Miras
Jienbayev: Qazaxıstan Azərbaycanın ŞƏT-ə tamhüquqlu üzv olması üçün
dəstək verməyə
hazırdır
Azərbaycan və
onun Mərkəzi Asiyadakı tərəfdaş
ölkələri, Çin,
İran və Pakistan nəqliyyat, enerji və investisiya sahələrində inteqrasiya
təşəbbüslərini sürətləndirməyə hazırdır. Çinin
“Bir kəmər, bir yol” təşəbbüsü,
həmçinin Trans-Xəzər
Beynəlxalq Nəqliyyat
Marşrutu çərçivəsində
artan ticarət və tranzit yükdaşımaları nəzərə
alınmaqla bu maraq qarşılıqlıdır.
Son illərdə tərəfdaşlıq Bakının
siyasət prioritetlərindən
biri olan Şanxay Əməkdaşlıq
Təşkilatı (ŞƏT) vasitəsilə biznes təkliflərində dinamik
artım müşahidə
olunur. Bu istiqamətdə növbəti
addım Astanada atılıb və burada ŞƏT-ə üzv
dövlətlərin “ŞƏT plyus” formatında keçirilən ikigünlük
sammiti baş tutub. Azərbaycanın bu tədbirdə iştirakı həm də ölkəmizin bütün sahələrdə
Şərqlə Qərb
arasında mühüm
körpü rolunu oynamasının əyani təsdiqi sayıla bilər.
Mövzu ilə
bağlı AZƏRTAC-ın
suallarının MIND Analitik
Mərkəzinin Xarici
Siyasətin Təhlili
və Beynəlxalq Araşdırmalar Proqramının
rəhbəri Miras Jienbayev cavablandırır.
- Şanxay Əməkdaşlıq
Təşkilatının Astana
sammitinin real əhəmiyyəti nədir?
Onun əsas nəticələri hansılardır?
- Beynəlxalq məsələlərdə
görünməmiş qarşıdurma,
artan bloklaşma və qlobal idarəetmə sistemində
aşkar böhran kontekstində Qazaxıstanın
ŞƏT-də sədrliyi
nəinki yeni struktur çağırışları
qarşısında Təşkilatı
gücləndirməyə, həm də xarici qarşılıqlı
təsirdə uyğunlaşma
və çevikliyin mühüm mexanizmlərini
yaratmağa imkan verdi. Qazaxıstan diplomatiyasının ŞƏT-in tarixi əhəmiyyətli
Astana Bəyannaməsinin
qəbulu və 30-dan çox sənədin imzalanması şəklində
uğurlarına əlavə
olaraq, əminliklə
deyə bilərik ki, Qazaxıstanın məcmu potensialının
mühüm nümayişi
“ŞƏT plyus” formatının
tətbiqi oldu. Bu formatda strateji
tərəfdaşlarımızın geniş koalisiyası iştirak edib. Qazaxıstan bütün qitədə sabitliyin, rasionallığın və
qeyri-qarşıdurma əməkdaşlığının
konstruktiv gündəliyinin
əsas təminatçısıdır.
Astana beynəlxalq məsələlərdə etimadın
yeni çəkisi nöqtəsinə çevrilən
dünya xəritəsində
diplomatik paytaxta çevrilib.
- Ölkələrimizin ŞƏT
çərçivəsində əməkdaşlığını necə qiymətləndirirsiniz?
- Azərbaycan Qazaxıstanın
sədrliyinin mühüm
yeniliyi olan
“ŞƏT plyus” formatında
Sammitin işində iştirak etdi. Biz Astanaya gələn
və Zirvə Toplantısı çərçivəsində
bir sıra ikitərəfli görüşlər
keçirən Prezident
İlham Əliyevin şəxsi dəstəyini
səmimi qəlbdən
qiymətləndiririk. Biz
dövlətlərimiz arasında
bənzərsiz qardaşlıq
bağımızı yüksək
diplomatiya səviyyəsində
bir daha nümayiş etdirdik. Azərbaycan bu çərçivədə kontinental
Avrasiya məkanında
təhlükəsizlik məsələləri
üzrə dialoq gündəliyinin ardıcıl
şəkildə genişləndirilməsinin
tərəfdarıdır. Bu,
bizim üçün
qitədəki geniş
dövlətlər hovuzu
arasında etimadın
möhkəmləndirilməsi tədbirləri qurmaq və dövlətlərimizin
üzləşdiyi mümkün
təhlükələrin imicinin
əlaqələndirilmiş yanaşmalarını və
konseptual baxışını
inkişaf etdirmək üçün mühüm
imkan pəncərəsi
yaradır. Bu gün Astana və Bakı Avrasiyanın nəqliyyat və logistikasında qarşılıqlı əlaqənin
inkişafının tərəfdarıdır.
