MSK seçkilərlə
bağlı genişmiqyaslı
maarifləndirmə kampaniyasına
başlayıb
Bu il sentyabrın 1-nə təyin
olunmuş Azərbaycan
Respublikasının Milli
Məclisinə növbədənkənar
seçkilərin yüksək
səviyyədə təşkili,
azad, ədalətli və şəffaf keçirilməsi, eləcə
də müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi
və məlumatlandırılması
məqsədilə Mərkəzi
Seçki Komissiyası
genişmiqyaslı kampaniyaya
başlayıb.
İyulun 10-da ölkə
üzrə bütün
dairə seçki komissiyalarının sədrləri
üçün müşavirə
təşkil olunub. Bu, dövlət başçısının müvafiq
sərəncamı ilə
təsdiq edilmiş
"Azərbaycan Respublikasında
insan hüquq və azadlıqlarının
müdafiəsinin səmərəliliyini
artırmaq sahəsində
Milli Fəaliyyət Proqramı" rəhbər
tutulmaqla hazırlanan və seçki iştirakçıları üçün
müxtəlif istiqamətləri
əhatə edən maarifləndirmə proqramına
uyğun olaraq, keçirlən ilk tədbirdir.
Xatırladaq ki,
Azərbaycan Prezidenti iyunun 28-də altıncı
çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin
təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla
altıncı çağırış
Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar
seçkilər təyin
olunub. Mərkəzi Seçki Komissiyasının
sədri Məzahir Pənahov müşavirədə
bildirib ki, bu prosesə məsul orqan - MSK fəaliyyətə başlayıb.
Tədbirlər planı
hazırlanaraq ictimailəşdirilib.
MSK işlərini təqvim
planına uyğun qurur.
Milli
Məclisə seçkilər
ilk dəfə ölkəmizin bütün
suveren ərazilərində
keçiriləcək. M.Pənahov
parlament seçkilərinin
keçirilməsi üçün
ölkədəki 125 seçki
dairəsi üzrə
6400-dən çox seçki
məntəqəsində seçicilərin
səsverməsi üçün
bütün lazımi
şərait yaradıldığını
deyib: "Cari il fevralın 7-də prezident seçkiləri müstəqil Azərbaycan
tarixində ilk dəfə bütün ölkə ərazisində
keçirildi. Biz bu seçkini "Zəfər seçkisi"
adlandırdıq. Sentyabrın
1-də keçiriləcək parlament seçkilərində
də işğaldan azad edilmiş bölgələrdə yaşayan
vətəndaşlar ilk
dəfə səs verəcəklər". MSK sədri
prezident seçkilərində
işğaldan azad olunmuş bölgələrdə
daimi əsaslarla 26 seçki məntəqəsi
yaradıldığını xatırladıb: "Eyni zamanda müvəqqəti əsaslarla yaradılan məntəqələrimiz də
var idi. Ümumilikdə işğaldan
azad edilmiş ərazilərdə 47 məntəqə
fəaliyyət göstərirdi.
Parlament seçkilərində
həmin bölgələrdə
məntəqələrin sayı
kifayət qədər
artacaq".
M.Pənahov nəzərə
çatdırıb ki,
Seçki Məcəlləsinin
tələblərinə görə,
beynəlxalq müşahidəçiləri
dəvət etmək üçün Azərbaycanda
üç səlahiyyətli
qurum var, bunlar Milli Məclis,
Xarici İşlər
Nazirliyi və Mərkəzi Seçki Komissiyasıdır. Milli Məclis beynəlxalq miqyasda parlament nümayəndə heyətlərini,
XİN ali müşahidəçiləri
dəvət edir. Seçki ilə bağlı əməkdaşlıq
etdiyimiz qurumlar isə Mərkəzi Seçki Komissiyası tərəfindən dəvət
olunur. MSK sədri deyib ki, geniş
coğrafiyanı əhatə
edən beynəlxalq müşahidəçilər üçün dəvətlər
göndərilir.
"Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərin hazırlanması
və keçirilməsi
prosesində yerli icra orqanlarının vəzifələri və
onların seçki komissiyalarının qarşılıqlı
fəaliyyəti" mövzusunda
çıxış edən
Azərbaycan Respublikası
Prezidentinin köməkçisi
- Prezident Administrasiyasının
Ərazi-təşkilat məsələləri
şöbəsinin müdiri
Zeynal Nağdəliyev
keçiriləcək növbədənkənar
parlament seçkilərini
ölkəmizin ictimai-siyasi
həyatında ikinci ən böyük mühüm hadisə kimi dəyərləndirib.
