Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfərə gedib

 

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura iclasında BRİKS ölkələrinin X Parlament Forumunda iştirak etmək üçün iyulun 10-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfərə gəlib.

Milli Məclisin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Pulkovohava limanında nümayəndə heyətini Sankt-Peterburq Qanunvericilik Məclisinin sədr müavini Pavel İtkin, Sankt-Peterburq hökumətinin hazırkı üzvü Sankt-Peterburqun Xarici Əlaqələr Komitəsinin sədri Evgeniy Qriqoryev, MDB PA Şurasının Baş katibi Dmitri Kobitski, Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulu Sultan Qasımov, Milli Məclisin MDB PA-dakı daimi nümayəndəsi Aydın Cəfərov digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin Sədri Sahibə Qafarova BRİKS Parlament Forumunun plenar MDB PA-nın Şura iclaslarında iştirak edəcək.

 

Azərbaycan.-2024.- 11 iyul (№ 143).- S.4.