O,
yeni hökuməti formalaşdıra
bilmir
Fransada seçkilərdən
3 gün keçməsinə
baxmayaraq parlament çoxluğu formalaşmayıb.
Səsvermə nəticəsində
Milli Assambleyada üç
böyük blok - solçuların və
"yaşıllar"ın "Yeni Xalq Cəbhəsi" alyansı, "Birgə"
prezident bloku və ifrat sağçı
"Milli Birlik" bloku yer
alıb. Amma onların
arasındakı ziddiyyətlər
yeni hökumətin formalaşdırılmasını
çətinləşdirir.
Son həftələrdə aparılan
rəy sorğularının
və çoxsaylı
proqnozların əksinə
olaraq, solçu qüvvələrin "Yeni Xalq
Cəbhəsi" alyansı
2024-cü il iyulun 7-də keçirilən
növbədənkənar parlament
seçkilərinin ikinci
turunun nəticələrinə
görə Fransa Milli Assambleyasında
daha çox mandat əldə edib. Səsvermənin nəticələrinə görə,
seçkilərin birinci
turundan sonra öndə olan və böyük qələbə qazanacağı
proqnozlaşdırılan ifrat
sağçı "Milli Birlik" gözlənilmədən üçüncü
yeri tutub.
Parisin şimal-şərqində tərəfdarlarının
keçirdiyi mitinqdə
solçu alyansın qeyri-formal lideri Jan-Lük Melanşon solçu koalisiyanın nümayəndəsinin baş
nazir təyin olunmasını
tələb edərək
deyib: "Prezidentin
"Yeni Xalq Cəbhəsi"ni
ölkəni idarə
etməyə çağırmaq
səlahiyyəti və
məsuliyyəti var. Biz hazırıq".
Qeyd edək
ki, seçkilərdə qalib
olan solçu qüvvələri millətçilərə
qarşı müxaliflikdən
başqa, yalnız bir şey birləşdirir
- Prezident Makron və onun siyasətinə
qarşı kəskin
düşmənçilik. O, təkəbbürlükdə, adi
fransızların gündəlik
qayğılarından tamamilə
uzaq olmaqda, bərabərsizliyi gücləndirməkdə
və yalnız zənginlərin qayğısına
qalmaqda günahlandırılır.
Solçular ilk
növbədə Makronun böyük çətinliklə,
parlamentdə müzakirəyə çıxarılmadan
özbaşına həyata keçirdiyi pensiya
islahatını ləğv etmək istəyirlər.
"Yeni Xalq Cəbhəsi"
həmçinin zəruri malların qiymətlərini
dondurmağı, minimum əməkhaqqını 14 faiz
artırmağı, "sərvət vergisini" geri
qaytarmağı və artıq mənfəətə yeni vergi
tətbiq etməyi vəd edir.
Hazırda Fransa
hökumətinə kimin rəhbərlik edəcəyini birmənalı
söyləmək çətindir. Seçkilərdən əvvəl
Prezident Makron Jan-Lük Melanşonun baş nazir təyin edilməsi
imkanının olmadığını qəti şəkildə
bildirib. O, Melanşonun "Yenilməyən Fransa"
Partiyasının millətçilərdən dörd dəfə
pis olduğunu vurğulayıb.
İndi ekspertlərin
proqnozuna görə, Prezident tələsik
yaradılmış "Yeni Xalq Cəbhəsi"ni
parçalamağa və yalnız mötədil solçularla
işləməyə cəhd edə bilər.
Xatırladaq ki,
iyulun 8-də Emmanuel Makron ölkənin sabitliyi naminə
Baş nazir Qabriel Attalın istefasını qəbul etməyib,
ondan vəzifəsində qalmasını istəyib.
"Renessans"
parlament qrupunun keçmiş rəhbəri, hazırda
"Birgə" prezident blokundan yenidən seçilən
Silven Mayyar hesab edir ki, çoxluğun formalaşması
prosesi bir neçə həftə çəkə bilər:
"Bizə sadəcə olaraq proqram əsası yaratmaq
üçün vaxt lazımdır. Fransada koalisiya və
ittifaqlar yaratmaq mədəniyyəti olmadığından,
proses bir az daha uzun sürəcək. Ancaq avropalı tərəfdaşlarımıza
baxanda bunun
bir neçə həftə çəkdiyini
görürük. Yəqin ki, bizim də bir neçə həftəlik
müzakirələrimiz olacaq".
Rizvan
CƏFƏROV,
Azərbaycan.-2024.-
10 iyul (№ 142).- S.12.