Monqolustanın
Prezidenti Zati-aliləri
cənab Uxnaaqiyn Xurelsuxa
Hörmətli cənab
Prezident,
Monqolustanın milli
bayramı münasibətilə
Sizə və bütün xalqınıza
öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
İnanıram ki,
Azərbaycan ilə Monqolustan arasında münasibətlərin inkişafı,
əməkdaşlığımızın
həm ikitərəfli,
həm də çoxtərəfli müstəvidə
genişləndirilməsi yolunda
birgə səylərimizi
bundan sonra da davam etdirəcəyik.
Bu əlamətdar
gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
dost Monqolustan xalqına daim əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
8 iyul 2024-cü il
Azərbaycan.-2024.-
12 iyul (№ 144).- S.7.