İlham Əliyevin
qlobal liderliyinə verilən dəyər
Azərbaycan artıq beynəlxalq
aləmdə söz və güc sahibi kimi qəbul
edilir
"Ötən həftə Prezident İlham Əliyevin
Astanada Şanxay Əməkdaşlıq Təşkilatına
üzv ölkələrin
Zirvə görüşündə
iştirakı, eyni zamanda türk dünyasının liderlərinin
Qarabağdan, bizim üçün prinsipial mənəvi əhəmiyyətə
malik Şuşadan bir
daha birlik, həmrəylik nümayiş
etdirməsi Azərbaycanın
artan nüfuzu və dövlət başçımızın qlobal
miqyaslı lider kimi şəxsiyyətinə
dərin hörmət
və ehtiramın göstəricisidir".
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli Məclisin deputatı Bəhruz
Məhərrəmov bildirib
ki, 4 il öncəyə qədər
ölkəmizin beynəlxalq
hüquqla ümumtanınmış
əraziləri 30 il müddətində
işğal və təcavüzə məruz
qaldığı bir dövrdə, işğala
dərhal son qoyulmasına
dair BMT qətnamələrinin
qəbul edilməsinə
rəğmən Ermənistanın
təcavüzkarlığında ehtiva olunan beynəlxalq
hüququn bu pozuntuları ilə bağlı heç bir real reaksiyalar gəlməyib. Gürcüstana,
Ukraynaya, Moldovaya münasibətdə ərazi
bütövlüyü məsələsində
"prinsipial" mövqe
göstərən Qərb
Azərbaycan torpaqlarının
20 faizinin işğalda
qalmasına susqunluq nümayiş etdirib. Lakin məlumdur ki, Prezident
İlham Əliyevin Müzəffər
Ali Baş Komandanlığı altında Azərbaycan qazandığı böyük
zəfəri ilə işğal və təcavüzə özünün
güc və imkanları hesabına, hərbi-siyasi yolla son qoyub. Hazırda Livan kimi ölkənin ölçüsündə olan
ərazidə böyük
quruculuq və bərpa prosesi uğurla davam etdirilir. Həmçinin işğaldan azad edilmiş ərazilərdə
30 illik məcburi köçkün həyatından
sonra Qarabağ və Şərqi Zəngəzur sakinlərinin
təhlükəsiz və
ləyaqətli şəkildə
qayıdışının təmin olunması həyata keçirilir.
"Eyni zamanda Azərbaycanın artan güc və imkanları deməyə əsas verir ki, bölgədə məhz Bakının əməliyyat
şəraitinə tam nəzarət
etməsi gələcəkdə
Ermənistanın və
havadarlarının hər
hansı təxribat cəhdlərini, o cümlədən
beynəlxalq hüququn
sərhəd toxunulmazlığı
və dövlətlərin
ərazi bütövlüyü
prinsiplərinə istənilən
təhdid perspektivini aradan qaldırır. Bu isə tamamilə yeni reallıq və beynəlxalq hüquq normalarında əksini tapan prinsiplərin aliliyinin təmin olunduğu ideal konfiqurasiyadır",
- deyə o bildirib.
Deputat qeyd edib ki, yeni reallıq Azərbaycana baxış bucağına köklü
təsir göstərir.
O cümlədən Azərbaycanın
artan qlobal çəkisi fonunda Bakıya və dövlət başçısı
İlham Əliyevə münasibət
yaxşı mənada
birmənalıdır. Azərbaycan
Prezidenti 155 dövlətin
dəstəyini alaraq ölkəsini BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi
üzvünə çevirə
bilib, BMT-dən sonra dünyada ən böyük təşkilat olan Qoşulmama Hərəkatına
uğurlu sədrlik edib, hazırda isə COP29 kimi ən nüfuzlu tədbirin lider siması olaraq hesablaşılan şəxsiyyətdir.
Məhz bu nüfuzu və bütövlükdə ölkəmizin
artan çəkisi möhtərəm Prezidentə
imkan verir ki, türk dünyasının
yekdil dəstəyini alaraq qlobal problemlərə
münasibətdə təşəbbüslərə
liderlik etsin.
Qarabağ Bəyannaməsinin
türk dünyası
tarixində böyük
hadisə hesab olunmaqla məhz bu reallığın diktəsi olduğunu vurğulayan B.Məhərrəmov
bildirib ki, xüsusən
qütbləşmənin dərinləşdiyi
hazırkı həssas
məqamda türk dövlətlərinin Şuşadan
dünyaya vahid güc mərkəzi kimi səslənə bilməsi, belə bir fövqəladə əhəmiyyətli sənədin
məhz Şuşada imzalanması və Qarabağ Bəyannaməsi
adlandırılması özlüyündə
simvolik olduğu qədər də prinsipial əhəmiyyət
daşıyır və
bölgədə kimin
diktə etdiyini göstərir: "Eyni zamanda Azərbaycan Prezidentinin öndərliyində
türk dünyasının
birliyinin regionda təhlükəsizliyin, dayanıqlı
sülhün qarantına
çevrilməsi təmin
olunur. Lakin görünən
odur ki, münaqişəsiz
bölgə bir çox Qərb dövlətinin və təsisatının maraqları
ilə üst-üstə
düşmür. Avropa
İttifaqı rəsmisi
Cozep Borelin bəyanatları da sübut
edir ki, yaranan təhlükəsizlik konfiqurasiyası
Qərb imperializmi və neokolonializmini narahat edir. Lakin böyük əhali, ərazi və təbii ehtiyatlar potensialı ilə türk dünyasının
Azərbaycanın yanında
olduğunu bəyan etməsi özlüyündə
qüvvələr nisbətinin
hansı istiqamətdə
dəyişdiyini göstərir
və bu, çox ciddi tarixi-siyasi gedişatdır.
