Esen
Usubəliyev: “Qarabağ
Bəyannaməsi bütün
Türk dünyasında
layihələrin inkişafı
üçün ciddi
təkan olacaq”
“Bizim başqa ailəmiz yoxdur. Bizim ailə Türk dünyasıdır”.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin bu il fevralın 14-də keçirilən andiçmə
mərasimində səsləndirdiyi
bu fikirlər ölkəmizin geniş coğrafiyaya malik Türk dünyasının
birliyinin möhkəmləndirilməsinə
və inkişafına
verdiyi önəmi nümayiş etdirir.
Bu ay ölkəmiz Qazaxıstanın
paytaxtı Astanada keçirilən Şanxay
Əməkdaşlıq Təşkilatı
(ŞƏT) sammitində iştirak
edib. Belə ki, Azərbaycan hazırda ŞƏT-də
dialoq üzrə tərəfdaş statusuna
malikdir. Ölkəmiz
ŞƏT-də müşahidəçi
statusu almaq niyyətindədir.
Türk Dövlətləri
Təşkilatına (TDT) üzv
dövlətlərin başçıları
isə ilk dəfə qeyri-rəsmi Zirvə toplantısına
toplaşıblar. Təkcə
rəsmi deyil, həm də qeyri-rəsmi Zirvə toplantısının keçirilməsi
ölkələrimiz arasında
əməkdaşlığın və tərəfdaşlığın
daha da dərinləşməsinə
xidmət edən amil kimi qiymətləndirilməlidir.
Əminliklə demək
olar ki, Şuşa Sammiti Türk Dövlətləri
Təşkilatına üzv
dövlətlər arasında
əməkdaşlığın və inteqrasiyanın daha da gücləndirilməsi,
həmçinin bu ölkələri əhatə
edən mühüm məsələlərin müzakirəsi
üçün mühüm
platformaya çevriləcək.
Qırğız ekspert,
Siyasi Araşdırmalar
İnstitutunun direktoru
Esen Usubəliyev mövzu ilə bağlı AZƏRTAC-ın
suallarını cavablandırıb:
- Qırğızıstan Prezidenti Sadır Japarov TDT-nin qeyri-rəsmi sammitində iştirak etmək üçün Azərbaycana
səfər edib. Bu səfərin nəticələrini necə
qiymətləndirirsiniz və
səfər ikitərəfli
iqtisadi əlaqələrin
inkişafına necə
təsir göstərəcək?
- Bu səfər
həm ikitərəfli
əsasda, həm də regional təşəbbüslər, o cümlədən
Türk Dövlətləri
Təşkilatları çərçivəsində
Azərbaycan və Qırğızıstan arasında
uğurlu, inkişaf edən münasibətlər
kontekstində nəzərdən
keçirilməlidir. İkitərəfli
səviyyədə, son
iki ildə dövlət başçıları
dəfələrlə qarşılıqlı
səfərlər edib,
həmçinin müxtəlif
beynəlxalq platformalarda
görüşüblər. Ölkələr arasında
münasibətlər müsbət
inkişaf edib. Son zamanlar ölkələr
arasında ticarət əhəmiyyətli dərəcədə
artıb, investisiyalar sahəsində də dialoq intensivləşib.
Aydındır ki,
Qırğızıstanın Azərbaycan üçün,
Azərbaycanın isə
Qırğızıstan üçün
əhəmiyyəti son
illərdə sürətlə
artıb. Çünki
bu, ilk növbədə,
hər iki ölkənin hazırda yeni nəqliyyat sisteminin - Orta Dəhlizin əsas iştirakçıları kimi
çıxış etməsi
ilə bağlıdır.
Təbii ki, iki ölkə arasında əlaqələr
bundan sonra da intensivləşəcək.
Bu səfər Qırğızıstanla Azərbaycan
arasında strateji tərəfdaşlığın möhkəmlənməsinin davamı
kimi qiymətləndirilməlidir.
-Türk Dövlətləri
Təşkilatının Şuşada
keçirilən qeyri-rəsmi
Zirvə görüşündə
Qarabağ Bəyannaməsi
imzalandı. Bu sənəd Türk Dövlətləri Təşkilatının
fəaliyyətinə necə
töhfə verəcək?
TDT bu gün hansı problemlərlə
üzləşir?