Ölkələrimiz dövlətlərimizin
flaqman layihəsi olan Orta Dəhlizin
həyata keçirilməsi
üzərində ardıcıl
iş aparır.
- Bu ilin noyabrında Bakıda keçiriləcək COP29-dan gözləntiləriniz
nədir? ŞƏT COP29-a uğurla
ev sahibliyi etməkdə Azərbaycana
necə dəstək verəcək? ŞƏT ölkəyə
2030-cu ilə qədər
istixana qazı emissiyalarını azaltmaq
məqsədinə nail
olmaqda necə kömək edə bilər?
- Qazaxıstan noyabrda
keçiriləcək COP29 konfransının keçirilməsinə
səmimi qəlbdən
uğurlar arzulayır
və bu mühüm dialoq formatının Bakıda ən yüksək səviyyədə təşkil
olunacağına əmindir.
Biz yaşıl sənayelərin və iqtisadi sektorların ümumi artımına çox həvəs göstəririk - bəlkə
də ikitərəfli
iqtisadi əməkdaşlığımızın
ən sürətlə
inkişaf edən sahələrindən biridir.
Qazaxıstanın COP29-un işində
ən geniş, ən aktiv və
mənalı iştirakı
ilə bağlı Astana artıq Bakı ilə fəal qarşılıqlı
əlaqədədir. Bakı
regionun inkişafı
üçün yeni paradiqma yaradan və onun davamlı
inkişafına töhfə
verən yaşıl innovasiyaların, sıçrayışlı
tənzimləyici və
texnoloji həllərin
makroregional mərkəzinə
çevrilir. ŞƏT-in
gündəliyinə qayıdaraq,
burada ekoloji problemlər, iqlim dəyişikliyi və su ehtiyatları üzrə dialoq gündəliyinin fəal inkişaf etdiyini gördükdə, Azərbaycanın
ŞƏT dövlətləri ilə əməkdaşlığındakı
mühüm artım məqamlarını qeyd etmək vacibdir. Bu, təkcə qarşılıqlı maraq
doğuran sahə deyil, həm də Azərbaycan ilə ŞƏT arasında
strateji dialoqun dərinləşdirilməsi üçün
potensial lokomativdir.
- Qazaxıstan Azərbaycanın
ŞƏT-ə tamhüquqlu üzv olmasına necə töhfə verə bilər?
- ŞƏT-ə daxil olmağın müəyyən
proseduru var. Məsələn, Astana Sammiti zamanı Belarus bu proseduru rəsmən
başa çatdıraraq
ŞƏT-in onuncu üzvü oldu. Əgər Azərbaycanın
tamhüquqlu üzvlük
əldə etmək üçün müvafiq
istəkləri varsa, Qazaxıstan bu istəyi birmənalı şəkildə dəstəkləyəcək.
Eyni zamanda, üzvlük prosedurunun başlanması ilə bağlı qərar Azərbaycanın daxili dövlət işidir. Bu məsələ Azərbaycanın öz milli maraqlarına və inkişaf prioritetlərinə uyğun
həll oluna bilər.
- Bu gün
ŞƏT hansı çağırışlarla
üzləşir? ŞƏT Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında hansı problemləri həll edə bilər?
-ŞƏT dünyadakı digər çoxtərəfli
əməkdaşlıq formatları
kimi, mühüm institusional problemlərlə
üz-üzədir. İlk
növbədə, qlobal
tarixi konteksti anlamaq vacibdir. Beynəlxalq təşkilatlar
və çoxtərəfli
əməkdaşlıq formatları
BMT-nin rəhbərlik
etdiyi institusional dünya nizamının bir hissəsi olan dünya siyasətinin nisbətən
gənc subyektləridir.
Bu gün biz qlobal idarəetmə
sistemindəki ümumi
böhrandan danışırıq.
Bu gün böyük güclərin
qarşıdurması dünya
nizamının əsas
prinsiplərini sarsıtmaqda
davam edir. Bir çox dövlətlər çoxtərəfli
əməkdaşlıq formatlarında
iştirak edərkən
kompromislərə getdikcə
daha az meyilli
olurlar ki, bu da təşkilatlar
daxilində qərarların
qəbulu sürətinə
və son nəticədə institusional
səmərəliliyə təsir
göstərir. Qazaxıstanın
sədrliyi ŞƏT-ə qlobal çağırışlara
uyğunlaşmanın yeni
formulunu təklif edib. Bu, nəinki
dialoqun diqqətini əhəmiyyətli dərəcədə
genişləndirdi, həm
də çoxtərəfli
qarşılıqlı fəaliyyət
üçün prinsipcə
yeni mexanizmlər yaratdı. Nəticədə,
ŞƏT əvvəlkindən daha çevik və sürətlə dəyişən geosiyasi kontekstə uyğunlaşa
bilər.
Azərbaycan.-2024.-
10 iyul (¹ 142).- S.8.