Türk dövlətləri Orta Dəhlizin inkişafı üçün daha böyük imkanlar yaratmaqla həm siyasi zəmanət əldə etmiş olurlar

 

Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü dünya birliyinə bir daha nümayiş etdirdi ki, Qarabağ Azərbaycanın tarixi ərazisidir. Bu fakt Ermənistanı revanşa sövq edən Fransa kimi bəzi Avropa dövlətlərinə tutarlı cavab idi. TDT- daxil olan dövlətləri təkcə tarix, milli dini dəyərlər deyil, eyni zamanda, iqtisadi əməkdaşlıq əlaqələri birləşdirir. Bu birlik tarixin inkişaf prosesində meydana çıxan geosiyasi zərurətdir. TDT özündə dövlətlərlə yanaşı, Avropa, Qafqaz Mərkəzi Asiya regionlarını birləşdirir. Mərkəzi Asiya respublikaları əhalisi təqribən 1,4 milyard nəfər olan Çinlə sərhəddə yerləşir. Avropa dövlətləri isə bu böyük bazara çıxış əldə etməyə ticarət əlaqələrini genişləndirməyə daim can atıblar.

Azərbaycan coğrafi mövqeyi və iqtisadi infrastrukturu ilə həm Avropa və Asiya, həm də türk dövlətləri arasında körpü rolunu oynayır. TürkiyəninUlusalkanalının siyasi şərhçisi Yakub Aslan Şuşa Zirvə görüşünü şərh edərək bildirib ki, Prezident İlham Əliyev dünyada cərəyan edən ağır siyasi prosesləri nəzərə alıb Azərbaycanın geosiyasi mövqeyini çox düzgün qiymətləndirərək türk dövlətlərinin iqtisadi inteqrasiyasına nail olmaq üçün təkliflər irəli sürür. Bu isə bütün Avrasiya regionundakı dövlətlərin iqtisadi inkişafı üçün geniş imkanlar yaradır. Asiya ilə Avropa arasındakı ticarət əlaqələrinin inkişafı ilə sıx bağlı olan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəaliyyəti üçün Azərbaycan zəruri infrastruktur layihələri həyata keçirib.

Prezident İlham Əliyev Şuşa Zirvə görüşündə çıxışı zamanı bildirdi ki, Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi qarşımızda duran prioritet məsələlərdən biridir. Orta Dəhlizin ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyəti Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tona çatdırılıb. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək. Bu ilin may ayında İstanbulda Türk İnvestisiya Fondunun təsis iclasının keçirilməsi iqtisadi əlaqələrimizin daha da dərinləşməsinə xidmət edən növbəti uğurlu addımdır. İnanıram ki, Fond vasitəsilə bir çox sahələrdə birgə layihələrə sərmayə qoyulacaqdır. Enerji sahəsində strateji tərəfdaşlığımız, o cümlədən bərpaolunan enerji enerji səmərəliliyi sahəsində əməkdaşlığımız çox əhəmiyyətlidir. Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Avropa ilə Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yaratmaq məqsədi daşıyanRəqəmsal İpək Yolulayihəsi mühüm təşəbbüslərdən biridir.

Göründüyü kimi, Azərbaycanın potensialı düzgün iqtisadi siyasət yürütməsi, eyni zamanda, Avropa Asiya dövlətlərinin dəhlizlərə artan marağı postneft dövrü üçün hazırlanmış strategiyadır.

Tədbirdə Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun əhəmiyyətini vurğulayan Qazaxıstan Prezidenti bildirdi: “Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun bütün potensialı istifadə olunmalıdır. Bu gün bu istiqamətdə konteyner daşımalarının həcmi kəskin şəkildə artıb. Biz nəqliyyat daşımalarının vaxtını azaltmaq üçün multimodal rəqəmsal platforma, rəqəmsal ticarət dəhlizi yaratmışıq. Bu istiqamətdə Azərbaycanla sıx əməkdaşlıq edirik”. Qazaxıstanın dəhlizə xüsusi maraq göstərməsinin səbəbi odur ki, Çindən Avropa istiqamətinə daşınan yüklər məhz Qazaxıstan ərazisindən keçərək Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu ilə Azərbaycana, buradan isə Avropaya daşınır.

Orta Dəhliz vasitəsilə yükdaşımaların həcminin ildən-ilə artması Çinlə yanaşı, Yaponiya, Koreya digər Cənub-Şərqi Asiya ölkələrinin marağına səbəb olub. Rusiya-Ukrayna müharibəsinin, dünyada postneft dövrünün başlaması dəhlizlərin aktuallığını daha da artırır. MDB Ölkələri İnstitutunun Mərkəzi Asiya Qazaxıstan şöbəsinin müdiri, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Andrey Qrozin qeyd edir ki, yeni nəqliyyat dəhlizlərinin, o cümlədən multimodal Şimal-Cənub nəqliyyat dəhlizinin perspektivləri daha genişdir. Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri, Azərbaycan, Rusiya Çin yaxın vaxtlarda bu istiqamətdə əməkdaşlığı daha da gücləndirə bilərlər.

Orta Dəhliz məsafə müddət baxımından böyük alternativ sayılır. Hesablamalar göstərir ki, Çindən Avropaya gedən yük qatarı Orta Dəhlizlə 10 min kilometr deyil, 7 min kilometr məsafə qət edir. Bu da Asiya ilə Avropa arasında qlobal ticarətdə bu dəhlizin qədər sərfəli təhlükəsiz olduğunu göstərir. Eyni qatar Cənub dəhlizi üzrə göndərilsə, Süveyş kanalı üzərindən gəmi ilə 20 min kilometr yol qət edir. Bu mənada, Orta Dəhliz öz imkanları ilə şübhəsiz ki, region ölkələrinin koordinasiyalı əməkdaşlığı sayəsində dünya ticarətinin ən mühüm həlqələrindən biri hesab oluna bilər.

Türk dövlətləri Orta Dəhlizin inkişafı üçün daha böyük imkanlar yaratmaqla həm siyasi zəmanət əldə etmiş olurlar. Yükləri Orta Asiya Zaqafqaziyadan keçən dövlətlər transmilli korporasiyalar bu regionlarda daim siyasi sabitliyin hökm sürməsində maraqlı olacaqlar ki, bu da Ermənistan kimi destruktiv dövləti revanş almaq imkanından məhrum edəcək.

 

Azərbaycan.-2024.- 10 iyul (№ 142).- S.5.