Döyüş
meydanlarının qəhrəman
oğulları
Müharibə ölüm-itim,
qan-qada, göz yaşı, yerlə yeksan edilmiş şəhərlər, kəndlər,
yandırılmış evlər
deməkdir. Qarabağ
uğrunda qanlı döyüşlər başlanan
gündən Azərbaycan
Ordusu uğurlu əks-həmlələri ilə
xalqımızı sevindirə-sevindirə
torpaqlarımızı erməni
işğalçılarından təmizləyərkən bunu
göz önünə
almışdır.
Geri çəkildikcə
döyüş meydanlarında
düşməndən qanlı-qadalı
izlər qalırdı.
Gərgin savaşlar zamanı cəsur hərbçilərimiz dəqiq
atəş zərbələri
ilə qəsbkarların
həm döyüş
texnikalarını, həm
də canlı qüvvəsini məhv etdilər. Demək olar ki, hər
gün hərbçilərimiz
cəbhədə qəsbkarların
on-on beş zirehli texnikasını, hətta S-300 raket komplekslərini vurub sıradan çıxarırdılar.
Zabit və əsgərlərimiz hansı
dağı, dərəni
aşıb qabağa gedirdilərsə, düşmənin
orada tanklarını,
toplarını gizlətdiyini
görürdülər və
sərrast atəşlə
onları vururdular. Yağılar 30 ildən bəri ehtiyat qüvvə yığırmışlar,
növbənöv zirehli
texnikalar alıb Qarabağda yerləşdirir,
dərin-dərin səngər
və bunkerlər qazırmışlar. Elə
bunlara güvənərək
hədyanlar səsləndirir,
əgər yenidən
Qarabağ müharibəsi
başlayarsa, Azərbaycanın
yeni ərazilərini işğal edəcəklərini
deyirdilər. Amma cəsur Azərbaycan əsgərləri buna imkan verərdilərmi? Qətiyyən verməzdilər...
Ermənilərin uzun
illər ərzində
xərc çəkib
aldıqları döyüş
texnikalarının xeyli
hissəsi şanlı
Azərbaycan Ordusunun zabit və əsgərləri
tərəfindən Vətən
müharibəsində dəqiq
atəş zərbələri
ilə məhv edildi. Düşmən döyüş texnikalarını
meşəlik yerlərdə,
qazmalarda gizlətməyə
çalışsa da,
məqsədinə çata
bilmədi. Harada gizlətmələrindən asılı
olmayaraq, əsgərlərimiz
düşmən texnikalarının
yerini müəyyənləşdirir
və dəqiq atəş zərbələri
ilə külünü
göyə sovururdular.
Beləliklə, qəsbkarların
canlı qüvvəsi,
ehtiyat silah-sursatı qısa müddətdən
sonra tükənməyə
başlayır. Qırx
dörd gündən sonra işğalçılar
Azərbaycan əsgərinin
qarşısında diz
çökürlər.
Düşmən geri
çəkildikcə döyüş
meydanlarında həm
vurulmuş, həm də işlək vəziyyətində olan xeyli sayda zirehli
və zirehsiz texnikalar atılıb qaldı. Texnikalarla bərabər yağılar
döyüşçü yoldaşlarının meyitlərini
də, yaralılarını
da qoyub tez bir zamanda
aradan çıxdılar.
Bu mənzərələri
gördükcə qələbələrimizə,
uğurlarımıza sevinirdik.
İyirmi səkkiz ildən çox torpaqlarımızı işğalda
saxlayan erməni qəsbkarları qırx dörd gündən sonra məğlub oldular.
Cəbhə xəbərlərini
ekranda izləyərkən
gördüyümüz bir
mənzərədən heyrətə
gəldik. Yəqin ki, bunu çoxları
görüb. Erməni
komandanlığı döyüşlər
zamanı fərarilik etməmələri üçün
əsgərlərini postlara
və avtomobillərin
sükanlarına bağlamışdılar.
Etiraf edək ki, bu günə
qədər dünya müharibələrinin tarixində
belə hadisə olmayıb. Axı hansı normal sərkərdə əsgərini
sükana bağlayar? Yaxud hansı zabit əsgərini döyüş mövqeyinə
zəncirləyər? Belə
eybəcərliklər yalnız
və yalnız ermənilərin ağlına
gələ bilərdi.
Biz həmişə eşitmiş və görmüşük ki, sərkərdələr döyüşlər
zamanı az itki ilə böyük
uğur qazanmağa çalışırlar. Nəyin
bahasına olursa olsun, əsgərlərini
saxlayırlar, onun ayağına daşın
dəyməsini belə
istəmirlər.
Azərbaycan əsgəri
Vətən müharibəsində
düşmən ordusuna
bir-birinin ardınca sarsıdıcı zərbələr
vurdu. Bu güclü, qarşısıalınmaz
zərbələr nəticəsində
erməni qəsbkarlarının
minlərlə canlı
qüvvəsi, zirehli texnikaları, top-tüfəngi
məhv edildi. Xalqımıza böyük
sevinc anları yaşadan bu güc son qarış
torpaqlarımız işğaldan
azad olunana qədər dayanmadı. Müzəffər ordumuz hər gün qəsbkarların başına
od ələyə-ələyə
yurdumuzu işğaldan
azad etdi.
Döyüşmək istəməyən əsgərdən,
döyüşçüdən qələbə, uğur gözləmək mümkün
deyil. Amma erməni komandirləri posta, səngərə hörüklədikləri əsgərlərdən
zəfər gözləyirdilər.
Onların bu xəyalı da mif olaraq qaldı.
Düşmən lazım
gələrsə, bundan
sonra da yalnız və yalnız Azərbaycan Ordusunun qələbələrinə
şahidlik edəcək.
Vahid MƏHƏRRƏMOV,
Azərbaycan.-2024.-
10 iyul (№ 142).- S.10.