Qeyd edib ki, bundan əvvəl
Azərbaycan xalqı prezident seçkilərində
layiqli namizədinə
səs verib və fevralın 7-də keçirilmiş prezident seçkiləri müstəqil
Azərbaycanın tarixinə
qızıl hərflərlə
yazılıb. Prezidentin
köməkçisi deyib
ki, Seçki Məcəlləsinin tələblərinə
uyğun olaraq, parlament seçkilərinində
mütəşəkkil qaydada,
azad və şəffaf şəkildə
keçirilməsi təmin
edilməlidir.
O, işğaldan azad
edilmiş ərazilərdə
əvvəlcə 26 seçki
məntəqəsi olduğu
halda, indi daha 8 seçki məntəqəsi yaradıldığnı
açıqlayıb. Ölkə
üzrə 125 seçki
dairəsində səsvermə
hüququna malik olan şəxslərin sayının bu ilin 28 iyun tarixinə
6 milyon 334 min 444 nəfər təşkil etdiyini, seçkilərədək
seçicilərin siyahısının
dürüstləşdirilməsinin vacibliyini vurğulayıb.
Həmçinin avqustun
9-dək seçki dairələri
üzrə açıq
və qapalı yerlərin müəyyənləşdirilməsinin
başa çatdırılacağını
deyib.
Prezidentin köməkçisi
seçki komissiyalarının
rəhbərlərinə tövsiyə
edib ki, hər hansı mənfi hallar aşkarlandıqda müvafiq
ünvanlara müraciət
etsinlər.
"Seçki hüququnun
konstitusion əsasları,
Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərdə seçki
hüququnun realizə
mexanizmləri" mövzusunda
çıxış edən
Konstitusiya Məhkəməsinin
sədri Fərhad Abdullayev seçki prosesinin doğru, şəffaf və açıq-aydın keçirilməsinin
əsas amillərdən
biri olduğunu vurğulayıb: "Seçki
prosesində məhkəmələrin
iştirakını siyasi
çərçivədə qiymətləndirmək olmaz.
Məhkəmələrin prosesdə
iştirakı ona hesablanıb ki, cəmiyyət və dövlət insanların seçki hüququnun təmin edilməsində maraqlıdır. Qanuna riayət etmək seçkilərin uğurlu
keçirilməsi üçün
ən vacib məqamlardan biridir".
Baş prokurorun
birinci müavini Elçin Məmmədov
"Seçki iştirakçılarının
hüquqlarının pozulması
və qanunvericiliklə
müəyyənləşdirilmiş məsuliyyət tədbirləri"
mövzusunda çıxış
edib. O, seçki prosesində prokurorluq orqanlarının fəaliyyətindən, maarifləndirmə
tədbirlərinin əhəmiyyətindən
danışıb. Bildirib
ki, Seçki Məcəlləsinin tələblərinə
uyğun olaraq, seçki komissiyalarının
işinə müdaxilə
edənlər cinayət
məsuliyyətinə və
inzibati məsuliyyətə
cəlb olunurlar: "Bunun üçün konkret qayda və
normalar var. Məcəllənin 112-ci maddəsinə
uyğun olaraq seçicilərin və namizədlərin seçki
hüquqlarının pozulduğu
halda müvafiq quruma şikayət etmək hüququ var".
Ədliyyə nazirinin
müavini Abiddin Hüseynov "Azərbaycan
Respublikasının Milli
Məclisinə seçkilərdə
ədliyyə orqanlarının
rol və vəzifələri" mövzusunda
fikirlərini bölüşüb.
Bildirib ki, nazirliyin seçki prosesində vəzifələrindən
biri də penitensiar müəssisələrdə
olanların seçki
prosesində iştirakının
təmin edilməsidir.
O, Azərbaycanda penitensiar
müəssisələrdə cəza çəkən məhkumların səsvermə
hüququnun tam təmin edildiyini bildirib.
Nazir müavini
seçki siyahılarının
dürüstləşdirilməsində Ədliyyə Nazirliyinin də iştirakını
qeyd edib. Məlumatlar Səhiyyə
Nazirliyi ilə əlaqəli şəkildə
reyestrdə yoxlanılır.
A.Hüseynov onu da deyib ki,
notariat ofisləri də seçki prosesində sənədlərin
təsdiqlənməsi və
digər aidiyyəti proseslərdə iştirak
edirlər.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2024.-
12 iyul (№ 144).- S.7.