"Laçın
rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti"
publik hüquqi şəxsin yaradılması
və fəaliyyətinin
təmin edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2023-cü il 26 may tarixli 2151 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
"Laçın rayonunda
Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin
edilməsi haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2023-cü il
26 may tarixli 2151 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2023, № 5, maddə 655 (Cild
I); 2024, № 4, maddə 373) aşağıdakı
dəyişikliklər edilsin:
1. 3.1-ci bənddə "Laçın və Kəlbəcər rayonlarına"
sözləri "adıçəkilən
rayona" sözləri
ilə əvəz edilsin.
2. Həmin Fərmanla
təsdiq edilmiş
"Laçın rayonunda
Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi"nin
1.1-ci bəndində "Laçın
və Kəlbəcər
rayonlarına" sözləri
"adıçəkilən rayona" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
10 iyul 2024-cü il
Azərbaycan.-2024.-
11 iyul (№ 143).- S.2.