ Bəyannaməsi"ndə
qardaş türk dövlətləri COP29-da real
nəticələrin əldə
edilməsi istiqamətində
Azərbaycanın ardıcıl
səylərini dəstəkləyiblər.
Samir Nuriyev Prezident İlham Əliyevin Liderlər Sammitinə dəvətinə
cavab olaraq tədbirdə iştirak edəcək dövlət
və hökumət başçılarının sayının
artdığını bildirib.
O, sammitə böyük
marağın ölkəmizə
hörmətin, Azərbaycanın
nəhəng beynəlxalq
tədbirləri yüksək
səviyyədə təşkil
etmək qabiliyyətinə
inamın və "yaşıl keçid"lə
bağlı qəti siyasi iradəsinə etimadın göstəricisi
olduğunu vurğulayıb.
Prezident Administrasiyasının
rəhbəri bildirib ki, Azərbaycan Hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Katibliyi arasında imzalanacaq "Ev Sahibi Ölkə" Sazişinin yekun mətni müvafiq dövlət qurumlarının
rəyləri nəzərə
alınmaqla yaxın zamanlarda hazır olacaq.
Təşkilat Komitəsinin
sədri 2024-cü il iyunun 3-13-də keçirilmiş
Bonn iqlim konfransından sonra Azərbaycanın COP29 sədrliyinin
aktiv mərhələsinə
qədəm qoyduğunu
qeyd edib.
Azərbaycanın COP29 prioritetləri barədə
danışan Samir Nuriyev müxtəlif dövlət qurumlarının
təklifləri əsasında,
eləcə də BMT
və digər beynəlxalq qurumlarla intensiv müzakirələr
nəticəsində 14 təşəbbüsdən
ibarət ilkin təkliflər siyahısının
hazırlandığını bildirib.
Samir Nuriyev qeyd edib ki,
artıq BMT ilə razılaşdırmaqla COP29-un tematik
günlərinin bölgüsü
aparılıb.
Azərbaycanın iqlim
dəyişmələrinə qarşı mübarizədə
dövlətlərlə yanaşı,
qeyri-hökumət təşkilatları,
beyin mərkəzləri
ilə də əməkdaşlığa açıq
olmasına toxunan Samir Nuriyev vurğulayıb
ki, bir sıra
nüfuzlu əcnəbi
şəxslərdən ibarət
COP29 Beynəlxalq Məşvərət
Komitəsinin yaradılması
istiqamətində işlər
yekunlaşmaqdadır.
Sonra ekologiya və təbii sərvətlər naziri,
COP29-un müəyyən edilmiş
prezidenti Muxtar Babayev çıxış
edərək, COP29-la bağlı
ümumi gedişat, Bonn iqlim konfransının
nəticələri, COP29 komandasının
xarici səfərləri
barədə məlumat
verib.
Azərbaycan Respublikası
Prezidentinin köməkçisi
Anar Ələkbərov
COP29-a hazırlıq çərçivəsində
təşkilati-logistika sahəsində
aparılan fəaliyyət,
o cümlədən Bakı
Olimpiya Stadionunda infrastrukturun qurulması üzrə başlanmış
işlər barədə
məlumat verib.
Xarici işlər
naziri Ceyhun Bayramov ümumi substantiv məsələlər,
Bonn iqlim konfransında yeni iqlim maliyyəsi hədəfi üzrə aparılmış danışıqlar,
COP29 Sədrliyinin Fəaliyyət
Gündəliyi, təşəbbüslər
barədə çıxış
edib.
Azərbaycan Respublikası
Prezidentinin köməkçisi
- Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının
Xarici siyasət məsələləri şöbəsinin
müdiri Hikmət Hacıyev kommunikasiya məsələləri, o cümlədən
xarici media ilə aparılan işlər barədə danışıb.
İnsan hüquqları
üzrə müvəkkil
(ombudsman) Səbinə
Əliyeva COP29 üzrə
həyata keçirilmiş
fəaliyyət və
nəzərdə tutulan
tədbirlər barədə
məlumat verib.
Fövqəladə hallar
naziri Kəmaləddin
Heydərov yanğın
və texniki təhlükəsizlik sahəsində
görülən tədbirlər
barədə çıxış
edib.
Bakı Şəhər
İcra Hakimiyyətinin
başçısı Eldar
Əzizov paytaxtın
COP29-a hazırlığı barədə danışıb.
Qida Təhlükəsizliyi
Agentliyi sədrinin müavini Zəkiyyə Mustafayeva ictimai iaşə xidmətlərinin
təşkili və bu istiqamətdə həyata keçirilən
nəzarət tədbirləri
barədə çıxış
edib.
"DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi"
Məhdud Məsuliyyətli
Cəmiyyətinin direktoru
Nigar Məmmədova
DOST İnklüziv xətti
ilə COP29-la bağlı
görülən işlər
barədə danışıb.
İclasın sonunda
COP29 Tədbirlər Planının
icrası və digər aidiyyəti məsələlər üzrə
tapşırıqlar verilib.
Azərbaycan.-2024.-
9 iyul (№ 141).- S.5.