Dünya Azərbaycandan danışır

 

 

Cənubi Qafqazın lider ölkəsinin "yaşıl gündəliy"i təqdir edilir

 

 

 

"Bu il Azərbaycan COP29 konfransına evsahibliyi edəcək. Fürsətdən istifadə edərək sizin hər birinizi bir daha COP29-a dəvət edirəm. COP29-a sədrlik bu tədbirin Bakıda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın bariz nümunəsidir. 200-ə yaxın ölkə bizim namizədliyimizi yekdilliklə dəstəkləmişdir. Azərbaycan Qoşulmama Hərəkatında 4 il sədrliyi dövründə əldə etdiyi təcrübədən istifadə edərək inkişaf etmiş inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin gücləndirilməsi, konsensusa nail olunması üçün səylərini əsirgəməyəcək".

Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Prezident İlham Əliyevin bu müraciəti dost qardaş ölkələrin liderləri tərəfindən məmnunluqla qarşılandı.

Türk Dövlətləri Təşkilatının hazırkı sədri, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev COP29-da fəal iştirak edəcəklərini diqqətə çatdıraraq vurğuladı: "Biz iqlim məsələləri ilə bağlı türk dünyası ilə əməkdaşlığı gücləndirməyə hazırıq. Bununla əlaqədar biz bu il Azərbaycanda keçiriləcək COP29 iqlim konfransının işində fəal iştirak etməyi planlaşdırırıq".

Qırğız Prezidenti Sadır Japarov isə Azərbaycanın noyabrda COP29-a uğurla sədrlik edəcəyinə əminliyini ifadə etdi: "Sevindirici haldır ki, bu ilin noyabr ayında qardaş Azərbaycan ən vacib qlobal forumlardan birinə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a evsahibliyi edəcək. Əminəm ki, Azərbaycanın COP29-a sədrliyi qarşıdan gələn konfransın gündəliyində duran məsələlərin, o cümlədən iqlim maliyyələşməsini əhəmiyyətli dərəcədə irəliyə apara biləcək. Azərbaycanın bərpaolunan enerji mənbələrini, o cümlədən COP29-a sədrliyi çərçivəsində fəal inkişaf etdirdiyini təşviq etdiyini nəzərə alaraq, biz Azərbaycan tərəfinə ümumilikdə üzv dövlətlərə bərpaolunan enerji mənbələri ilə bağlı birgə layihələri həyata keçirmək üçün çağırış edirik".

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev COP29-a toxunaraq bu tədbirin bütün ölkələrimiz üçün böyük tarixi hadisə olduğunu vurğuladı. "İqlim dəyişikliyi məsələsində dünya liderlərinin uğurlu bir görüş keçirmələrini səmimi-qəlbdən diləyirik. Biz bu nüfuzlu tədbirə fəal şəkildə qatılmağa bu məsələdə Azərbaycana mümkün olan hər cür yardımı göstərməyə hazırıq".

Göründüyü kimi, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizə bir sıra böyük üstünlüklər gətirir. Eyni zamanda bu qərarın qəbulu Azərbaycana olan inam etibarın göstəricisidir.

Son günlərdə isə bu beynəlxalq sammitin ölkəmizdə keçirilməsi Azərbaycanın bu toplantıya hazırlığı ilə bağlı çox maraqlı fikirlər səsləndirilməkdədir. Gəlin, həmin fikirlərlə tanış olaq:

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz: "Azərbaycanın COP29-a evsahibliyi etməsindən böyük məmnunluq duyuruq. Xüsusilə iqlim maliyyələşməsi mövzusunda mühüm qərarların qəbul ediləcəyi bu konfransa hazırlıq prosesində bir çox mövzularda sıx əməkdaşlığımızı dəstəyimizi davam etdirəcəyik. Azərbaycanın COP29-a evsahibliyi regional əməkdaşlıq baxımından da böyük önəm daşıyır. Bu baxımdan, Azərbaycanın konfransda Türk Dövlətləri Təşkilatının bir təşəbbüsünə yer verilməsi ya ortaq bir tədbirin keçirilməsi ilə bağlı təklifini məmnunluqla qarşılayırıq".

BP-nin Azərbaycan, Gürcüstan Türkiyə üzrə regional prezidenti Qəri Counz 18-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimində ölkəmizin bütün regionun Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını deyərək vurğulayıb ki, Azərbaycanı "yaşıl enerji" sahəsində parlaq gələcək gözləyir.

Amerika Siyasi Elmlər Assosiasiyasının üzvü, professor Brenda Şaffer isə deyib ki, Azərbaycan innovator olmaqla həm ənənəvi enerji, həm bərpaolunan enerji mənbələrindən istifadədə böyük uğurlar qazanacaq: "Azərbaycan həmişə yenilikçi olub enerji məsələlərinə çox real yanaşıb. Ölkə mədən yanacaqları, neft, təbii qaz, külək günəş enerjisi ehtiyatları ilə zəngindir. Ən yaxşı siyasət bütün mövcud enerji növlərindən istifadə etməkdir".

Hazırda Azərbaycan iqtisadiyyatının olduqca perspektivli bir sahəsi "yaşıl enerji"dir COP29-un ölkəmizdə keçirilməsi bu sahənin uğurla qurulması baxımından çox əhəmiyyətli rol oynayacaq. Azərbaycan qlobal təhlükəsizliyin etibarlı təmin olunması istiqamətində çox təsirli təşəbbüslərlə çıxış edir. Eyni zamanda praktiki addımları ilə ciddi töhfələr verir.

COP29-un ölkəmizdə keçirilməsi hər şeydən əvvəl Cənubi Qafqazda iqlim dəyişmələrinin mənfi təsirlərinin azaldılması məsələsinə daha ciddi maliyyənin ayrılması, diqqətin yetirilməsi baxımından da əhəmiyyətli olacaq.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2024.- 9 iyul (№ 141).- S.11.