XİN-in rəsmisi: Əminik ki, qarşılıqlı etimada əsaslanan əlaqələrimiz daha da genişlənəcək

 

 

Azərbaycan Monteneqro arasında dostluq faydalı əməkdaşlığa əsaslanan əlaqələr daha da dərinləşəcək”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq idarəsinin rəisi Elmar Məmmədov Monteneqronun müstəqilliyinin 18-ci ildönümü münasibətilə Bakıda təşkil olunan rəsmi tədbirdə səsləndirib.

Monteneqro dövlətini və xalqını Azərbaycan hökuməti adından təbrik edən XİN-in şöbə rəisi ölkələrimiz arasındakı münasibətlərin yüksələn xətlə inkişaf etdiyini deyib. Bildirib ki, dövlət parlament səviyyələrində olduğu kimi, digər sahələrdə münasibətlərimiz inkişaf etdirilir.

E.Məmmədov qeyd edib ki, Azərbaycan Monteneqro arasında siyasi dialoq son bir neçə ildə intensivləşib. Milli Məclis sədrinin cari ilin aprel ayında Monteneqro parlamentinin sədri ilə görüşü, aparılan müzakirələr, həmçinin həmin ayda hər iki ölkənin xarici işlər nazirlikləri arasında məsləhətləşmələrin ikinci raundunun təşkili əlaqələrimizin intensivliyini sübut edir.

Ölkələrimiz arasında, həmçinin iqtisadi, turizm, mədəniyyət sahəsində əlaqələrimizin genişlənməsindən məmnunluğunu bildirən E.Məmmədov vurğulayıb: “Əlaqələrimizin daha da dərinləşməsi üçün geniş imkanlar var. Bu istiqamətdə hökumətlərarası komissiyanın rolu böyükdür. Əminik ki, dostluq qarşılıqlı etimada əsaslanan əlaqələrimiz daha da genişlənəcək”.

 

Azərbaycan.-2024.- 10 iyul (№ 142).- S.7.