Azərbaycanın
COP29 prioritetləri
Konfransın tematik günlərinin bölgüsü də aparılıb
Noyabrda Bakıda
keçiriləcək BMT-nin
İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasına
(COP29) hazırlıqlar davam
edir.
Konfransa olan maraq, iştirakçıların
sayının getdikcə
artması onu deməyə əsas verir ki, Bakıda
iqlim dəyişikliyi
ilə mübarizə
istiqamətində çox
mühüm qərarlar
qəbul olunacaq. Qlobal konfrans üçün Azərbaycanın
öz prioritetləri də var. Bu
barədə iyulun 8-də
COP29-la əlaqədar Təşkilat
Komitəsinin beşinci
iclasında məlumat
verilib.
Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının
rəhbəri, Təşkilat
Komitəsinin sədri
Samir Nuriyevin sədrliyi ilə keçirilən iclasda vurğulanıb ki, COP29-a hazırlıq prosesi Prezident İlham Əliyevin daimi nəzarəti altındadır.
Təşkilat
Komitəsinin sədri
Samir Nuriyev xatırladıb ki, Prezident İlham Əliyev iyulun 4-də keçirilmiş "Şanxay
Əməkdaşlıq Təşkilatı
plyus" formatında
tədbirdə və iyulun 6-da Şuşada təşkil edilmiş Türk Dövlətləri
Təşkilatının dövlət
başçılarının qeyri-rəsmi Zirvə görüşündə Azərbaycanın
COP29 zamanı inkişaf
etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq və konsensusa nail olmaq üçün səylərini əsirgəməyəcəyini
vurğulayıb. Təşkilat
Komitəsinin sədri
əlavə edib ki, Şuşa Zirvə görüşündə
qəbul olunmuş Qarabağ Bəyannaməsində
qardaş türk dövlətləri COP29-da real
nəticələrin əldə
edilməsi istiqamətində
Azərbaycanın ardıcıl
səylərini dəstəkləyiblər.
Samir Nuriyev Azərbaycan Prezidentinin Liderlər Sammitinə dəvətinə cavab olaraq tədbirdə iştirak edəcək dövlət və hökumət başçılarının
sayının artdığını
bildirib. O, sammitə böyük marağın
ölkəmizə hörmətin,
Azərbaycanın nəhəng
beynəlxalq tədbirləri
yüksək səviyyədə
təşkil etmək
qabiliyyətinə inamın
və "yaşıl
keçid"lə bağlı
qəti siyasi iradəsinə etimadın
göstəricisi olduğunu
vurğulayıb.
Prezident Administrasiyasının
rəhbəri bildirib ki, Azərbaycan Hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Katibliyi arasında imzalanacaq "Ev Sahibi Ölkə" sazişinin yekun mətni müvafiq dövlət qurumlarının
rəyləri nəzərə
alınmaqla yaxın zamanlarda hazır olacaq. Təşkilat Komitəsinin sədri
2024-cü il iyunun
3-13-də keçirilmiş Bonn iqlim konfransından
sonra Azərbaycanın
COP29 sədrliyinin aktiv
mərhələsinə qədəm
qoyduğunu qeyd edib.
Azərbaycanın COP29 prioritetləri barədə
danışan Samir Nuriyev müxtəlif dövlət qurumlarının
təklifləri əsasında,
eləcə də BMT
və digər beynəlxalq qurumlarla intensiv müzakirələr
nəticəsində 14 təşəbbüsdən
ibarət ilkin təkliflər siyahısının
hazırlandığını bildirib.
Samir Nuriyev qeyd edib ki,
artıq BMT ilə razılaşdırılmaqla COP29-un tematik günlərinin bölgüsü aparılıb.
Azərbaycanın iqlim
dəyişmələrinə qarşı mübarizədə
dövlətlərlə yanaşı,
qeyri-hökumət təşkilatları,
beyin mərkəzləri
ilə də əməkdaşlığa açıq
olmasına toxunan Samir Nuriyev vurğulayıb
ki, bir sıra
nüfuzlu əcnəbi
şəxslərdən ibarət
COP29 Beynəlxalq Məşvərət
Komitəsinin yaradılması
istiqamətində işlər
yekunlaşmaqdadır.
Ümumiyyətlə, COP29 kimi qlobal tədbirin
Bakıda keçirilməsi
ilə bağlı qərarın qəbul edilməsi bir daha onu təsdiq
edir ki, Azərbaycan beynəlxalq aləmdə yüksək
nüfuza malik olan dövlətlərin sırasında yer alıb.
Prezident İlham
Əliyevin də dediyi kimi, COP29 qarşıdurma arenası
olmayacaq, Azərbaycan ev sahibi kimi
körpülər yaradacaq:
"Azərbaycan Qərblə
Qlobal Cənub arasında körpü rolunu oynamaq fikrindədir, o cümlədən
"yaşıl enerji"yə
keçid və iqlim dəyişikliyi ilə bağlı".
Bu baxımdan
COP29 sammiti Azərbaycanın
etibarlı tərəfdaş
ölkə kimi dünyada açıq təşəbbüslərin açıq
məkanına çevrilməsini
şərtləndirməklə, gələcək yeni enerji proqramlarında bölgənin aparıcı
sərmayə nöqtəsinə
çevrilməsini də
təmin edəcək.
Bu Zirvə konfransı dünya ictimaiyyətinin diqqətinin
iki həftə ərzində ölkəmizə
və ölkəmiz vasitəsilə Cənubi Qafqaza yönəlməsinə
imkan yaradacaq. Neçə illərdir ki, Avropanın enerji təhlükəsizliyində
əhəmiyyətli rol
oynayan Azərbaycan
COP29-un nüfuzlu platforması
çərçivəsində beynəlxalq birliyə, tərəfdaş olan qardaş və dost ölkələrlə
yanaşı, bədxahlara
da göstərə biləcək ki, alternativ enerji ilə bağlı layihələr və
"yaşıl enerji"nin
dünya bazarına nəqli Azərbaycanın
enerji siyasətində
prioritet sahələrdən
biridir.
Bu mötəbər
tədbirin "Yaşıl
dünya naminə həmrəylik ili"ndə
keçirilməsi nəticəsində
Azərbaycan özünün
ən müsbət tərəflərini dünyaya
çatdıracaq. Ölkəmiz
həmçinin həmin
istiqamətlər üzrə
yaxın bir neçə 10 illiyə hesablanmış yeni siyasətin formalaşdırılması
üçün çox
əlverişli imkanlar
qazanacaq.
Əlbəttə ki,
Azərbaycanın öz
üzərinə düşən
vəzifəni layiqincə
yerinə yetirəcəyi
və COP29-u ən yüksək səviyyədə
keçirəcəyi heç
kimdə şübhə
doğurmur. Azərbaycanın
evsahibliyi edəcəyi
COP29 iqlim dəyişmələri
ilə bağlı yeni yanaşmaların yaranmasına və müxtəlif maraqlı tərəflər arasında
əməkdaşlığa da imkan verəcək,
iqlim dəyişmələri
ilə mübarizədə
yeni qlobal təşəbbüslər meydana
çıxacaq.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2024.-
10 iyul (№ 142).- S.9.