2024-cü il
sentyabrın 1-nə təyin
edilmiş Azərbaycan
Respublikasının Milli
Məclisinə növbədənkənar
seçkilərdə Ağ
Partiyasının səlahiyyətli
nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının
qərarı
Qərar № 18/82
2024-cü il sentyabrın
1-nə təyin edilmiş
Azərbaycan Respublikasının
Milli Məclisinə növbədənkənar seçkilərdə
Ağ Partiyası səlahiyyətli nümayəndələr
təyin etmiş və həmin şəxslərin qeydə
alınması üçün
müvafiq sənədləri
Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.
Mərkəzi Seçki
Komissiyası bununla əlaqədar Azərbaycan
Respublikası Seçki
Məcəlləsində (bundan
sonra - Seçki Məcəlləsi) nəzərdə
tutulmuş müddətdə
və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin
qeydə alınması
üçün əsasların
olmasını müəyyən
etmişdir.
Mərkəzi Seçki
Komissiyası Seçki
Məcəlləsinin 19.4-cü,
19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən
qərara alır:
1. 2024-cü il sentyabrın
1-nə təyin edilmiş
Azərbaycan Respublikasının
Milli Məclisinə növbədənkənar seçkilərdə
aşağıdakı şəxslər
Ağ Partiyasının
səlahiyyətli nümayəndələri
kimi qeydə alınsınlar:
Pərviz Hacbala
oğlu Əliosmanov
Kənan Hakim oğlu Məmmədov
Şahin Cəfər
oğlu Abdullayev
Zabit Mürşüd
oğlu Hacıyev
İmran Zakir oğlu Məmmədov
Elşən Misir
oğlu Qafarov
Şahin Balasər
oğlu Rəhimov
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
09.07.2024
Azərbaycan.-2024.-
10 iyul (№ 142).- S.4.