MSK Milli Məclisə seçkilərlə əlaqədarNamizədlər üçün yaddaşkitabçası hazırlayıb

 

 

Mərkəzi Seçki Komissiyası (MSK) 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsindəNamizədlər üçün yaddaşkitabçası hazırlayıb.

MSK Katibliyinin Media kommunikasiya şöbəsindən bildiriblər ki, layihənin həyata keçirilməsində başlıca məqsəd qarşıdan gələn seçkilərdə deputat seçilmək niyyətində olan vətəndaşların məlumatını artırmaq, passiv seçki hüquqlarının reallaşdırılmasında onlara metodiki yardım göstərmək fəaliyyətlərinin daha da asanlaşdırılmasına imkan yaratmaqdır.

Nəşrdə deputatlığa namizədliyin irəli sürülməsi qeydə alınması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş prosedurlar atılası addımlar, sənədlərin təqdim edilməsi üçün müəyyənləşdirilmiş müddətlər qaydalar, habelə namizədlərin hüquq vəzifələri aydın, ətraflı şəkildə göstərilib.

Yaddaş kitabçası Azərbaycan Respublikasının Seçki Məcəlləsi Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.

Namizədlər üçün yaddaşkitabçasını aşağı seçki komissiyalarından, eləcə Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək olar.

 

Azərbaycan.-2024.- 12 iyul (№ 144).- S.7.