Türk dövlətlərininyaşıl enerji" əməkdaşlığı daha da genişlənəcək

 

 

Qarabağ Bəyannaməsindəki çağırışlardan biri məhz budur

 

 

 

Bir neçə gün əvvəl Şuşada imzalanan "Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi"ində iqlim dəyişikliyi bərpaolunan enerji məsələləri özünə geniş yer alıb. Sənəddə iqlim dəyişikliyi onun türk dövlətlərinin dayanıqlı inkişafına təsirlərinə birgə iqlim fəaliyyəti yolu ilə cavab verilməsində daha sıx əməkdaşlığın zəruriliyi vurğulanıb.

Bəyannamədə bərpaolunan enerji enerji səmərəliliyi sahələrində əməkdaşlığın inkişafı da daxil olmaqla türk dövlətləri arasında enerji sahəsində strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanır Azərbaycan-Qazaxıstan-Özbəkistan enerji sistemlərinin qarşılıqlı əlaqələndirilməsi layihəsində ("Yaşıl dəhliz") son inkişaflar alqışlanır.

Xatırladaq ki, hələ keçən ilin noyabr ayında Bakıda, İqtisadiyyat Nazirliyində keçirilən üçtərəfli görüşdə Mərkəzi Asiya ölkələrindən Azərbaycan ərazisi ilə Avropaya elektrik enerjisinin ixracı perspektivləri müzakirə edilmişdir. Tərəflər elektrik enerjisinin ixracı ilə bağlı birgə müəssisənin yaradılması layihənin iqtisadi əsaslandırılmasına hazırlıq üzrə razılığa gəlmişlər. Azərbaycanın, Özbəkistanın Qazaxıstanın iqtisadiyyat energetika nazirlərinin iştirakı ilə keçirilən həmin görüşdə qeyd edilmişdi ki, üç ölkənin bərpaolunan enerjinin inkişafı ixracı ilə bağlı yürütdüyü siyasət Azərbaycana Mərkəzi Asiya ölkələrindən Avropaya elektrik enerjisinin təchizi üzrə körpü rolunu oynamağa imkan verir. Belə ki, Azərbaycan Gürcüstan, Rumıniya Macarıstanla birgə 4 QVt elektrik enerjisinin ixracına xidmət edəcək Xəzər dənizi-Qara dəniz-Avropa enerji dəhlizinin yaradılması üzərində işləyir. Daha 1 QVt "yaşıl enerji"nin Naxçıvan-Türkiyə-Avropa marşrutu ilə nəqli nəzərdə tutulub.

Görüşdə bildirilmişdi ki, Qazaxıstanın Özbəkistanın həmin dəhlizlərə çıxış əldə etməsi bu ölkələrin elektrik enerjisi bazarlarının inkişafı, "yaşıl hidrogen"in, ammonyakın istehsalı təchizatı üzrə əməkdaşlığını möhkəmləndirəcək. Tərəflər Azərbaycanın region ölkələrinin enerji sisteminin gələcək inkişafı üzrə səylərin koordinasiyası sinxronlaşdırılması ilə bağlı təşəbbüsünü, eləcə təmiz elektrik enerjisinin üçüncü ölkələrin bazarlarına təchizatı istiqamətində qarşılıqlı səylərini təqdir etmişlər. Nazirlər ölkələrin bərpaolunan enerji üzrə potensialını qeyd edərək, alternativ mənbələrdən alınan elektrik enerjisinin Avropaya ixracı ilə bağlı layihəyə qoşulmağa hazır olduqlarını bildirmişlər görüşün nəticəsi kimi Birgə Kommünike imzalanmışdır.

Həmin hadisədən bir ay sonra isə Bakıda Azərbaycan, Özbəkistan Qazaxıstan arasında Mərkəzi Asiyadan ölkəmizin ərazisi ilə Avropaya elektrik enerjisinin ixracı perspektivlərinin müzakirə olunduğu üçtərəfli görüşün nəticəsi kimi Birgə Kommünike qəbul edildi. Bu sənəddə bərpaolunan enerji mənbələrinə fokuslanan enerji mübadiləsi, "yaşıl hidrogen" "yaşıl ammonyak"ın inkişafı ixracı, müvafiq infrastrukturun yaradılması sahəsində əməkdaşlıq kimi məsələlər əks olundu. Sənədə əsasən, tərəflər elektrik enerjisinin ixracı ilə bağlı birgə müəssisənin yaradılması layihənin iqtisadi əsaslandırılmasına hazırlıqla bağlı razılığa gəldilər. Birgə Kommünikeyə uyğun olaraq regionda üçüncü ölkələr bu layihədə iştirak edə bilərlər.

Nazirlər bu dəfə ölkələrin bərpaolunan enerji sahəsində potensialını vurğulayaraq alternativ mənbələrdən alınan elektrik enerjisinin Avropaya ixracı layihəsinə qoşulmağa hazır olduqlarını bir daha qeyd etdilər. Bu kontekstdə Azərbaycanın enerji sisteminə inteqrasiya edəndən sonra Qara dənizin dibi ilə yüksəkgərginlikli xətlərin çəkilməsi imkanlarının araşdırılmasına maraq ifadə olundu. Onlar həmçinin təsdiqlədilər ki, "yaşıl enerji"nin ötürülməsi layihəsinin inkişafı iştirakçı ölkələrin iqtisadiyyatları enerji sistemləri arasında əlaqələri daha da gücləndirəcək, milli enerji sənayelərinə yeni təkan verəcək.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin Qarabağı Şərqi Zəngəzuru, eləcə Naxçıvan Muxtar Respublikasını "yaşıl enerji" zonası elan etməsi bu diyarların həmin sahədəki  potensialından səmərəli istifadə olunması üçün geniş perspektivlər açır. Konkret olaraq Naxçıvan MR-in  5 QVt "yaşıl enerji" mənbələri potensialı ilə enerjinin bu növünün ixracatçısına çevrilməsi hədəflənib.

