Baş
prokuror Vyanada COP29-la bağlı görüş
keçirib
Vyanaya işgüzar
səfəri çərçivəsində
Baş prokuror Kamran Əliyev BMT-nin Cinayətkarlıq və Narkotiklər İdarəsinin (BMTNCİ) direktoru
vəzifəsini icra edən Con Brandolino
ilə görüşüb.
Prokurorluğun mətbuat
xidmətindən AZƏRTAC-a bildirilib ki, C.Brandolino ölkəmizdə
aparılan uğurlu xarici siyasətin, müsbət tərəfdaşlıq
mühitinin formalaşması
və uzunmüddətli
səmərəli əməkdaşlıq
nəticəsində bu
il noyabrın 11-dən
22-dək BMT-nin İqlim
Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsinin
önəmindən və
Azərbaycanın qlobal
ekoloji problemlərin həllinə töhfəsindən
danışıb. Brandolino,
həmçinin Baş
prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının
Bakıda keçiriləcək
29-cu konfransı münasibətilə
də təbrik edərək, BMTNCİ-nin
tədbirə mütləq
şəkildə qatılacağını
bildirib.
Baş prokuror Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti
nəticəsində BMT-nin
müxtəlif institutları
ilə əlaqələrin
yüksək səviyyədə
olduğunu deyib. COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu və
BMTNCİ-nin birgə təşkilatçılığı ilə ölkəmizin sədrliyinin təşəbbüsü
ilə “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə
orqanlarının səfərbər
edilməsi” mövzusunda
yüksək səviyyəli
tədbirin təşkilati
məsələləri, biomüxtəlifliyin
qorunması və ətraf mühitə təsir edən cinayətlərin aradan qaldırılması sahəsində
əməkdaşlıq və
digər qarşılıqlı
maraq kəsb edən məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı
Yalçın Rəfiyev
və Azərbaycanın
Avstriyadakı səfiri
Rövşən Sadıqbəyli
iştirak edib.
Azərbaycan.-2024.-
9 iyul (№ 141).- S.5.