Bu o deməkdir ki, Azərbaycanın
beynəlxalq hüquq normalarında əksini tapan prinsiplərə əsaslanan mövqeyi dünyanın yüksələn
gücü hesab edilən türk dünyası tərəfindən
qəti şəkildə
dəstəklənməkdədir. Dərinləşən ziddiyyətlər
fonunda "Şərq-Qərb"
və "Şimal-Cənub"
dəhlizləri üzərində
birmənalı şəkildə
nəzarətə malik olan
türk dünyasının
bu mövqeyi özlüyündə regionda
sülh və sabitlik arzu etməyən
qlobal subyektlər üçün ciddi siqnaldır. Qərb subyektləri yaxşı
başa düşürlər ki, bu xətlər olmadan iqtisadi
və ticari maraqlarını nəinki regionda,
bütövlükdə Avrasiya məkanında təmin etmək
mümkün olmayacaq. Lakin reallıqlara rəğmən Qərb,
təəssüf ki, imperialist yanaşmalardan da əl çəkmir,
bu istiqamətdə cılız addımlardan çəkinmir.
Lakin reallıqları dərk edənlər kifayət qədərdir".
Müsahibimiz
deyib ki, dünyanın yüksələn iqtisadi gücü
olan Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın
sivilizasiyalararası dialoq, multikulturalizm və
tolerantlığın təşviqi sahələrində
formalaşdırdığı nümunəyə çox
böyük ehtiram var. Təsadüfi deyil ki, Qərbdə Natəvanın
heykəlinə vandallıq edildiyi, Avropa Parlamenti, yaxud
AŞPA-da əsassız anti-Azərbaycan ritorikasının
yüksəldiyi bir məqamda, ŞƏT-in Pekindəki mənzil-qərargahında
milli kimliyimizə hörmət əlaməti olaraq dahi azərbaycanlı
Nizami Gəncəvinin büstü ucaldılıb, onun yubileyi
keçirilib. Məhz münasibətlərin bu
tendensiyasının nəticəsi olaraq Prezident İlham
Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının
2022-ci ilin sentyabrında Özbəkistanın Səmərqənd
şəhərində keçirilmiş Zirvə
görüşünə dəvət olunub. Bu gün isə
artıq ölkəmiz ŞƏT-dəki mövqeyini daha da
möhkəmləndirərək müşahidəçi
statusu almaq niyyətindədir.
Deputatın
sözlərinə görə, Azərbaycan 2016-cı ildə
imzalanmış əməkdaşlıq memorandumuna müvafiq
olaraq ŞƏT-in 14 dialoq tərəfdaşından biridir.
Ötən dövr ərzində ticarət və iqtisadiyyat,
elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil,
enerji, nəqliyyat, turizm, ekologiyanın qorunması istiqamətində
qaneedici birgəfəaliyyət ortaya qoyulub. Habelə Azərbaycan
Prezidentinin terrorizm, ekstremizm və separatizm ilə mübarizə,
regional təhlükəsizlik və sabitliyin təmin
olunmasında yaratdığı unikal formul ayrılıqda hər
bir ŞƏT üzvünün öyrənmək istədiyi
müstəsna təcrübədir. Eyni zamanda cənab
İlham Əliyev ŞƏT üçün arzuolunan liderdir.
Onun regionda nail olduğu geosiyasi konfiqurasiya, Qərb imperializmi
ilə lazımi dildə danışa bilən yeganə lider
olması Azərbaycanın təşkilatın baxış
bucağında rolunu daha önəmli edir. Həmçinin cənab
İlham Əliyevin Ümummilli Liderin əsasını
qoyduğu strategiyaya müvafiq olaraq
reallaşdırdığı irimiqyaslı infrastruktur layihələri,
ələlxüsus hərbi-siyasi yolla regionda
yaratdığı reallıqlar sayəsində Azərbaycanın
ehtiyac duyulan beynəlxalq nəqliyyat və logistika mərkəzinə
çevrilməsi ölkəmizi daha cazibədar edir.
B.Məhərrəmovun
fikrincə, Astanada Şanxay Əməkdaşlıq Təşkilatına
üzv ölkələrin Zirvə görüşündə
"Azərbaycan Respublikası ilə Çin Xalq
Respublikası arasında strateji tərəfdaşlığın
qurulması haqqında Birgə Bəyannamə" də məhz
bu amilin göstəricisi və məntiqi nəticəsidir.
Dünya siyasətində önəmli rolunu getdikcə
artıran və dünya iqtisadiyyatının lokomotivi hesab
olunan Çin kimi supergücün Azərbaycana artan
marağı və bizi strateji tərəfdaş kimi görməsi
başqa cür izah oluna bilməz. Çin və bu ölkənin
lideri Azərbaycanı bölgədə yeni reallıqların
yaradıcısı, Prezident İlham Əliyevi isə
sözünün sahibi, öhdəliklərinə qəti
bağlı olan, güvənilən və qlobal siyasətə
ciddi təsir imkanlarına malik olan lider kimi qəbul edir.
Müasir geosiyasi həssas dönəmdə isə məhz bu
amillərə xüsusi önəm verilməsi deməyə əsas
verir ki, Azərbaycanla Çin arasında qurulan strateji tərəfdaşlıq
qlobal miqyasda çox ciddi perspektivlər vəd edir.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.- 11 iyul (№ 143).- S.6.