Sarsılmaz gücün təcəssümü

 

 

Şuşa Zirvə görüşü türk dünyasının monolit gücə çevrildiyini  bir daha göstərdi

 

 

 

"Dünyada eyni soy-kökdən olan çoxlu xalqlar var, amma onların hamısı mehriban dostluq şəraitində yaşamırlar. Hətta dili dini ilə bir-birinə çox yaxın olan bəzi xalqlar arasında müharibələr, ziddiyyətlər davam edir. Lakin türk soy-kökü üstündə olan dövlətlər dost qardaşdırlar. Tarix türk dövlətlərini çox sınaqlara çəkib düşmənlər onları bir-birindən ayrı salmaq üçün əllərindən gələni ediblər. Amma bu cəhdlər nəticə verməyib".

Bu sözləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Deputat bildirib ki, bu gün türk dünyası monolit birlik olaraq dünyada özünəməxsus yerə rola malik gücə çevrilməkdədir. Prezident İlham Əliyevin "Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik" müdrik kəlamı bu gün birliyimizin şüarına çevrilib. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ümumi ərazisi 732 min kvadratkilometrdir, əhalisi 163 milyon nəfər, ÜDM-i 1,2 trilyon dollardan çox olan böyük bir coğrafiyanı birləşdirir. Türk dövlətləri həm böyük əraziyə, təbii resurslara, siyasi hərbi gücə malikdir. Bu baxımdan Türk Dövlətləri Təşkilatının gələcək perspektivləri çox böyükdür.

O qeyd edib ki, Türk Dövlətləri Təşkilatı yeni yaranmış beynəlxalq bir qurum olsa da, münasibətlərimizdəki dostluq qardaşlıq tarixi köklərə söykənir. "Türk dövlətləri bir-birinə dəstək verməklə dünyaya bir olduğumuzu nümayiş etdirir. Ankarada Türk Dövlətləri Təşkilatının "Fəlakət - Fövqəladə halların idarə edilməsi humanitar yardım" mövzusunda Zirvə görüşünün keçirilməsi, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Özbəkistan, Qazaxıstan Qırğızıstan tərəfindən hədiyyə olaraq məktəb, incəsənət mərkəzi tikilməsi, Türkiyənin yenidənqurma bərpa prosesində ilk gündən yanımızda olması sarsılmaz birliyimizin göstəricisidir", - deyə deputat bildirib.

Müsahibimiz deyib ki, Azərbaycan özünün coğrafi imkanlarından istifadə etməklə türk dövlətlərini birləşdirən tranzit yol-nəqliyat layihələrini ərsəyə gətirib. Orta dəhlizin yük aşırma gücünün artırılmasına xidmət edən layihələrimiz ölkəmizin türk dövlətləri üçün əhəmiyyətini artırır. Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi 8,2 milyard dolları keçib. Amma mövcud potensialdan səmərəli istifadə edilməsi sayəsində türk dövlətləri ilə iqtisadi əməkdaşlığın  daha da genişləndirilməsi mümkündür. Azərbaycanın türk dövlətləri arasında dostluq qardaşlığın möhkəmləndirilməsində lokomotiv rol oynadığını deyən A.Badamov bildirib ki, Prezident İlham Əliyevin türk dünyasına olan qardaşlıq münasibəti ölkələrimizi xalqlarımızı daha da yaxınlaşdırır: "Türk Dövlətləri Təşkilatının Zirvə toplantılarında müzakirə olunan mövzular xalqlarımızın birləşməsinə, ölkələrimizin inkişafına ümumi gücümüzün artmasına xidmət edir. Şuşada Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünün həsr edildiyi çox vacib mövzular türk dövlətləri arasında əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcək. Həmçinin toplantının yekunu olaraq imzalanmış Qarabağ Bəyannaməsi böyük əhəmiyyətə malikdir. Bəyannamə türk dövlətlərinin birliyini, bir-birinə dəstəyini, müxtəlif sahələrdə əməkdaşlığını rəsmi şəkildə bəyan edir".

Deputat vurğulayıb ki, qeyri-rəsmi Zirvə görüşü dövlət başçıları arasında daha səmərəli dialoqun qurulmasına, ümumi məsələlərin həllində həmrəyliyin möhkəmləndirilməsinə imkan verdi. Eyni zamanda Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə görüşünü dünya izlədi türk dünyasının sarsılmaz gücə çevrildiyini hər kəs gördü. Bu, bizim qlobal arenada mövqelərimizi möhkəmləndirməklə gücümüzə güc qatır.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 9 iyul (№ 141).- S.9.