- Qarabağ Bəyannaməsinin
Türk Dövlətləri
Təşkilatının gələcək
inkişafı üçün
əhəmiyyətindən danışarkən başa
düşmək lazımdır
ki, prinsipcə, son 10 ildə türk inteqrasiyasının
inkişafının əsas
məqamları Azərbaycanla
bağlı olub. Bura 2009-cu ildə türk ölkələri
daxilində inteqrasiyanın
daha fəal inkişafını göstərən
Naxçıvan sammiti
də daxildir. Beləliklə, indi Şuşada keçirilən
TDT-nin Zirvə görüşünün qeyri-rəsmi
xarakter daşımasına
baxmayaraq, bu bəyannamənin imzalanması
türk inteqrasiyasının
gələcək inkişafı
üçün ciddi
istiqamətləri müəyyən
edə bilər. Bu, xüsusilə, maliyyə, nəqliyyat, iqtisadi, müdafiə, sənaye, humanitar, təhsil və mədəniyyət sahələrində
əməkdaşlığa şamil olunur.
Amma bu, ilk növbədə, bütün Türk dünyasında ticarət
dəhlizlərinə və
ticarət əlaqələrinin
inkişafına aiddir.
Təbii ki, bu cür sənədlər
Türk dünyasının
geniş coğrafiyasında
əməkdaşlığın daha da inkişafı
üçün möhkəm
hüquqi baza yaradır. Bütün qitədən keçən
və Çini, Mərkəzi Asiyanı, Yaxın Şərqi və Avropanı birləşdirən ticarət
yolları, xüsusən
də dəmir yolu nəqliyyatı, avtomobil nəqliyyatı türk ölkələrinin
əsas rol oynayacağı gələcəyin
ciddi arteriyasına çevrilə bilər. Ona görə də bu sammitin
qeyri-rəsmi olmasına
baxmayaraq, Qarabağ Bəyannaməsi bütün
Türk dünyasında
nəqliyyat, iqtisadi, ticarət və investisiya layihələrinin
daha da inkişafı
üçün ciddi
praktiki məna kəsb edir. Eyni zamanda, başa
düşməliyik ki,
Türk dünyasının
bütün ölkələrində
eyni vaxtda inkişafa yönəlmiş
bu proseslər indi məhz TDT çərçivəsində sinxronlaşdırılır. Bu
isə ümid verir ki, yaxın
gələcəkdə məhz
Türk dünyası
ölkələri bütün
Avrasiya qitəsinin iqtisadi inkişafı sahəsində lider ola bilərlər.
-Prezident Sadır
Japarov qeyd etdi ki, enerji
sektorunda, o cümlədən
bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində
tərəfdaşlıq bu
gün mühüm əhəmiyyət kəsb
edir. Azərbaycanla Qırğızıstan arasında
bu istiqamətdə əməkdaşlığı necə qiymətləndirirsiniz?
- Hazırda Qırğızıstan
yaşıl enerjinin inkişafına xüsusi önəm verir. Bunu nəzərə alaraq hesab edirəm
ki, Qırğızıstanla
Azərbaycan arasında
enerji sahəsində əməkdaşlığın böyük perspektivləri
var. Hər iki ölkənin bu sahədə təcrübə mübadiləsi
aparması və ya bu sahədə
bir-birinə yardım
göstərməsi bütün
Türk dünyasında
yeni enerji əlaqələrinin formalaşması
üçün mühüm
əhəmiyyət kəsb
edə bilər.
Eyni zamanda, başa düşmək lazımdır ki, həm Qırğızıstan,
həm də Azərbaycan bu sahədə əməkdaşlığın,
o cümlədən neft-qaz
sahəsində əməkdaşlığın
daha da inkişaf
etdirilməsində maraqlıdır.
Hesab edirəm ki, Azərbaycanın Türk dünyasının
enerji nəhənglərindən
biri kimi mövqeyi yaxın gələcəkdə bu əməkdaşlığın inkişafına töhfə
verə bilər.
- Ölkələrimizin ŞƏT
çərçivəsində əməkdaşlığını necə qiymətləndirirsiniz?
