Qərbi
azərbaycanlıların doğma
yurdlarına qayıdışı
bir gün reallaşacaq
Doğma yurdun torpağı əcdadlarımızın
ömür sürdüyü
və son mənzili, səmaları ruhlarının dolaşdığı
məkandır. Ulularımızın
bizə ən müqəddəs mirasıdır.
Odur ki, yurd itkisi çox
ağırdır. XX əsrin
axırlarında Ermənistanın
işğalçılıq siyasəti nəticəsində
dədə-baba yurdlarından
ayrı düşmüş
qərbi azərbaycanlılar
dünya ictimaiyyətinə,
beynəlxalq təşkilatlara
yalnız bu dərdi, ağrını,
nisgili çatdırmağa
səy göstərmirlər.
Onlar tarixi həqiqətlərə diqqəti
cəlb etmək niyyətindədirlər. Məqsədləri
ədalətin, haqqın
yerini tapması, beynəlxalq qanunlara riayət olunmasının
təmin edilməsidir.
Əzəli torpaqlarından,
isti ocaqlarından işğalçı ermənilərin
verdikləri zülmlər,
dəhşətli işgəncələr,
törətdikləri qırğınlar,
qətllər, qarətlər
səbəbindən baş
götürüb qaçmağa
məcbur olmuş Qərbi Azərbaycan qaçqınlarının problemləri
ilə 1989-cu ildən
məşğul olan Qərbi Azərbaycan İcmasından verilən
məlumata görə,
1987-1991-ci illərdə Qərbi
Azərbaycanın (indiki
Ermənistan Respublikası
ərazisinin) yalnız
azərbaycanlıların yaşadığı
170-dən artıq kəndindən,
soydaşlarımızla ermənilərin
qarışıq yaşadığı
100-ə yaxın yaşayış
məntəqəsindən (kənd, qəsəbə və şəhərdən)
49.928 ailədə 300 min
nəfərədək azərbaycanlı
ermənilər tərəfindən
öz doğma yurdlarından zorla qovulublar: "Bu zaman 200 nəfərdən
çox soydaşımız
erməni şovinistləri
tərəfindən öldürülmüş
(güllələnmiş, qəsdən
avtomobil qəzasına
salınmış, dağ
yollarında donmuş
və s.), 400 nəfərdən
çox azərbaycanlı
isə yaralanmışdır.
Bir çox azərbaycanlıların evləri,
əmlakları yandırılmış
və ya talanmış, əvəzi
ödənilmədən əllərindən
alınmış, mənimsənilmişdir".
Tarixi mənbələrdən
bəllidir ki, bu, Qərbi Azərbaycanda azərbaycanlıların
ilk uğradıqları
haqsızlıq deyildi.
1905-1906, 1918-1920, 1948-1953 və 1988-1991-ci illərdə soydaşlarımız
tarixi torpaqlarından deportasiya olunmuşdular. Keçmiş Sovet Sosialist Respublikalar İttifaqının (SSRİ) süqutu
ərəfəsində - 1988-ci ildə erməni işğalçıları yaranmış
mürəkkəb, ziddiyyətli
proseslərdən istifadə
edərək, beynəlxalq
hüquq, norma və prinsiplərə zidd olaraq uzun
müddətdən bəri
planlaşdırdıqları məkrli siyasəti reallaşdıra bilmişdilər.
Xatırladaq ki, Azərbaycanın Qarabağ
və Şərqi Zəngəzur əraziləri
də bundan sonra, 1990-cı illərin əvvəllərində təcavüzkar
ermənilər tərəfindən
işğal olunmuşdu.
Qərbi Azərbaycan
İcmasının fəaliyyətinin
əsas məqsədi
soydaşlarımızın doğma torpaqlarına sülh yolu ilə, təhlükəsiz
şəkildə və
ləyaqətlə qayıtmasının
təmin edilməsi prosesinə dəstək verilməsidir.
Qərbi Azərbaycanda
erməni vandalları
uzun illərdir ki, qədim abidələrimizə divan
tutur, tariximizin izlərini silməyə çalışırlar. 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup
ziyalı ilə görüşündə Prezident
İlham Əliyevin vurğuladığı kimi,
Qərbi Azərbaycan bizim tarixi torpağımızdır,
bunu bir çox tarixi sənədlər, tarixi xəritələr təsdiqləyir:
"Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün
tarixi, dini abidələrimizi yerlə
yeksan ediblər, dağıdıblar, azərbaycanlıların
tarixi irsini silmək istəyiblər,
ancaq buna nail ola bilməyiblər.
Çünki, tarix var, sənədlər var, xəritələr var. Bu binada
nümayiş etdirilən,
XX əsrin əvvəllərinə
təsadüf edən
xəritə bir daha onu göstərir
ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır,
şəhərlərin, kəndlərin
adları Azərbaycan
mənşəlidir və
biz yaxşı bilirik ki, indiki
Ermənistan ərazisində
tarix boyu Azərbaycan xalqı yaşayıb".
Dövlətimizin başçısı
qeyd etdi ki, indi əsas
vəzifə bunu dünya ictimaiyyətinə
də çatdırmaqdır.
