Türk
Dövlətləri Təşkilatının
qlobal nüfuzu getdikcə daha da artacaq
"İyulun 6-da Şuşa
daha bir mötəbər tədbirə
evsahibliyi etdi. Bu dəfə türk dünyasının
nəbzi Qarabağın
incisi olan Şuşada döyündü.
Türk Dövlətləri
Təşkilatının dövlət
başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi
Prezident İlham Əliyevin şəxsi təşəbbüsü idi".
"Azərbaycan" qəzetinə açıqlamasında
Milli Məclisin deputatı Kamran Bayramov bildirib ki, Zirvə görüşündə imzalanan
Qarabağ Bəyannaməsi
həm tarixi, həm də geosiyasi baxımdan çox əhəmiyyətlidir.
Bu, müdafiə sənayesi əməkdaşlığına
yönələn, regionda
geostrateji məsələləri
əhatə edən, təhlükəsizlik və
sabitliyin gücləndirilməsinə
nail olmağa imkan verən bir sənəddir.
Deputat qeyd edib ki, məkan
olaraq Azərbaycanın
Qarabağ bölgəsində
dərin mədəni
və tarixi əhəmiyyəti olan Şuşa şəhərinin
seçilməsi ölkəmizin
ərazi bütövlüyünün
və milli suverenliyinin əhəmiyyətini
bir daha təsdiq edir. "Sənədin regional əməkdaşlıq və
inteqrasiya baxımından
dəyəri böyükdür.
Bu bəyannamə siyasi, iqtisadi, nəqliyyat, müdafiə,
humanitar, təhsil və mədəni sahələrdə əməkdaşlığın
gücləndirilməsində mühüm rol oynayacaq. Bu, türk dövlətləri
arasında birgə inkişaf və strateji tərəfdaşlıq
üçün də
əhəmiyyətlidir. Nəqliyyat
infrastrukturuna xüsusi
önəm verən bu sənəd Bakı-Tbilisi-Qars dəmir
yolu xətti və Çin-Qırğızıstan-Özbəkistan
dəmir yolu kimi layihələr, möhkəm trans-region koridorlar yaratmağın strateji əhəmiyyətini
əks etdirir. Bu layihələr ticarəti, iqtisadi inkişafı və regional inteqrasiyanı artırmağa yönələcək",
- deyə o əlavə
edib.
K.Bayramov vurğulayıb
ki, Qarabağ Bəyannaməsinin iqlim dəyişmələri ilə
bağlı tədbirləri,
davamlı inkişaf, rəqəmsal texnologiya sahəsində əməkdaşlığı,
"Rəqəmsal İpək
Yolu" layihəsi kimi təşəbbüsü
və rəqəmsal hökumət infrastrukturunun
inkişafını, rəqəmsal
təhlükəsizlik tədbirlərinin
gücləndirilməsini əhatə
etməsi bu sənədin konkret nəticələrə əsaslandığını
və praktiki əhəmiyyət daşıdığını
sübut edir.
Bəyannamədə regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik,
inkişaf və tərəqqi ideyalarına
sadiq olan türk xalqlarının ortaq etnik köklər,
tarix, dil, mədəniyyət, ənənələr
və dəyərlərə
söykənən bir
ailə olduğu dünyaya elan edilib.
Deputatın fikrincə,
2021-ci ildə Azərbaycan
və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi
türk dünyasının
güclənməsinə müəyyən
qədər xidmət
etsə də, daha çox iki ölkənin maraqlarını özündə
ehtiva edirdi. Qarabağ Bəyannaməsi
isə ümumilikdə
Türk Dövlətləri
Təşkilatının beynəlxalq
nüfuzunu daha da gücləndirəcək.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-
2024.- 10 iyul (№ 142).- S.6.