- Son zamanlar Şanxay Əməkdaşlıq
Təşkilatı ticarət,
iqtisadi və maliyyə xarakterli məsələləri ŞƏT məkanında prioritet inkişaf sahələri kimi kifayət qədər aydın şəkildə müəyyən
edib. Odur ki, nəqliyyat sisteminin inkişafı, xüsusən də Şərq-Qərb, Şimal-Cənub
dəhlizləri ŞƏT əməkdaşlıq çərçivəsində
əsas istiqamətlərdən
biridir.
Burada regional beynəlxalq təhlükəsizliyin
təmin edilməsi ilə bağlı çox mühüm element yaranır. Yəni, indi Şanxay Əməkdaşlıq
Təşkilatı və
bu təşkilatın
əhatə etdiyi məkan xüsusən də nəqliyyat layihələrinin inkişafı
üçün ən
sabit və ən əlverişli məkanlardan biri hesab olunur. Ona
görə də Azərbaycanın bu proseslərə qoşulması
kifayət qədər
məntiqli addım və gözlənilən
siyasətdir. Yaxın
gələcəkdə Azərbaycanın
bu və ya digər dərəcədə
Şanxay Əməkdaşlıq
Regionu çərçivəsində
nəqliyyat layihələri
ilə bağlı məsələlərin müzakirəsinə
cəlb olunacağı
göz qabağındadır.
Eyni zamanda,
ŞƏT-in mühüm
xüsusiyyəti onun açıq təşkilat
olmasıdır. Hətta
ŞƏT çərçivəsində
bəzi layihələr
həyata keçirilsə
belə, bu o demək deyil ki, Şanxay təşkilatına üzv
olmayan digər ölkələr burada iştirak edə bilməz və etməyəcək. Çünki
indi ŞƏT ölkələri,
eləcə də
ŞƏT-ə üzv olmayan
ölkələr arasında
ikitərəfli və
çoxtərəfli münasibətlər
sıxlaşdırılır. Eyni zamanda, Şanxay
əməkdaşlığı ölkələrinin, xüsusən
də Mərkəzi Asiyada yerləşən ölkələrin türk
inteqrasiyası çərçivəsində
Azərbaycanla əlaqələri
var, ona görə də müxtəlif əməkdaşlıq
və inteqrasiya prosesləri bu layihənin inkişafına
heç də mane olmur.
- Azərbaycan və
Qırğızıstanın TDT-də iştirakı hansı perspektivlər vəd edir?
-Hər iki tərəf indi bu təşkilat çərçivəsində iqtisadi, siyasi və mədəni proseslərin inkişafından
qarşılıqlı fayda
əldə edir. Hazırda Orta Dəhliz layihəsi çərçivəsində formalaşmaqda olan geosiyasi, ticarət-iqtisadi və nəqliyyat əlaqələri baxımından
Azərbaycan və Qırğızıstan türk
məkanında mühüm
oyunçulardır. Ona
görə də bu iki ölkənin
- Qırğızıstan və
Azərbaycanın əhəmiyyətini
qiymətləndirmək lazımdır.
Bakı və Bişkek bir çox nəqliyyat və iqtisadi layihələrin inkişafı
baxımından əsas
ölkələrdir. Birincisi,
ona görə ki, Azərbaycan bütün Orta Asiyanın və Türk dünyasının
bu hissəsinin Avropaya açılan qapısıdır. Qırğızıstan
isə Türk dünyasını Çinlə
birləşdirən və
nəqliyyat layihəsinin
məhz bu hissəsini istiqamətləndirən
və həyata keçirən körpüdür.
Bu, praktiki məsələlərə aiddir.
Azərbaycan və
Qırğızıstan üçün
bəzi digər perspektivlər və üstünlüklərdən danışarkən
hesab edirəm ki, gələcəkdə
hər iki ölkə mədəni, siyasi və iqtisadi inkişaf baxımından bir-biri üçün xüsusi
maraq kəsb edə bilər. Eyni zamanda, əlverişli
mühiti nəzərə
alsaq, Qırğızıstanı
Azərbaycanın gələcəkdə
Mərkəzi Asiyada regional siyasətinin mühüm elementlərindən
biri hesab etmək olar. Biz bunu həm
TDT çərçivəsində, həm də Azərbaycanın Mərkəzi
Asiya daxilində bəzi yeni təşəbbüsləri çərçivəsində
nəzərdən keçirə
bilərik.
Azərbaycan.-2024.-
10 iyul (№ 142).- S.6.