"Kəlbəcər rayonunda Bərpa, Tikinti İdarəetmə Xidməti" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında

 

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

"Kəlbəcər rayonunda Bərpa, Tikinti İdarəetmə Xidməti" publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

Müşahidə Şurasının sədri

Bəşir Hacıyev - Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

 

Müşahidə Şurasının üzvləri:

Elnur Əliyev - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini

Sarvan Cəfərov - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Namiq Hümmətov - Azərbaycan Respublikası Dövlət Şəhərsalma Arxitektura Komitəsi sədrinin birinci müavini

Azadə Hüseynova - Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyul 2024-cü il

Azərbaycan.-2024.- 11 iyul, № 142.- S.2.