Bu istiqamətdə Azərbaycan-Türkiyə Enerji Forumu  möhkəm platforma təşkil edir. İlk dəfə 2021-ci ildə Bakıda təşkil olunan  bu forum iki qardaş ölkə arasında enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır. Əsasən "yaşıl enerji" konsepsiyası çərçivəsində formalaşdırılan  platforma enerji sahəsində əməkdaşlığın müttəfiqlik səviyyəsinə yüksəldilməsini qarşıya qoyur. Növbəti dəfə - 2022-ci ildə Türkiyədə keçirilən foruma üçüncü dəfə keçən ilin payızında Naxçıvan evsahibliyi etdi. Bu mühüm tədbir regionun  "yaşıl enerji" mənbələrini bir daha təhlil etmək, qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsinə nail olmaq baxımından böyük rol oynayır.

2023-cü il sentyabrın 25-də Azərbaycan  Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimində iştirak edərkən  dövlətimizin başçısı demişdir: "Bir neçə gündən sonra, daha doğrusu, üç gündən sonra Naxçıvanda Türkiyə Azərbaycanın vəzifəli şəxslərinin, beynəlxalq təşkilatların iştirakı ilə Türkiyə-Azərbaycan III Enerji Forumu keçiriləcəkdir əminəm ki, bu forumun nəticələri uğurlu olacaq. Naxçıvanın qazı, nefti olmasa da, günəşi var Naxçıvanda günəş-elektrik stansiyalarının inşası ilə bağlı bizim böyük planlarımız var. Bu planlar gerçəkləşərsə, Naxçıvan "yaşıl enerji" zonasına çevrilə bilər. Çünki burada həm günəş, həm külək, eyni zamanda su-elektrik stansiyalarının inşası üçün böyük potensial var gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində "yaşıl enerji" ixracı da mümkün olacaqdır".

Bu görüşdə "Azərbaycan Respublikasında Türkiyə Respublikasında bərpaolunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi Türkiyə Respublikasının Energetika Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu" da imzalandı. Beləliklə, Azərbaycan Türkiyə arasında enerji  sahəsinin daha da inkişaf etdirilməsi ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının da  "yaşıl enerji" dəhlizi üçün əhəmiyyəti bir daha ortaya qoyuldu.

Məhz Azərbaycan-Türkiyə III Enerji Forumunda vurğulandı ki, külək günəş enerjisi üzrə 1500 MVt-lıq istehsal güclərinin yaradılması onun ən azı 1000 MVt-nın ixrac edilməsi planları çərçivəsində beynəlxalq enerji şirkətləri ilə əməkdaşlıq Naxçıvanı "yaşıl enerji"nin istehsalçısı, ixracatçısı mənbəyinə    tranzit məkanına çevirəcək. Bu xüsusda "yaşıl enerji" layihələrinin reallaşdırılması ilə bağlı planlar diqqətə çatdırıldı.

Təsadüfi deyil ki,  keçən ayın əvvəlində keçirilən Bakı  Enerji Həftəsində həmin mövzuya geniş toxunuldu. Türkiyə Respublikasının energetika təbii sərvətlər naziri Alparslan Bayraktar  tədbirin açılış mərasimindəki çıxışında dedi: "Biz Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə sıx əməkdaşlıq edirik. Məqsədimiz burada - Naxçıvan ilə Türkiyə arasında qarşılıqlı enerji bağlantısı imkanlarını artırmaqdır. Bu investisiyaların yekunlaşdırılması ilə daha çox yeni "yaşıl enerji"ni təmin edə bunları Türkiyə bazarına nəql edə bilərik. Çıxışımı yekunlaşdırmazdan əvvəl bildirmək istəyirəm ki, Türkiyə bu istiqamətdə enerji layihələrinin regionda əsas vasitəçisi kimi çıxış edir. Belə ki, Türkiyə Şərq ilə Qərb arasında unikal mövqedə yerləşir. Düşünürəm ki, regional əməkdaşlığı daha da təşviq etməklə, enerji təhlükəsizliyini prioritet kimi görməklə biz dayanıqlı dinamik enerji landşaftı qura bilərik ki, bu da gələcək nəsillərə xidmət edə bilər".

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Kamran Hüseynov Bakı Enerji Həftəsinin forum hissəsindəki çıxışında bildirdi ki, Naxçıvandan, əsasən yeni günəş-elektrik stansiyalarından Türkiyəyə sonra da ola bilsin ki, Avropaya elektrik enerjisi ixrac etmək planlaşdırılır. Energetika Nazirliyi Naxçıvan MR-  bərpaolunan enerji mənbələrinin yaradılmasına xarici şirkətləri cəlb edir.

Qarabağ Bəyannaməsində məhz türk dövlətlərində bərpaolunan geniş enerji potensialından, üzv dövlətlər arasında üçüncü ölkələrə bərpaolunan mənbələrdən daxil olmaqla elektrik enerjisinin ixracı ticarəti üçün geniş enerji sistemlərinin inkişafı imkanlarının istifadəsi məqsədilə onların enerji sistemləri arasında enerji inteqrasiyası qarşılıqlı əlaqəsi üzrə sıx əməkdaşlığa çağırışlar  edilib.

 

Flora SADIQLI,

Azərbaycan.-2024.- 10 iyul (¹ 142).- S.9.