"Kəlbəcər
rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti"
publik hüquqi şəxsin yaradılması
və fəaliyyətinin
təmin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. "Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti"
publik hüquqi şəxs yaradılsın.
2. "Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin
Nizamnaməsi" təsdiq
edilsin (əlavə olunur).
3. Müəyyən edilsin ki:
3.1. Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti
(bundan sonra - Xidmət) adıçəkilən
rayona əhalinin qayıdışı ilə
əlaqədar çoxmənzilli
binaların və fərdi yaşayış
evlərinin tikintisinin
təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların
idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma,
yaşıllaşdırma və mənzil-kommunal
təsərrüfatı sahələrində
fəaliyyət göstərən
publik hüquqi şəxsdir;
3.2. Xidmətin fəaliyyətinə
ümumi rəhbərliyi
və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla
5 (beş) üzvdən
ibarət Müşahidə
Şurası yaradılır;
3.3. Xidmətin fəaliyyətinə
cari rəhbərliyi Xidmətin Müşahidə
Şurasının vəzifəyə
təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir;
3.4. Xidmətin nizamnamə
fondu 500 000 (beş yüz min) manatdır
və dövlət büdcəsinin vəsaiti
hesabına formalaşır;
3.5. Xidmətin saxlanılma
xərcləri və fəaliyyəti dövlət
büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına
maliyyələşir.
4. Xidmətin təsisçisinin
səlahiyyətlərinin həyata
keçirilməsi aşağıdakılara
həvalə edilsin:
4.1. Azərbaycan Respublikasının
Prezidentinə:
4.1.1. nizamnamənin təsdiqi
və nizamnamə fondunun miqdarının müəyyən edilməsi,
onların dəyişdirilməsi;
4.1.2. idarəetmə orqanlarının yaradılması;
4.1.3. Müşahidə Şurasının sədrinin
və digər üzvlərinin vəzifəyə
təyin və vəzifədən azad edilməsi;
4.1.4. Xidmətin yenidən
təşkili və ləğvi;
4.1.5. "Publik hüquqi
şəxslər haqqında"
Azərbaycan Respublikası
Qanununun 3.3-cü maddəsində
nəzərdə tutulmuş
qərarın qəbul
edilməsi;
4.2. Xidmətə:
4.2.1. Xidmətin strukturunun,
əməyin ödənişi
fondunun, işçilərinin
say həddinin və onların əməkhaqlarının (vəzifə
maaşının, vəzifə
maaşına əlavələrin,
mükafatların və
digər ödənişlərin)
məbləğinin Azərbaycan
Respublikasının Prezidenti
ilə razılaşdırmaqla
təsdiqi;
4.2.2. bu Fərmanın
4.1-ci bəndində qeyd
edilənlər istisna
olunmaqla, "Publik hüquqi şəxslər
haqqında" Azərbaycan
Respublikası Qanununun
8.2-ci maddəsində publik
hüquqi şəxsin
təsisçisinin səlahiyyətlərinə
aid edilmiş digər məsələlərin
həlli.
5. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
5.1. Xidmət "Hüquqi
şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan
Respublikasının Qanunu
ilə müəyyən
edilmiş qaydada dövlət qeydiyyatına
alındığı gündən
bir ay müddətində
Xidmətin nəqliyyat
vasitələri ilə
təmin olunması və maddi-texniki təminatı məsələlərinin
həlli üçün
zəruri tədbirlər
görüb Azərbaycan
Respublikasının Prezidentinə
məlumat versin;
5.2. bu Fərmandan
irəli gələn digər məsələləri
həll etsin.
6. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi:
6.1. bu Fərmanın
3.4-cü bəndində nəzərdə
tutulan maliyyələşməni
təmin etsin;
6.2. Xidmətin saxlanılması
və fəaliyyəti
üçün tələb
olunan vəsaiti hər il dövlət
büdcəsinin layihəsində
nəzərdə tutsun.
7. Xidmət:
7.1. Xidmətin dövlət
qeydiyyatına alınması
üçün bu Fərman qüvvəyə
mindiyi tarixdən 3 (üç) gün müddətində "Hüquqi
şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan
Respublikasının Qanunu
ilə müəyyən
edilmiş qaydada Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyinə
müraciət etsin;
7.2. Xidmət dövlət
qeydiyyatına alındıqdan
sonra Xidmətin strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının
(vəzifə maaşının,
vəzifə maaşına
əlavələrin, mükafatların
və digər ödənişlərin) məbləğini
Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla bir
ay müddətində
təsdiq etsin;
7.3. bu Fərmandan
irəli gələn digər məsələlərin
həlli üçün
zəruri tədbirlər
görsün.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
10 iyul 2024-cü il
Azərbaycan.-2024.-
11 iyul (№ 143).- S.2.