Bu il iyulun 1-də Prezident İlham Əliyev Kanadanın ölkəmizdə
yeni təyin olunmuş fövqəladə
və səlahiyyətli
səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən qayıdış hüququ
ilə əlaqədar
diplomatın şərhinə
cavabında diqqətə
çatdırdı ki,
qayıdış hüququ
o cümlədən də
Qərbi Azərbaycan İcmasının nümayəndələrinə
şamil edilməlidir.
Dövlətimizin başçısı
keçən yüzillikdə,
sonuncusu 1988-ci il də olmaqla, müxtəlif mərhələlərdə
köklü Azərbaycan
əhalisinin indiki Ermənistan ərazisindən
etnik təmizlənməyə
məruz qaldığını
və onlara aid maddi-mədəni irsin tamamilə dağıdıldığını qeyd etdi.
Qərbi azərbaycanlı
soydaşlarımızın problemi, hüquqlarının
bərpa olunması qardaş Türkiyənin Qars şəhərində
iyulun 3-də keçirlən
"Qərbi Azərbaycana
Qayıdış" Qars
Forumunda da səsləndirildi. Tədbir
Türkiyə-Azərbaycan Dərnəkləri
Federasiyası (TADEF), Azərbaycan
Respublikasının Diasporla
İş üzrə
Dövlət Komitəsi
və Qars bələdiyyəsinin birgə
təşkilatçılığı ilə baş tutdu. Çıxışında
erməni quldur dəstələrinin 1918-1920-ci illər arasında Şərqi Anadoluda törətdikləri cinayətləri
xatırladan Qars bələdiyyəsinin sədri
Ötüken Senger həmin dövrdə Qars sakinlərinin də ermənilərin qanlı hücumlarına məruz qaldıqlarını
qeyd etdi: "Ermənilər Qars və ona bitişik
qəsəbələrin sakinlərinə
qarşı qırğınlar
törədiblər. Bənzər
qanlı hadisələr
indi Ermənistan adlanan Qərbi Azərbaycan ərazilərində
də baş verib. İki il ərzində 300 minə qədər azərbaycanlı öz torpaqlarını tərk etmək məcburiyyətində
qalıb, onların bir qismi Qarsda
sığınacaq tapıb",
- Senger deyib.
Qars bələdiyyəsinin
başçısı Ermənistanı
Qərbi Azərbaycanın
tarixi əhalisinin hüquqlarının pozulmasına
görə təzminat
ödəməyə çağırdı:
"İnsanlar haqlı
olaraq öz tarixi torpaqlarına qayıtmaq istəyirlər.
Bu tələblər təkcə Azərbaycanda
deyil, Türkiyədə
və başqa ölkələrdə də
səslənir. Ermənistan
bu ədalətsizliyi aradan qaldırmaq üçün addımlar
atmalıdır. Mən
dünya ictimaiyyətini
azərbaycanlıların Qərbi
Azərbaycana qayıdışı
mövzusuna biganə qalmamağa çağırıram".
Azərbaycanın Qarsdakı
baş konsulu Nuru Quliyev iştirakçılara
Azərbaycanın 44 günlük
Vətən müharibəsində
qazandığı tarixi
qələbədən, Qarabağa
və Şərqi Zəngəzura qayıdış
prosesindən danışdı,
Cənubi Qafqazda tarixi ədalətin bərpasının vacibliyini
vurğuladı.
Tarixi həqiqət
budur ki, ermənilər öz xülyalarını həyata
keçirmək üçün
uzun illər azərbaycanlılara qarşı
soyqırımı siyasəti
apardılar. Qərbi Azərbaycanı əzəli
sakinləri olan azərbaycanlılarsız qoymaq
bu mənfur planın bir hissəsi idi.
Təəssüf ki,
hələ də tarixi həqiqətlərlə
hesablaşmayan daşnak
xislətli ermənilər
məsuliyyətsiz çıxışlar
edirlər. Ermənistanın
etnik təmizləmə
siyasəti nəticəsində
öz əzəli yurdlarından zorla qovulmuş yüz minlərlə azərbaycanlını
birləşdirən Qərbi
Azərbaycan İcmasının
bu gnlərdə verdiyi bəyanatda bildirildi ki, tarixin arxivinə gömülmüş qanunsuz
rejimin tör-töküntüləri
son günlər Ermənistanda Azərbaycana
qarşı bir sıra gülünc açıqlamalar verir.
Qərbi Azərbaycan
İcmasının bəyanatında
diqqətə çatdırıldı:
"Hesab edirik ki, Ermənistanın öz ərazisində belə təxribatçı
ünsürlərin Azərbaycanın
suverenliyini, ərazi bütövlüyünü təhdid
edən fəaliyyətinə
göz yumması onun Azərbaycanla sülh sazişi imzalaması istəyinin səmimiliyini sual altına salır. Ermənistan hakimiyyəti,
hələ də özlərini qondarma adlar altında təqdim edən "nümayəndələrin" Azərbaycana qarşı fəaliyyətinə imkan
yaratmamalıdır".
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2024.-
10 iyul (№ 142).- S.7.