Şuşada
keçirilən Türk
Dövlətləri Təşkilatının
Dövlət başçılarının
qeyri-rəsmi Zirvə
görüşü xarici
medianın diqqət mərkəzində
Şuşada keçirilən
Türk Dövlətləri
Təşkilatının (TDT) Dövlət başçılarının
qeyri-rəsmi Zirvə
görüşü xarici
medianın diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, müxtəlif
aparıcı media qurumlarında yayımlanan
xəbərlərdə Zirvə
görüşünün Şuşa şəhərində
təşkil olunmasının,
Qarabağ Bəyannaməsinin
qəbul edilməsinin
tarixi əhəmiyyət
daşıdığı vurğulanıb.
Türkiyə və
Şimali Kipr Türk Cümhuriyyətinin
(ŞKTC) aparıcı xəbər
agentlikləri, televiziya
kanalları və mətbu nəşrləri
Zirvə görüşünə
xüsusi yer ayırıb. “Sabah” qəzeti Şuşa Zirvə görüşü
barədə “Bizim gücümüz birliyimizdədir”
sərlövhəli məlumat
verib. Materialda Azərbaycan Prezidenti İlham Əliyevin XXI əsrin Türk dünyasının inkişaf
və tərəqqi dövrünə çevrilməsinin
zəruriliyi haqqında
söylədiyi fikirlər
sitat gətirilir. Bu görüşün türk dövlətləri
arasında əlaqələrin
daha da konsolidasiyası
və möhkəmləndirilməsi
baxımından əhəmiyyəti
vurğulanır.
Türkiyənin NTV telekanalı
hazırladığı reportajda
Türkiyənin xarici
işlər naziri Hakan Fidanın tezliklə Türk dünyasının vahid əlifbasını yaratmaq
çağırışına diqqət çəkib.
DHA və Anadolu
xəbər agentlikləri
Türkiyənin vitse-prezidenti
Cevdet Yılmazın Şuşadakı çıxışı
barədə ətraflı
məlumat veriblər.
Materiallarda Türkiyə
nümayəndə heyətinin
rəhbərinin Qarabağın
tarixən Azərbaycana
məxsus olduğu, Ankaranın BMT-nin İqlim Dəyişmələri
üzrə 31-ci Konfransına
(COP31) ev sahibliyi etməyə hazır olması və Orta Nəqliyyat Dəhlizinin inkişafının
əhəmiyyəti barədə
söylədiyi fikirlərə
diqqət yetirilir.
“Hürriyyət” qəzetinin
yazılarında Ankaranın
Ermənistanla dialoqa dair mövqeyi, vahid türk əlifbasının yaradılması,
Türkiyənin Ukraynada
müharibəyə son
qoymaq səyləri və ŞKTC xalqının
hüquqlarının təmin
edilməsinin vacibliyinə
diqqət yetirilir.
Nəşr Türkiyənin
xarici işlər naziri Hakan Fidanın
çıxışından bəhs edərək, onun Yaxın Şərqdə qırğını
dayandırmağın zəruriliyi
ilə bağlı sözlərini sitat gətirir: “Türk dünyası bölgədəki
humanitar dramdan üz çevirməməlidir”.
ŞKTC mediası da
Şuşada Türk Dövlətləri Təşkilatının
Dövlət başçılarının
qeyri-rəsmi Zirvə
görüşünün Türk dünyasında birlik və əməkdaşlıq baxımından
əhəmiyyətindən yazıb.
Şimali Kiprin
BRTK telekanalı ŞKTC Prezidenti
Ersin Tatar və Türk Kiprin xarici işlər
naziri Tahsin Ərtoğruloğlunun Şuşadakı
çıxışları barədə oxuculara məlumat verib, Azərbaycanın mədəniyyət
paytaxtından reportajlar
hazırlayıb, canlı
yayımlar edib. Telekanal ŞKTC rəhbərliyinin
Azərbaycanda keçirilən
Türk Dövlətləri
Təşkilatının Dövlət
başçılarının qeyri-rəsmi Zirvə görüşünə dəvət
olunmasının əhəmiyyətinə
diqqət çəkib
və sammitin təşkilini yüksək
qiymətləndirib.
“Halkın Sesi”
və “Kıbrıs Hakikat” qəzetləri Şuşa Zirvə görüşünün mövzusu
ilə bağlı bir sıra xəbərlər
dərc edərək,
Kipr türklərinin lideri və ölkənin xarici işlər nazirinin rəhbərinin Şuşada
çıxışlarından ətraflı bəhs edib.
