Ürəkaçan mənzərələr

 

 

Ölkəmizin cənub bölgəsində turizmin daha da inkişafı üçün potensial böyükdür

 

 

 

Vətənimiz Azərbaycan ərazisinə əhalisinin sayına görə o qədər böyük olmasa da, Yaradan ondan heç nəyini əsirgəməyib. Yer kürəsində mövcud olan 11 iqlim tipindən 9-u respublikamızdadır. Dağları, meşələri, çayları, gur şəlalələri, müalicə əhəmiyyətli mineral suları, çoxlu sayda digər təbii sərvətləri, bir düşmənə gözdağı olan mavigözlü Xəzəri var yurdumuzun. Bütün bunlar ölkəmizin həm geniş turizm potensialı olduğunun real göstəriciləridir.

Uzun illər işğal altında olan torpaqlarımız düşmən tapdağından artıq azad edilib. İndi bu yerlərdə, xüsusən Şuşada ardıcıl olaraq beynəlxalq əhəmiyyətli tədbirlər keçirilir. Qarabağa Şərqi Zəngəzura səfər edən dövlət başçıları, diplomatik korpusların nümayəndələri, mədəniyyət xadimləri, adamları buranın təkrarsız gözəlliklərini görüb heyran olur, yağı düşmən tərəfindən dağıdılmış, viran qoyulmuş tarixi abidələrimizi, milli-mənəvi dəyərlərimizi, məscidlərimizi ürək ağrısı ilə seyr edirlər. Bu dağıntıların fonunda yenidən qurulan şəhər kəndləri, çəkilən yolları, tunelləri, salınan körpüləri sürətlə inşa olunan digər infrastrukturları görüb  ölkəmizin qüdrətinə, xalqımızın qeyrətinə, vətənpərvərliyinə əhsən deyirlər. Bəli, çox çəkməyəcək, tərkibindəki minerallarla şöhrət tapmış Karlovı Varı, Yessentuki digər məşhur sulardan geri qalmayan Kəlbəcərin "İsti su"yu insanlara şəfa verəcək. Yenə buraya ölkəmizin dünyanın hər yerindən axın-axın insanlar gələcək. Yenə bu yerlərin çal-çağırlı günləri başlayacaq.

Respublikamızın qərb, eləcə şimal bölgəsinə, Gəncəyə, durnagözlü Göy gölə, İsmayıllıya, Qusara, Zaqatalaya, Qaxa, Qubaya, Şabrana istirahətə gələn yerli xarici turistlərin sayı ildən-ilə artmaqdadır. Vətənimizin dilbər guşəsi olan cənub bölgəsinin - Lənkəranın, Astaranın, Lerikin, Masallının da bu sırada öz yeri var.

Yerli əcnəbi turistlərin diqqətini cənub bölgəsinə cəlb edən bir neçə faktor var. Talış dağları Xəzər dənizi ilə əhatə olunmuş bölgənin zəngin tarixi, özünəməxsus mədəniyyəti, əsrarəngiz təbiəti, ləziz mətbəxi s. bu amillərdən ilk yada düşənləridir. Bütün bunlardan əlavə, bölgəyə üz tutan turistlərə daha yüksəksəviyyəli xidmətləri təmin etmək məqsədilə mütəmadi olaraq hotellərin monitorinqləri təşkil olunur. Eyni zamanda yerləşmə obyektlərində xidmət səviyyəsinin qaldırılması ilə bağlı Milli Ulduz təsnifatına uyğun olaraq, hotellər müvafiq standartları təmin edir uyğun ulduzları alırlar. Yerləşmə obyektlərinn turizm reyestri turizm təsnifatından keçmələri təmin edilir.

Lənkəranda xüsusilə son il ərzində yol infrastrukturunda aparılan quruculuq-abadlıq işləri turistlər üçün əlçatanlığı təmin edib. Flora fauna aləminin zənginliyinə görə fərqlənən Qızılağac Milli Parkı sıx yarpaqlarla örtülmüş meşələrdən ibarət Hirkan Milli Parkı regionun incilərindəndir. Mavigözlü Xəzər dənizi zümrüd rəngli Hirkan meşələri misilsiz gözəlliyi ekoloji əhəmiyyəti olan təbiət möcüzələridir. Ümumdünya İrs Komitəsinin 2023-cü ildə təşkil olunan 45-ci sessiyasında "Azərbaycanın Hirkan meşələri" nominasiyası UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Heç təsadüfi deyildir ki, Hirkan Milli Parkında olan Xanbulançay dəryaçasını gündə minlərlə turist ziyarət edir.

