İşğaldan azad edilmiş ərazilərdə prioritetlərdən biri: yeni yerlərinin açılması

 

 

Minilliklərin o tayından bizə gəlib çatan öyüdlərdən birində deyilir ki, torpağı əkib-becərmədinsə qorumağa, qorumadınsa əkib-becərməyə dəyməz. Azərbaycan xalqı da ulularımızın tövsiyəsindəki hər iki şərtə can-başla əməl etməkdədir - həm ərazilərini göz bəbəyi kimi qoruyur, həm alın təri ilə becərir, tikib-qurur, abadlaşdırır.

Elə 44 günlük Vətən savaşımızdakı tarixi Zəfərimizdən sonrakı dörd ildə özümüzlə yanaşı, bütün dünya da bunun canlı şahidi oldu. Xüsusilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə təməlqoyma açılış mərasimlərində iştirakı zamanı, Böyük qayıdış çərçivəsində sakinlərlə görüşüb söhbət edəndə, Qarabağ Şərqi Zəngəzurda beynəlxalq təşkilat rəhbərləri, adamları ilə müzakirələr aparanda bu inkişaf daha aydın nəzərə çarpır. Şübhəsiz ki, sürətli bərpa-quruculuq işləri, yeni yaşayış massivlərinin salınması, tarixi mədəniyyət abidələrinin bərpası ilə yanaşı, yerlərinin açılması da prioritet məsələlərdəndir.    

İqtisadiyyat naziri Mikayıl Cabbarov keçən ay Şuşada keçirilən "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" mövzusundakı tədbirdə bildirib ki, Ağdam Sənaye Parkı rezident sayına görə ölkədə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci sənaye parkıdır "Məqsəd Qarabağın bərpası yenidən qurulmasıdır. İşğaldan azad edilmiş ərazilərdə yaradılan yerlərinin çox hissəsi özəl sektorun payına düşür", - deyə nazir məlumat verib.

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov deyib ki, hazırda Ağdam Sənaye Parkında ümumi investisiyalarının həcmi 216 milyon manatdan çox olan 25 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Onun sözlərinə görə, rezidentlər tərəfindən sənaye parkına 35 milyon manatdan artıq investisiya qoyulub, 300-dək daimi yeri yaradılıb. Hazırkı layihələrlə sənaye parkında ümumilikdə iki mindən çox yerinin yaradılması nəzərdə tutulur: "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının isə hazırda 10 rezidenti 2 qeyri-rezidenti var. İnvestorlar tərəfindən ümumi olaraq parka 83,4 milyon manatdan artıq investisiyanın yatırılması, 700-dən çox yerinin yaradılması nəzərdə tutulur. Bu günədək sənaye parkına 14 milyon manatdan çox investisiya yatırılıb, 20-dən artıq yeri yaradılıb".

S.Adıgözəlov əlavə edib ki, sahibkarlar hər iki istiqamətə böyük maraq göstərirlər: "Bu ilin birinci yarısında Ağdam Sənaye Parkı üzrə ümumi investisiya dəyəri 68 milyon manat olan 9 layihənin, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı üzrə ümumi investisiya dəyəri 42,7 milyon manat olan 6 layihənin rezidentliyi təsdiqlənib. Hazırda da agentlik tərəfindən bir sıra investisiya layihələrinə baxılır".

Məlumata görə, burada ilkin olaraq tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət süd məhsulları, yem, gübrə istehsalı emalı, eyni zamanda xidmət sahələrinin, soyuducu kameraların s. təşkili prioritet fəaliyyət kimi müəyyənləşdirilib. Sənaye parklarında rezidentlər tərəfindən tikinti-quraşdırma işləri sürətlə aparılır, bəzilərində hazırlıq son mərhələdədir, yaxın vaxtlarda bir neçə müəssisənin fəaliyyətə başlaması nəzərdə tutulur. Cari il ərzində açılışı gözlənilən divar kağızları, bir neçə növdə ayaqqabılar, dam örtükləri, boru qutu profillər, havalandırma, yanğınsöndürmə avadanlıqları, müxtəlif metal məmulatlar, elektrik paylayıcı avadanlıqları elektrik yuvaları, həmçinin avtomatlaşdırma telemexanika sistemlərinin istehsalı müəssisələri bu qəbildəndir.

"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının əsas fəaliyyət istiqaməti kimi parkda logistika ticarət mərkəzi, anbar kompleksləri, topdan pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır.

"İşğaldan azad edilmiş ərazilərdə iqtisadi fəallığın artırılması əhalinin məşğulluğunun təmini məqsədilə "Tabaterra" QSC tərəfindən həm Ağdam şəhərində, həm Qubadlı rayonunda investisiya layihələrinin reallaşdırılması nəzərdə tutulub". Bunu isə adıçəkilən səhmdar cəmiyyətin direktoru Elman Cavanşir deyib. Onun sözlərinə görə, Ağdam şəhərində investisiya həm sənaye, həm sosial infrastrukturu əhatələyir: "Ağdam Sənaye Parkında beynəlxalq standartlara uyğun tütün məmulatları istehsalı müəssisəmiz qurulmaqdadır işlərin bu yaxınlarda yekunlaşacağı gözlənilir. Həmin investisiya layihəsinin tərkib hissəsi olaraq Sumqayıtda yerləşən müəssisəmizdən istehsal avadanlıqlarının Ağdama gətirilməsi nəzərdə tutulub".

Əlbəttə, söhbət ölkə rəhbərliyinin əsas məqsədindən - Qarabağın bərpası yenidən qurulmasından gedirsə, sözsüz ki, sahibkarlar üçün güzəştlər həvəsləndirmə tədbirləri nəzərdə tutulub. Azad edilmiş ərazilərdəki sənaye parklarının rezidentləri qeydiyyata alındıqları vaxtdan başlayaraq 10 il müddətinə əmlak, mənfəət torpaq vergilərindən azaddırlar. Bundan başqa, sənaye parklarında aşağı həddə icarə haqqı tətbiq edilir, dövlət vəsaiti hesabına elektrik, təbii qaz, içməli texniki su, sürətli internetlə təmin edilmiş infrastruktur qurulur. Sənaye zonalarının avtomobil dəmir yolu qovşaqları üzərində yerləşməsi yüklərin asan daşınmasına imkan verəcək. İşğaldan azad edilmiş ərazilərdə kommunal xidmətlərdən istifadəyə görə güzəştli mexanizm, bir sıra xammal materialların idxalı zamanı gömrük vergi azad olmaları, eyni zamanda sosial sığorta haqlarının subsidiyalaşdırılması əlavə güzəştlərdən bəhrələnəcəklər. Sənaye parklarının biznes perspektivləri, qurulmuş müasir infrastruktur, dövlət dəstəyi mexanizmləri buradakı müəssisələrin fəaliyyəti ilə tanış olan digər adamları da sərmayə imkanlarını dəyərləndirməyə başlayıblar.

 

Qurban MƏMMƏDOV,

Azərbaycan.-2024.- 9 iyul (№ 141).- S.12.