Azərbaycan
Asiyadan Avropaya yalnız yüklərin deyil, yaşıl enerjinin də tranzit nəqlində aparıcı rol oynayacaq
Azərbaycan Avropa
ilə Asiya arasında olduğu kimi, Türk dövlətləri arasında
da körpü rolunu oynayır. Bu baxımdan, Türk Dövlətləri
Təşkilatının (TDT) Dövlət başçılarının
qeyri-rəsmi Zirvə
görüşünün Şuşada keçirilməsi
təsadüfi xarakter
daşımır. Azərbaycan
Mərkəzi Asiyanı
Türkiyə, Gürcüstan,
Qara dəniz və Şərqi Avropa ilə birləşdirdiyi üçün
mühüm tranzit qovşağı rolunda çıxış edir.
Ölkəmizin tranzit
rolu təkcə Bakı-Tbilisi-Qars dəmir
yolunun fəaliyyəti
ilə məhdudlaşmır.
Azərbaycan Mərkəzi
Asiya ölkələrinin
enerji ixracında da mühüm tranzit mövqeyinə malikdir. Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar enerji böhranı yaşayan Avropa Azərbaycanla yanaşı, Mərkəzi
Asiya respublikalarında
istehsal olunan yaşıl enerjiyə də ehtiyac duyur.
Xatırladaq ki,
2023-cü ilin dekabrında
Bakıda Azərbaycan,
Qazaxıstan və Özbəkistan arasında
Mərkəzi Asiya ölkələrindən Azərbaycan
ərazisi vasitəsilə
Avropaya elektrik enerjisinin ixracı perspektivlərinin müzakirə
edildiyi üçtərəfli
görüşün nəticəsi
olaraq birgə kommünike imzalanıb. Sənəddə bərpaolunan
enerji mənbələrinə
fokuslanan enerji mübadiləsi, yaşıl
hidrogen və yaşıl ammonyakın inkişafı və ixracı, müvafiq infrastrukturun yaradılması
sahəsində əməkdaşlıq
kimi məsələlər
əks olunub. Kommünikedə, həmçinin
Xəzər-Qara dəniz-Avropa
ixrac dəhlizinin birgə layihəsi və Naxçıvan-Türkiyə-Avropa
enerji dəhlizinin perspektivləri göstərilib.
Buna görə də Prezident İlham Əliyevin TDT Şuşadakı Zirə
görüşündə çıxışında söylədiyi
“Enerji sahəsində
strateji tərəfdaşlığımız,
o cümlədən bərpaolunan
enerji və enerji səmərəliliyi
sahəsində əməkdaşlığımız
çox əhəmiyyətlidir.
Xəzər dənizi
vasitəsilə Azərbaycan
ərazisindən Avropa
və Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yaratmaq məqsədi daşıyan “Rəqəmsal
İpək Yolu” layihəsi də mühüm təşəbbüslərdən
biridir” fikirləri onunla əsaslanır ki, Özbəkistanın və Qazaxıstanın Avropaya enerji ixracı üçün
böyük potensialları
var. Beynəlxalq Enerji Agentliyinin hesabatına görə, Özbəkistanın illik
tələbatdan 30 dəfə
çox - 2091 milyard kilovat-saat elektrik enerjisi istehsal etmək imkanı var. Özbəkistanın iqlimi ildə 320 günəşli gündən
ibarətdir ki, bu da böyük
həcmdə alternativ
enerji istehsalına imkan yaradır. Ölkənin Surxandərya,
Buxara, Kaşkadərya
vilayətləri coğrafi
baxımdan elə iqlim qurşağında yerləşir ki, bu regionlarda ümumilikdə 2058 milyard
kilovat-saat Günəş
enerjisi hasil etmək olar. BMT-nin yaşıl enerjinin inkişafına dair hazırladığı
hesabatda vurğulanır
ki, Özbəkistanın
şimal-qərb və
cənub-qərb əraziləri
9,9 milyarda kilovat-saat külək enerjisi istehsal etmək iqtidarındadır.
Son 5 ildə Özbəkistan Prezidenti yaşıl enerjinin inkişaf etdirilməsi üçün 15 sərəncam
imzalayıb. Hökumət
yaşıl enerji potensialını düzgün
qiymətləndirərək müxtəlif xarici şirkətlərlə 21 müqavilə
imzalayıb. Bu gün Özbəkistanda yaşıl enerji istehsalı ilə əlaqədar olaraq 19 layihə icra olunur.
Qazaxıstanın Energetika
Nazirliyinin məlumatına
əsasən, hazırda
ölkədə alternativ
enerji istehsal edən 133 müəssisə
var. Bunlardan 48-si külək, 43-ü Günəş,
39-u su, 3-ü bioqaz elektrik stansiyalarıdır.
Bu müəssisələrin
ümumi istehsal gücü 2,5 giqavatdır.
2023-cü ilin ikinci yarısında bu stansiyalarda ümumilikdə
3,35 milyard kilovat-saat enerji istehsal olunub.
BMT-nin Sənayenin
İnkişafı bölməsinin
(UNİDO) hesabatına əsasən,
Qazaxıstan planetimizin
şimal yarımkürəsinin
külək axınları
olan regionunda yerləşdiyi üçün
böyük həcmdə
külək enerjisi istehsal etmək potensialına malikdir. Təşkilatın ekspertləri
bu potensialın 1820 milyard kilovat-saat olduğunu qeyd ediblər. Qazaxıstan hökuməti 2030-cu ilə
kimi ölkənin 46 rayonunda ümumilikdə 1 milyon kilovat-saat külək enerjisi istehsal edəcək stansiyalar quraşdırmağı
planlaşdırıb və
artıq bu istiqamətdə işlər
davam edir. Qazaxıstanda ildə 3000 saat Günəş işığının olması
irihəcmli Günəş
enerjisi istehsal etmək üçün şərait yaradır. Ölkədə 1 milyard giqavat-saat Günəş
enerjisi istehsalı potensialı var.
Göründüyü kimi, Mərkəzi Asiyanın bu iki ölkəsinin böyük alternativ enerji istehsalı potensialı onun ixracı məsələsinin
zəruriliyini meydana çıxarır. Xəzər
dənizi vasitəsilə
Azərbaycan ərazisindən
Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yalnız TDT-yə daxil olan
ölkələrin deyil,
bütün region dövlətlərinin iqtisadiyyatına
böyük təkan olacaq. Belə qlobal xarakterli layihələrin reallaşdırılması
Azərbaycanın həyata
keçirdiyi praqmatik siyasətin nəticəsidir.
Türk dövlətlərinin
qarşılıqlı faydalı
əməkdaşlıq əlaqələri
yaxın gələcəkdə
böyük ittifaqın
yaranmasına və qlobal xarakterli geosiyasi proseslərdə nüfuz etmək imkanı verəcək. Azərbaycan Asiyadan Avropaya yalnız yüklərin deyil, eləcə də enerjinin tranzit nəqlində aparıcı
rol oynayacaq.
Azərbaycan.-2024.-
11 iyul (№ 143).- S.7.