“Kıbrıs Postası”
nəşri Şimali
Kipr xarici işlər nazirinin Azərbaycandakı çıxışı
ilə bağlı ayrıca xəbər hazırlayıb. “Ərtoğruloğlu
Türk dünyasının
liderlərinə Lefkoşanın
üstünlükləri barədə
məlumat verib, onun əməkdaşlığa
və ŞKTC-nin inkişafına hazır olduğunu vurğulayıb”,
- deyə qəzet yazır.
TDT-nin Dövlət
başçılarının qeyri-rəsmi Zirvə görüşü Mərkəzi
Asiya ölkələrinin
mətbuatında da geniş işıqlandırılıb.
“Tengrinews.kz” portalı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Zirvə görüşündə
unikal sivilizasiyanın
və milli dillərin qorunub saxlanmasının vacibliyi,
eləcə də süni intellektdən istifadə etməklə “Böyük türk dili modeli”nin
hazırlanması təklifi
ilə bağlı səsləndirdiyi bəyanatları
dərc edib.
“Kazakhstan Today” xəbər agentliyinin məqaləsində
Qazaxıstan Prezidentinin
Türk Mərkəzi
Bankları Şurası
və Ümumtürk Patent Təşkilatının
yaradılması təklifindən
bəhs edilir.
“Kazinform” dövlət
agentliyinin yaydığı
xəbərdə Şuşada
keçirilən TDT-nin
qeyri-rəsmi Zirvə
görüşünün yekunlarına dair “Qarabağ Bəyannaməsi”nin
qəbul olunmasının
önəmi vurğulanıb.
Özbəkistanın Milli İnformasiya Agentliyi “UzA” TDT-ə üzv ölkələrin
nümayəndə heyətləri
rəhbərlərinin Azərbaycan
Prezidentinin müşayiəti
ilə Şuşa şəhərində aparılan
quruculuq işləri ilə tanışlıq səfəri barədə
məlumat yayıb. Məqalədə qeyd olunub: “Şuşanı Qarabağın əsas incisi, Qafqaz incəsənətinin məbədi
və Azərbaycan musiqisinin beşiyi adlandırırlar. Şəhər
görkəmli elm, mədəniyyət və
incəsənət xadimlərinin
bütöv qalaktikasının
doğulduğu məkandır.
2021-ci ildən Şuşa
Azərbaycanın mədəniyyət
paytaxtıdır, 2023-cü ildə isə şəhər Türk dünyasının mədəniyyət
paytaxtı elan edilib. Bu il
Xivə şəhəri
ilə Şuşa şəhəri qardaşlaşmış
şəhərlərə çevrilib”.
“Gazeta.uz” internet nəşri
isə yazıb ki, Şuşada keçirilən Zirvə görüşündə çıxış
edən Özbəkistan
Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatı
çərçivəsində əməkdaşlığın prioritetləri kimi ticarət və nəqliyyat marşrutlarının
inkişaf etdirilməsini,
alternativ enerji mənbələrindən istifadəni
və iqlim dəyişikliyi ilə mübarizəni göstərib.
“Bu gün ölkələrimizin qətiyyətli
səyləri əsas
dünya bazarlarına
çıxmağa və
yeni tarixi şəraitdə Böyük
İpək Yolunu dirçəltməyə yönəlib”,
- deyə media resursu Özbəkistan Prezidentinin sözlərindən
sitat gətirir.
Qırğızıstan milli xəbər agentliyi “Kabar” bildirib ki, Qırğızıstan
Prezidenti Sadır Japarov işgüzar səfərinin ilk günü, iyulun 5-də Türk Dövlətləri
Təşkilatına üzv
ölkələrin rəhbərləri
ilə birlikdə Şuşada tikilməkdə
olan mərkəzi məscidə və şəhər mərkəzindəki
yeni məhəlləyə
baxış keçirib.
Xəbərdə əlavə
edilib ki, burada şəhərin tarixi görkəmini bərpa etmək məqsədilə yerli memarlıq üslubunda tikililər ucaldılır.
Materialda diqqətə
çatdırılıb: “Zirvə görüşündə
çıxış edən
Qırğızıstan Prezidenti
su ehtiyatlarından səmərəli və qənaətlə istifadəni
təmin edən, enerji və resurslarla bağlı israfçılığın qarşısını
alan texnologiyaların tətbiqi kimi ölkə üçün
aktual olan məsələlərə toxunub,
həmçinin nəqliyyat
sahəsində qarşılıqlı
fəaliyyətin vacibliyini
vurğulayıb”.
