COP29-un “Milli
Öhdəlik Proqramı”
çərçivəsində özəl sektorunun nümayəndələri ilə
növbəti rəsmi
görüş keçirilib
COP29 Azərbaycan Əməliyyat Şirkəti özəl sektorla birgə dayanıqlılıq və iqlim fəaliyyətinin davamlılığının təşviqini genişləndirir.
Əməliyyat
Şirkətindən AZƏRTAC-a bildiriblər ki, “COP29
Sponsorluq və Tərəfdaşlıq” strategiyasına
uyğun olaraq dayanıqlılıq və ətraf mühit
meyarlarının formalaşması, milli şirkətlərin
korporativ strategiyalarının qlobal dayanıqlılıq hədəflərinə
uyğunlaşdırılması üzrə cari ilin
mayında yerli özəl biznes iştirakçıları ilə
başlanılan təşəbbüs çərçivəsində
növbəti görüş keçirilib.
Tikinti,
istehlak məhsulları və istehlakın müxtəlif sahələri,
texnologiya, maliyyə, bank sektoru kimi istiqamətləri təmsil
edən qabaqcıl milli şirkətlərin 40-dan çox
nümayəndəsinin qatıldığı tədbir
korporativ arenada ekoloji məsuliyyətin və
könüllü öhdəliklərin gücləndirilməsi
strategiyalarına yönəlib. Bu seminar şirkətlərə
dayanıqlılıq öhdəliklərinin nəzərdən
keçirilməsinə, bu yöndə töhfələrin
daha səmərəli şəkildə icrasına,
aparıcı biznes liderləri arasında sektorlararası əməkdaşlığın
və mövcud potensialın gücləndirilməsinə xidmət
edib.
Görüşdə “Milli Öhdəlik Proqramı”nın növbəti mərhələləri haqqında iştirakçılara ətraflı məlumat verilib, şirkətlərin yaşıl keçid zamanı üzləşdikləri imkan və çətinliklər, kollektiv fəaliyyətin səfərbər edilməsi və COP29-da iştirakçılıq çərçivəsində ölkəmizin milli öhdəliklərə daha çox töhfə verməsinin yolları barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, COP29 tərəfdaşı olan və “Milli Öhdəlik Proqramı”na qoşulan şirkətlər üçün xalis sıfır keçid planını dəstəkləyəcək maarifləndirmə təlimləri təşkil ediləcək. Şirkətlər “Milli Öhdəlik Proqramı”nda iştirak etməklə təyin olunmuş sponsorluq meyarlarına cavab vermiş olacaqlar.
COP29 çərçivəsində
sponsorluq və tərəfdaşlığa maraq
göstərən yerli
şirkətlər sponsorship@cop29.az elektron poçt ünvanı vasitəsilə
əlaqə saxlaya bilərlər.
Azərbaycan.-2024.-
11 iyul (¹ 143).- S.4.