Şəhidlərimiz
və qazilərimiz bizim qürur yerimizdir
Şəhid ailələrinə,
qazilər və müharibə iştirakçılarına
respublika səviyyəsində
göstərilən dövlət
qayğısı bütün
rayonlarda olduğu kimi, Göygöl rayonunda da daim
diqqət mərkəzində
saxlanılır.
Rayon icra hakimiyyəti başçısı
Aparatının Vətən
müharibəsi iştirakçıları
və şəhid ailələri ilə işin təşkili şöbəsi hazırda
ərazidə yaşayan
106 şəhid ailəsi
üzvü, 148 müharibə
əlili və 1868 müharibə iştirakçısı
ilə öz işini yüksək səviyyədə qurmağa
çalışır. Şanlı
qələbəmizdən keçən
dövr ərzində
şəhidlərin anım
günləri və ildönümləri ilə
bağlı tədbirlər
keçirilir, yığıncaqlarda
idarə, müəssisə
və təşkilatların,
ictimaiyyət nümayəndələrinin,
şəhid ailələrinin,
müharibə əlillərinin
və müharibə veteranlarının iştirakı
təmin edilir.
Vətən müharibəsindən
keçən müddət
ərzində şəhid
ailələrinə, müharibə
əlilləri və veteranlarına qanunvericilikdə
nəzərdə tutulmuş
güzəşt və
imtiyazlar haqqında, onların üzləşdikləri
müxtəlifməzmunlu problemlərlə
bağlı çoxsaylı
kömək göstərilmişdir.
Belə ki, əlillik dərəcəsinin
təyin edilməsi, veteran adının və vəsiqəsinin verilməsi, şəhid adının əbədiləşdirilməsi,
ad verilmiş küçələrdə abadlıq-quruculuq
işlərinin aparılması,
ev tikintisi, sahibkarlıq fəaliyyəti
və ya xatirə bulaq kompleksinin tikintisi üçün torpaq sahələrinin ayrılması,
mənzil və ya avtomobil növbəsinə
alınması, iş
və ya özünüməşğulluğun təmin olunması, maddi yardım və ya kredit
borclarının ödənilməsi,
mənzil-məişət şəraitinin
yaxşılaşdırılması, tibbi müayinə-müalicə,
əməliyyat və
tibbi cihazların, dərman ləvazimatlarının
alınması, ailə,
qonşu münasibətlərində
mübahisə və münaqişələrin həlli
istiqamətində metodiki
köməkliklərin edilməsi
və istiqamətləndirilməsi
məqsədilə 2574 görüş
keçirilmiş və
maarifləndirici söhbətlər
aparılmışdır.
Göygöl Rayon
İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yaşayan
imtiyazlı şəxslərin
məişət şəraitinin
yaxşılaşdırılması məqsədilə bir neçə dəfə maddi yardım edilmişdir. Təkcə keçən il Novruz bayramı münasibəti ilə 102
şəhidin ailə
üzvünə 400 manat
olmaqla cəmi 40800 manat məbləğində,
may ayında 44 günlük Vətən müharibəsində şəhid
olmuş 14 şəhidin
26 övladının hər
birinə 127 manat olmaqla cəmi 3308 manat, iyun ayında
Qurban bayramı münasibətilə 268 nəfər
şəhid ailəsi
və müharibə əlilinin hər birinə 40 manat olmaqla cəmi 10720 manat, 15 Sentyabr Bilik Günü münasibətilə 6 nəfər
müharibə əlilinin
övladı üçün
məktəbli forması
alınması məqsədilə
hər birinə 90 manat olmaqla cəmi
540 manat məbləğində
maddi yardım verilmişdir.
Noyabr ayında
Zəfər Günü
münasibətilə Birinci
Qarabağ müharibəsində,
Aprel döyüşlərində,
44 günlük Vətən
müharibəsində, antiterror
əməliyyatında və
digər tarixlərdə
şəhid olmuş şəxslərin ailə
üzvlərinə 654 manat,
müharibədə iştirak
etmiş və əlil olmuş şəxslərə 102 manat
olmaqla 1978 nəfərə
257 898 manat məbləğində
maddi yardım göstərilmişdir. O cümlədən
respublika səviyyəsində
ilk olaraq 687 nəfər Qarabağ müharibəsi iştirakçısının
hər birinə 102 manat olmaqla 70074 manat məbləğində
maddi yardım göstərilmişdir. 2023-cü ilin sentyabr ayında
antiterror əməliyyatında
Göygöl rayonundan
və Kəlbəcər
rayonundan şəhid olmuş Amin Həsənovun və Dağbəyi Orucovun ailəsinə 8 min 685 manat yardım edilmiş, yaralanmış
5 nəfər döyüşçü
hospitalda və evlərində ziyarət edilmiş, hər birinə 200 manat olmaqla cəmi 1000 manat məbləğində
maddi yardım göstərilmişdir. Bunlardan başqa, 16 nəfər şəhid ailəsi üzvünün, 4 nəfər
müharibə əlili
və 4 nəfər müharibə iştirakçısının
problemləri nəzərə
alınaraq Göygöl
Rayon İcra Hakimiyyəti başçısının
müvafiq sərəncamı
ilə onlara ümumilikdə 9000 manat məbləğində yardım
edilmişdir.
Ümumilikdə həssas
və digər kateqoriyadan olan insanlara bu günədək Göygöl
Rayon İcra Hakimiyyəti tərəfindən
1 137 146 manat
vəsait xərclənmişdir.
Şəhid ailələrinin
və müharibə əlillərinin mənzil
şəraitinin yaxşılaşdırılması,
məşğulluğunun təmin
edilməsi məqsədilə
rayonda konkret tədbirlər həyata keçirilmiş və bu iş bu
gün də davam etdirilir. Belə ki, il
ərzində 36 nəfər
şəhid ailəsi
üzvü və müharibə əlili mənzillə, 2 nəfər
müharibə əlili
isə fərdi minik avtomobili ilə təmin olunmuşdur. Əlavə olaraq 11 nəfər imtiyazlı şəxs mənzil növbəsinə
alınmış, 9 nəfərin
ailə üzvü daimi işlə təmin edilmişdir. Ümumilikdə bu günədək 76 nəfər
imtiyazlı şəxs
mənzil növbəsinə
alınmış, 62 nəfər
isə daimi işlə təmin olunmuşdur.
Sabir ƏLİYEV,
Azərbaycan.-2024.-
10 iyul (№ 142).- S.10.