Altıncı
çağırış Azərbaycan Respublikası
Milli Məclisinin deputatı Adil Abış oğlu Əliyevin deputat səlahiyyətlərinə xitam
verilməsi barədə
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının qərarı
Qərar № 18/75
Azərbaycan Respublikası
Prezidentinin 2024-cü il
8 iyul tarixli Sərəncamı ilə
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı Adil Abış oğlu Əliyev Bakı şəhəri Suraxanı
Rayon İcra Hakimiyyətinin başçısı
təyin edilib.
Azərbaycan Respublikası
Konstitusiyasının 89-cu maddəsinin
I hissəsinin 4-cü bəndinə
əsasən Azərbaycan
Respublikası Milli Məclisinin deputatı dövlət orqanlarında
vəzifə tutduqda onun deputat səlahiyyətlərinə
Azərbaycan Respublikası
Seçki Məcəlləsinin
175.3-cü maddəsinə uyğun
olaraq Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının
qərarı ilə xitam verilir.
Beləliklə, qanunvericilikdə
nəzərdə tutulmuş
qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı A.A.Əliyevin deputat səlahiyyətlərinə xitam
verilməsi üçün
əsas yaranmışdır.
Mərkəzi Seçki
Komissiyası Azərbaycan
Respublikası Konstitusiyasının
89-cu maddəsinin I hissəsinin
4-cü bəndinə, Seçki
Məcəlləsinin 19.14-cü, 28.2-ci,
28.4-cü, 175.3-cü, 176.2-ci və
176.3-cü maddələrinə uyğun olaraq qərara alır:
1. Altıncı çağırış
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı Adil Abış oğlu Əliyevin deputat səlahiyyətlərinə xitam
verilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
09.07.2024
Azərbaycan.-2024.-
10 iyul (№ 142).- S.3.