Bəzi
seçki dairələri
üzrə seçki
məntəqələrinin yaradılmasına dair Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının qərarı
Qərar ¹ 18/74
Azərbaycan Respublikası
Prezidentinin 2024-cü il
28 iyun tarixli 176 nömrəli Sərəncamı
ilə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar
seçkilər 2024-cü il
sentyabrın 1-nə təyin
edilmişdir.
Bununla əlaqədar
işğaldan azad edilmiş ərazilərdə
məskunlaşan, habelə
uzunmüddətli bərpa,
tikinti-quruculuq və abadlıq işlərində
çalışan çoxsaylı
seçicilərin seçki
hüquqlarının təmin
edilməsi məqsədilə
müvafiq seçki dairələrinin dairə
seçki komissiyaları
tərəfindən yeni
seçki məntəqələrinin
yaradılması zərurətə
çevrilmişdir.
Azərbaycan Respublikası
Seçki Məcəlləsinin
(bundan sonra - Seçki Məcəlləsi)
35.2-ci maddəsinə əsasən,
seçki məntəqələri
müvafiq dairə seçki komissiyaları tərəfindən aidiyyəti
orqanlarla razılaşdırılaraq,
seçicilər üçün
maksimum əlverişli
şərait yaradılmasının
zəruriliyi, yerli və digər şərait nəzərə
alınmaqla yaradılır.
Seçki məntəqələri
bilavasitə seçkilərdən
əvvəl yaradılırsa,
onlar səsvermə gününə ən azı 50 gün qalmış yaradılmalıdır.
Bundan əlavə,
seçki məntəqələri
yaradılarkən Seçki
Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə
riayət olunmalıdır.
Beləliklə, Seçki
Məcəlləsinin 35.3-cü maddəsinin tələbləri, habelə
35.2-ci və
36.4-cü maddələrində göstərilən prosessual
müddətlər nəzərə
alınmaqla, 84 saylı
Füzuli, 118 saylı
Ağdam-Xocalı, 121 saylı
Laçın, 122 saylı
Xankəndi, 124 saylı
Şuşa - Ağdam
- Xocavənd və 125
saylı Zəngilan - Qubadlı seçki dairələrinin hüdudları
daxilində yeni seçki məntəqələrinin
yaradılması və
məntəqə seçki
komissiyalarının təşkili
müvafiq seçki dairələrinin dairə
seçki komissiyalarına
həvalə edilməlidir.
Qeyd edilənlərə
əsasən Mərkəzi
Seçki Komissiyası
Seçki Məcəlləsinin
17.6.19-cu, 19.4-cü, 28.4-cü, 35-ci və
36-cı maddələrinə uyğun olaraq qərara alır:
1. 84 saylı Füzuli,
118 saylı Ağdam-Xocalı,
121 saylı Laçın,
122 saylı Xankəndi, 124 saylı Şuşa - Ağdam - Xocavənd və 125 saylı Zəngilan - Qubadlı seçki dairələrinin hüdudları
daxilində yeni seçki məntəqələrinin
yaradılması və
məntəqə seçki
komissiyalarının təşkili
müvafiq seçki dairələrinin dairə
seçki komissiyalarına
həvalə edisin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
09.07.2024
Azərbaycan.-2024.-
10 iyul (¹ 142).- S.3.