Rövşən
Nəcəf: Azərbaycan
yaşıl enerjiyə
keçid prosesində
bir çox maraqlı tərəfləri
əməkdaşlığa cəlb edib
Azərbaycan yaşıl
enerjiyə keçid prosesində bir çox maraqlı tərəfləri əməkdaşlığa
cəlb edib. Maraqlı tərəflərlə
güclərin birləşdirilməsi
bu istiqamətdə daha böyük nailiyyətlərə çatmağa
imkan yarada bilər.
AZƏRTAC xəbər verir ki, bu
sözləri 18-ci Bakı
Yay Enerji Məktəbinin açılış
mərasimində SOCAR-ın
prezidenti Rövşən
Nəcəf deyib.
O bildirib ki, Azərbaycan bir çox ölkələrə
enerji təchizatının
həcmini artırmaqla
yanaşı, onların
enerji təhlükəsizliyini
də təmin edir.
“Yay Enerji Məktəbinin təşkili
bu kimi məsələlərin
müzakirəsi baxımından
çox uyğun platformadır”,- deyə R.Nəcəf vurğulayıb.
Azərbaycan.-2024.-
9 iyul (№ 141).- S.11.