Janar
Tulindinova: Azərbaycan
Qazaxıstanın mühüm
tərəfdaşıdır
Azərbaycan Qazaxıstan
üçün mühüm
tərəfdaş və
qardaş türkdilli dövlətdir.
Bunu
AZƏRTAC-a açıqlamasında politoloq, Qazaxıstan
Respublikası Prezidentinin İşlər İdarəsi
yanında Parlamentarizm İnstitutunun təminat üzrə
icraçı direktoru Janar Tulindinova deyib. O əlavə edib: “Biz də Azərbaycanla
birlikdə Türk Dövlətləri Təşkilatının
(TDT) üzvüyük. Ölkələrimiz
arasında sıx əməkdaşlıq qurulub”.
Ekspert Qazaxıstan
Prezidentinin 2024-cü ilin
yazında Azərbaycana
səfərini xatırladıb.
O, bu səfər zamanı bir sıra simvolik jestlərin edildiyini, o cümlədən Füzulidə
Qazaxıstan tərəfindən
tikilmiş Kurmanqazı
Uşaq Yaradıcılıq
Mərkəzinin açılışının
olduğunu diqqətə
çatdırıb.
Politoloqun sözlərinə
görə, Qazaxıstan
iqtisadi-ticari əlaqələrin
gücləndirilməsində, nəqliyyat və logistika potensialının
inkişafında maraqlıdır.
“Bu, qabaqcıl layihə olan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlıdır”,
-deyə o bildirib.
Tulindinova qeyd edib ki, Qazaxıstanın
sədrliyi dövründə
şərq-qərb və
şimal-cənub istiqamətlərində
iri strateji limanlar və logistik mərkəzlərdən
ibarət tərəfdaşlıq
şəbəkəsinin yaradılması
təşəbbüsü ilə çıxış
etdiyi üçün
Azərbaycanın Astanada
“ŞƏT Plyus” formatında
iştirakı mühüm
əhəmiyyət kəsb
edir. “Azərbaycan bu marşrutların kəsişməsində yerləşir”,
-deyə politoloq vurğulayıb.
O əlavə edib
ki, Qazaxıstan Almatı şəhərini
Azərbaycan ilə Ermənistan arasında danışıqlar yeri kimi təklif edib. Politoloq, həmçinin ölkəsinin
Zəngəzur dəhlizinin
açılmasında və
bu logistika sahəsinin aktivləşdirilməsində
maraqlı olduğunu bildirib.
Azərbaycan.-2024.-
10 iyul (¹ 142).- S.2.