Numan Kurtulmuş: Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə mükəmməl səviyyədədir

 

 

Azərbaycanla əlaqələrimiz bütün sahələrdə mükəmməl səviyyədədir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Vaşinqtonda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş deyib.

O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin də dediyi kimi, Türkiyə və Azərbaycan iki dövlət, tək millətdir. TBMM sədri əlavə edib ki, iki ölkə arasında dostluq qardaşlıqdan da çox-çox irəlidə gözəl əlaqələr mövcuddur.

Bu əlaqələrin təcrübədə nəticələr verdiyini görürük. Azərbaycan Türkiyə əl-ələ verərək, sadəcə, iki dövlətin deyil, 300 milyonluq Türk dünyasının da yenidən güclü şəkildə ayağa qalxması üçün öndəgedən olacaqlar”, - deyə Numan Kurtulmuş bildirib.

 

Azərbaycan.-2024.- 10 iyul (№ 142).- S.2.