Elektron Rəqabət
İnformasiya Sisteminin
yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, rəqabət və istehlakçıların hüquqlarının
qorunması sahələrində
idarəetmənin təkmilləşdirilməsini,
görülən işlərin
səmərəliliyinin artırılmasını,
habelə vahid informasiya sistemi üzərindən xidmətlər
göstərilməsini təmin
etmək məqsədilə
qərara alıram:
1. Elektron Rəqabət İnformasiya Sistemi (bundan sonra - ERİS) yaradılsın.
2. Müəyyən edilsin
ki:
2.1. ERİS rəqabət və istehlakçıların hüquqlarının
müdafiəsi sahələrində
istehlakçıların və
bazar subyektlərinin müraciətlərinin
(vəsatətlərinin) qəbulunu,
emalını, onlara əlavə edilməli olan sənədlərin və ya məlumatların
real vaxt rejimində digər dövlət orqanlarından (qurumlarından)
sorğu əsasında
əldə olunmasını,
həmin müraciətlərə
(vəsatətlərə) dair
qərarların və
məlumatların elektron
qaydada təqdim edilməsini, habelə qeyd olunan sahələrdə
məlumatların istifadəçilər
üçün əlçatanlığını
təmin edir;
2.2. ERİS-in sahibi funksiyalarını Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi,
operatoru funksiyalarını
Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi
yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata
keçirir;
2.3. ERİS-in yaradılması və saxlanılması ilə bağlı xərclər
Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi
yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin büdcədənkənar gəlirləri
hesabına həyata keçirilir.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
3.1. ERİS haqqında əsasnamənin
layihəsini hazırlayıb
altı ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
3.2. bu Fərmandan irəli gələn digər məsələləri
həll etsin.
4. Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi
altı ay müddətində
ERİS-in formalaşdırılmasını
təmin etsin.
5. Azərbaycan Respublikasının
Rəqəmsal İnkişaf
və Nəqliyyat Nazirliyi:
5.1. "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması,
aparılması, inteqrasiyası
və arxivləşdirilməsi
Qaydaları"nın təsdiq
edilməsi və elektron hökumətlə
bağlı bəzi tədbirlər haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 12 sentyabr
tarixli 263 nömrəli
Fərmanına uyğun
olaraq, ERİS-in aidiyyəti
dövlət informasiya
ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron
Hökumət İnformasiya
Sistemi vasitəsilə
təmin etsin;
5.2. Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 3 iyun
tarixli 718 nömrəli
Fərmanı ilə təsdiq edilmiş "Hökumət buludu"
(G-cloud) Konsepsiyası"na uyğun olaraq, ERİS-in
"Hökumət buludu"nda
yerləşdirilməsini təmin
etsin.
6. Azərbaycan Respublikasının
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət
Xidməti:
6.1. ERİS-i mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etsin və onun təhlükəsizlik
meyarları üzrə
monitorinqini həyata keçirsin;
6.2. ERİS-in informasiya təhlükəsizliyinin
təmin edilməsi məqsədilə sahibi və operatoru ilə birlikdə zəruri tədbirlər görsün.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
9 iyul 2024-cü il
Azərbaycan.-2024.-
10 iyul (№ 142).- S.2.