Lənkəran Astara rayonları naringi, portağal, limon, feyxoa, kivi, kinkan s. sitrus meyvələri, ləziz yerli mətbəxin toyuq ləvəngisi, balıq sırdağı, murqutuş, çölmə kabab, turş kabab, boranıplov, Lənkəran dovğası, qoz küküsü s. yeməkləri, eləcə Azərbaycanda çayçılığın çəltikçiliyin mərkəzi kimi tanınır. Yay aylarında buraya səyahət edərkən heç düşünmədən yerli çimərliklərə yollana bilərsiniz. Xəzərin göz yaşı kimi dumduru sularında üzmək, yaxud müalicəvi əhəmiyyətə malik qara qumlu çimərliklərində mükəmməl şəkildə istirahət etmək olar. Gözəl təbii landşaftı, isti soyuq mineral suları, əlverişli iqlim şəraiti inkişaf etmiş nəqliyyat şəbəkəsi regionda kurort turizmin inkişafı üçün əlverişli şərait yaradır. Gözəl təbiətin əhatəsində termal su bulaqlarından tutmuş dəbdəbəli istirahət komplekslərinə qədər hər bir şəraiti olan struktur insanlara öz xidmətlərini təklif edir.

Cənub zonasının multikultral mədəniyyəti, adət-ənənələri folkloru bu gün yaşadılır. Turistlər lənkəranlı "Nənələr" folklor qrupuna qonaq olub talış nəğmələrini dinləyə milli-etnik folklorla yaxından tanış ola bilərlər. Burada yeni yaradılmış Monterey Parkı, yenilənmədən sonra yeni simada turistlərə təqdim olunan "Mona Hotel"i qeyd etmək olar.

Ənənəvi hotellərlə yanaşı, turistlərə təqdim olunan kənd qonaq evlərinin sayı da gündən-günə artmaqdadır. Dövlət tərəfindən bu istiqamətdə zəruri işlər görülür, kənd evlərinin tələbatları qiymətləndirilərək, ev sahibləri lazım olan avadanlıqlarla təmin olunurlar. Bu da öz növbəsində kənd yerlərində əhalinin məşğulluq məsələsinə müəyyən töhfə verir.

Cəmi bir saata Lənkərandan gözəl mənzərəli dolama yollarla Lerikin dağ kəndlərinə getmək olar. Burada şəhərin səs-küyündən dincələ Talış dağlarının gözəlliyindən həzz ala bilərsiniz. Talış dağlarındakı hündür ərazidə yerləşən sakit Lerik rayonu gözoxşayan meşələr, çaylar şəlalələrlə əhatə olunub. Məlumdur ki, Lerik uzunömürlülər diyarı adlanır. Bölgənin suyu, havası bitkiləri o qədər cəlbedicidir ki, insanlarda bu mühitin müalicəvi əhəmiyyəti olduğuna əminlik yaranır. Əslində, Lerikin yerli sakinlərinin əksəriyyəti 100 ildən artıq yaşayır. Onların arasında xüsusilə seçilən uzunömürlü Barzavu kənd sakini, 168 il yaşamış Şirəli Müslümov olub. Rayonda uzunömürlülərə həsr edilmiş muzey yaradılıb. Odur ki, uzun sağlam yaşamağın sirrini öyrənmək istəyirsinizsə, Lerikə getməyi qaçırmayın.

Lənkərana qısa məsafədə yerləşən Astara son illərdə turizm baxımından sıçrayış etmişdir desək, yanılmarıq. Kənd turizminə göstərilən dəstəyin nəticəsində Astaranın dağ kəndi Sım Azərbaycanda ən çox ziyarət olunan turizm məkanlarından birinə çevrilmişdir. Burada son il ərzində nişanlanma işarələnmə işləri bu məkanı turistlər üçün daha əlçatan etmişdir. Son illər ərzində Astara şəhərinin dənizkənarı zolağı da turizm mərkəzinə çevrilmişdir burada hər il yeni-yeni turizm yerləşmə obyektləri qonaqların istifadəsinə verilir.

Masallıda da turizm cənub zonasının digər rayonlarında olduğu kimi, inkişaf yolundadır. Qalır ki, turistlərə xoş istirahətlər, turizmlə məşğul olan əməkçilərə isə öz işlərində uğurlar arzu edək.

 

Seyran CAVADOV,

Azərbaycan.-2024.- 11 iyul (№ 143).- S.9.