COP29 ekoloji problemlərin həllinə töhfə verəcək

 

 

Bu ilin noyabrında 200 ölkənin yekdil dəstəyi ilə Bakıda keçiriləcək COP29  konfransı hazırda qlobal səviyyədə müzakirə olunan çox vacib bir mövzudur. COP iqlim dəyişikliyi ilə bağlı məsələlərin müzakirəsi iqlim dəyişikliyi nəticəsində yaranan problemlərin qarşısının alınması ya azaldılmasından ötrü effektiv tədbirlərin uzlaşdırılması üçün ən böyük ən effektiv platformadır.

Ölkəmizin qlobal böyüyən təbii fəlakətlə mübarizədə liderlik nümayiş etdirdiyini görmək qürurvericidir. İqlim dəyişikliyi mahiyyətcə Yerin iqlim sisteminin müxtəlif hissələrində yeni enerji tarazlığına keçiddir. Azərbaycan enerjini enerji sistemlərini tənzimləməkdə, irimiqyaslı enerji layihələrinin həyata keçirilməsində nümunəvi təcrübəyə, regional qlobal nəticələrə yönəlmiş uzaqgörən liderlik üslubuna malikdir. Ona görə Azərbaycanın COP-da liderliyi məntiqlidir, təbiidir bunun böyük fayda verəcəyi heç bir şübhə doğurmur. COP29 konfransına evsahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi ölkənin "yaşıl iqtisadiyyat"a keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu missiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib.

Azərbaycanın "yaşıl enerji"yə keçidlə bağlı təşəbbüsləri layihələri ölkənin davamlı inkişafını təmin etmək iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədini daşıyır. Bu təşəbbüslər müxtəlif sahələri əhatə edir yenilənə bilən enerji mənbələrinə keçid, enerji səmərəliliyi, hüquqi tənzimləyici çərçivələr, beynəlxalq əməkdaşlıq investisiyalar kimi bir neçə əsas istiqamətdə irəliləyir.

Azərbaycan "yaşıl enerji" iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə sübut edir. Ölkəmiz bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malikdir. COP29 əhəmiyyəti, miqyası missiyasına görə digər tədbirlərdən fərqlənir. Tədbir müddətində Bakı dünyanın müxtəlif ölkələrindən gəlmiş 70-80 min xarici qonağa evsahibliyi edəcək. Bu baxımdan COP29 Azərbaycan üçün həm siyasi baxımdan böyük əhəmiyyət daşıyır. Dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi, COP29-da Azərbaycan ev sahibi kimi körpülər yaradacaq: "Azərbaycan Qərblə Qlobal Cənub arasında körpü rolunu oynamaq fikrindədir, o cümlədən "yaşıl enerji"yə keçid iqlim dəyişikliyi ilə bağlı".

Hazırda Yer planetində həyatın gələcək taleyinə təsirlər ilə bağlı çoxlu məchul qeyri-müəyyənlik var. İqlim dəyişikliyi problemi o qədər mürəkkəb, genişmiqyaslı universal bir məsələdir ki, hətta onun sadəcə dərk edilməsi üçün müxtəlif sahələrdən olan mütəxəssislərin, alimlərin qərarverici şəxslərin birgə səyləri tələb olunur. İqlim dəyişikliyinin yaratdığı problemlər o qədər böyükdür onların nəticələri potensial olaraq o qədər fəlakətlidir ki, bəşəriyyət hazırkı halında heç vaxt bu cür bu miqyasda ekzistensial təhlükə ilə üzləşməyib. Əsas məsələ ondan ibarətdir ki, bütün peşələrə mənsub dünyanın hər bucağından olan elitalar iqlim dəyişikliyi ilə mübarizə üçün birgə səylərə ehtiyac olduğunu başa düşürlər.

Məlumdur ki, inkişaf etməkdə olan ölkələrin artıq üzləşdiyi iqlim dəyişikliyinin qaçılmaz təsirlərinə bu təsirlərin aradan qaldırılması üçün maliyyə digər dəstəyə ehtiyacı var. Bu dəstək olmadan inkişaf etməkdə olan ölkələr təmiz enerji mənbələrinə keçid edə, qlobal karbon qazı ifrazını azalda bilməzlər. COP29 konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək iqlim böhranını həll etmək üçün konkret addımlar atmağa bir fürsət olacaq. Azərbaycanın prioritetləri sırasında həm iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib.

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən "ŞƏT plyus" formatındakı görüşdə çıxışında deyib: "Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik. Mən artıq ŞƏT-ə üzv dövlətlərin liderlərinə rəsmi dəvət məktubları ünvanlamışam həmkarlarımı noyabrda Bakıda görəcəyimə ümid edirəm. Biz Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq".

COP29 konfransı Azərbaycanın beynəlxalq arenada ekoloji problemlərə qarşı mübarizədə daha fəal iştirak etməsinə birmənalı olaraq geniş imkan yaradacaq. Ölkəmizin  digər dövlətlər beynəlxalq təşkilatlarla əməkdaşlığını gücləndirərək, yeni texnologiyalar, investisiyalar bilik mübadiləsi sahəsində imkanlar açacağı qəti şübhə doğurmur. Ümumilikdə COP29 tədbiri ölkəmizin ekoloji problemlərin həlli istiqamətində atacağı addımları daha təsirli dayanıqlı edəcək.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2024.- 10 iyul (№ 142).- S.8.