Fələstin Dövlətinin
WAFA xəbərlər agentliyi
və “Əl Qüds” qəzeti Zirvə görüşündə
qəbul edilən “Qarabağ Bəyannaməsi”ndən
yazıb. Yazılarda
TDT-nin paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin Dövlətinin
beynəlxalq səviyyədə
tanınması məsələsinə
dəstək nümayiş
etdirdiyi vurğulanıb.
Diqqətə çatdırılıb
ki, TDT, həmçinin
Qəzzada dərhal və daimi atəşkəsə,
humanitar yardımların
maneəsiz çatdırılmasının
təmin olunmasına çağırış edib.
Qeyd olunub TDT-yə üzv dövlətlərin başçıları
Qəzzada baş vermiş humanitar fəlakətdən dərin
narahatlıqlarını bildirib,
mülki şəxslərin
hədəfə alınmasını
qınayıb və tərəfləri BMT Təhlükəsizlik
Şurasının müvafiq
qətnamələri də
daxil olmaqla, beynəlxalq hüquqa tam hörmət göstərməyə çağırıblar.
Onlar İsrail-Fələstin
münaqişəsinin ədalətli
və uzunmüddətli
həllinə nail olunmasının vacibliyini
vurğulayıb, 1967-ci il
sərhədlərinə əsaslanan
paytaxtı Şərqi
Qüds olmaqla müstəqil, suveren və vahid Fələstin
dövlətinin beynəlxalq
səviyyədə tanınmasını
dəstəkləyiblər. Türkdilli Dövlətlər
Təşkilatının dövlət
başçıları, eyni
zamanda, dünya ölkələrini Fələstin
Dövlətini tanımağa
çağırıblar.
İsveçin “CawaMedia”
agentliyinin saytında əməkdaşlığı beynəlxalq ekspertlərin
diqqətini çəkən
Türk Dövlətləri
Təşkilatına həsr
olunmuş məqalə
dərc olunub. “Türk ölkələri
qlobal ticarəti dəyişir və gələcəyə sərmayə
qoyurlar” sərlövhəli
məqalədə qədim
Böyük İpək
Yolu dövründə
kök salmış və Beynəlxalq Türk Akademiyası ilə birgə üzv ölkələr arasında əlaqələrin
möhkəmləndirilməsi, dialoqun, mədəni mübadilənin və strateji tərəfdaşlığın
təşviqi üçün
müasir platformaya çevrilən Türk Dövlətləri Təşkilatında
birləşən türk
xalqlarının ortaq
irsindən bəhs edilir.
Nəşrdə Çini
Qazaxıstan, Xəzər
dənizi, Azərbaycan,
Gürcüstan və
Türkiyə vasitəsilə
Avropa ilə birləşdirən və
bununla da tranzit müddətini 19 gündən 12 günə
endirən “Orta Dəhliz” kimi tanınan Beynəlxalq
Trans-Xəzər Nəqliyyat
Marşrutu haqqında
geniş məlumat təqdim olunub. Dünya Bankının proqnozlarına görə,
2030-cu ilə qədər
Orta Dəhliz ildə 10-11 milyon ton yük emal
edə biləcək.
“CawaMedia” qeyd edir ki, türk
ölkələri nəqliyyat
sektoru ilə yanaşı, tədqiqatlar,
təhsil və rəqəmsal infrastruktur sahələrində, eləcə
də Azərbaycanın
Xəzər nefti və qazının dünya bazarlarına nəqlində həlledici
rol oynadığı
enerji və texnologiya sektorlarında əməkdaşlıq edirlər.
“Türk dünyası
tarixin həlledici anını yaşayır.
Bu ölkələr
XXI əsrin yeni İpək Yolunu yaradırlar. Türk əməkdaşlığının bu canlanması qədim tacirlərin xəyal etdiyi şəkildə Şərqlə
Qərbi birləşdirən
yeni iqtisadi yüksəliş və mədəni fəallıq
dövründən xəbər
verir. Dünya türk xalqlarının uzun və zəngin
tarixinin növbəti
fəslini necə yazdığını diqqətlə
izləməlidir”, - deyə
nəşrdə qeyd edilir.
Azərbaycan.-2024.-
9 iyul (¹ 141).- S.8.