2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının səlahiyyətli nümayəndələrinin maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

 

Qərar № 18/79

 

 

 

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin 2024-cü il 6 iyul tarixli iclasının Qərarı ilə səlahiyyətli nümayəndələr maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin edilmiş həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində nəzərdə tutulmuş müddətdə qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü 52-ci maddələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə aşağıdakı şəxslər Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının səlahiyyətli nümayəndələri maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:

 

Səlahiyyətli nümayəndələr:

 

Nicat Pənah oğlu Qədirli

Akif Tofiq oğlu Qəmbərov

Mösüm Cabar oğlu Mahmudov

Yusif Hüseyn oğlu Süleymanov

Yaşar Rəşid oğlu Kələntərov

Vaqif Şirin oğlu Abışov

Amil Faiq oğlu İsmayılzadə

 

Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:

 

İlqar Əlixan oğlu Məmmədxanov

Etiram Etibar oğlu Nəsirli

Seynur Soltan oğlu İsmayılov

Baxçalı İlham oğlu Əliyev

İsmayıl Samir oğlu Cəfərov

Sahib Tofiq oğlu Həşimov.

 

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr    Məzahir Pənahov

Katib    Arifə Muxtarova

Katib    Mikayıl Rəhimov

 

09.07.2024

Azərbaycan.-2024.- 10 iyul (№ 142).- S.3.