Qarabağ türk dünyasının əbədi dostluğunun rəmzinə çevrilir

 

 

Dünyanın nəhəng siyasi-iqtisadi güc mərkəzləri ilə müstəqil  münasibət  qurmağı planlaşdıran rəsmi Bakı Prezident İlham Əliyevin balanslaşdırılmış xarici siyasəti nəticəsində qlobal hədəfə sürətlə yaxınlaşmaqdadır. Məhz belə bir geopolitik geoiqtisadi taktika ölkəmiz qarşısında inkişaf perspektivlərini genişləndirərək  Azərbaycanın bütün dünyaya açılmasını təmin edir.

İndi həm Avropa, həm Asiya dövlətləri ölkəmizin qlobal miqyasda əsas rolunu dərk etməkdədirlər. Bu, bir reallıqdır ki, Azərbaycan artıq  Qərbdən Şərqə doğru böyük bir çoğrafiyada, bütün beynəlxalq istiqamətlər üzrə fəal tərəfdaşlıq fəaliyyəti ilə prioritetlərini tamamilə təmin edir, həm geopolitik, həm geoiqtisadi məkanda yeni dünya düzəninin qurulmasında həlledici rol oynaya biləcək gücdə olduğunu təsdiq edir.

Avropa Birliyi ilə enerji resurslarının nəqli sahəsində genişmiqyaslı əməkdaşlıq edən, bu qitənin əsas enerji resursları təchizatçıları sırasında yer alan Azərbaycan Qərblə yanaşı, Şərqlə geopolitik geoiqtisadi yaxınlaşmaya maraqlı olduğunu nümayiş etdirir. İrihəcmli geoiqtisadi mənfəət vəd edən bu  cür önəmli  geopolitik balanslaşdırma ilə ölkəmiz həm mütləq müstəqilliyini təmin edə bilir.

Bakının bu cür düşünülmüş geopolitik geoiqtisadi manevrləri Azərbaycanın  Qərblə Şərq arasında artıq əsas tranzit qovşağına çevrildiyini göstərir. Nəzərə alsaq ki, Çin Avropa Birliyi ölkələrinə Azərbaycan üzərindən yükdaşımalara start verib, onda Çinin Orta dəhlizdən istifadə etməkdə birbaşa marağının olduğunu deyə bilərik.

Azərbaycanla strateji tərəfdaşlıq barədə saziş imzalayan rəsmi Pekin Cənubi Qafqazın lider dövlətinə Şərqlə Qərb arasında tranzit qovşağına böyük önəm verdiyini rəsmi şəkildə təsdiqləyib.

Xatırladaq ki, Azərbaycan ŞƏT-in son iki Zirvə toplantısına dəvət olunub. Eyni zamanda ŞƏT-in aparıcı təmsilçisi gələn il bu quruma sədrlik edəcək Çin Azərbaycanı üçüncü dəfə Zirvə toplantısına dəvət edib. Bu önəmli məqam respublikamızın ŞƏT üçün vacib ölkəyə çevrildiyini bu qurumun üzvü olan dövlətlərlə inkişaf edən tərəfdaşlığının mövcudluğunu göstərir. "Şərq-Qərb" "Şimal-Cənub" nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət isə Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın ən vacib sahəsi hesab olunur. Azərbaycanın BRİCS-ə üzvlük niyyətini bəyan etməsini alqışlayan rəsmi Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) hüquqi statusunun artırılmasının vacibliyini birmənalı şəkildə vurğulayir. Hadisələrin gedişi ölkəmizin yaxın gələcəkdə əsasən geoiqtisadi faktorlar üzərindən fəaliyyət göstərən ŞƏT-in sıralarında yer ala biləcəyini deməyə əsas verir.

Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü "Çoxtərəfli dialoqun möhkəmləndirilməsi - davamlı sülhə inkişafa nail olmaq" mövzusuna həsr olunmuşdu. Burada ŞƏT-in bir çox aktual məsələ ilə bağlı mövqeyi ortaya qoyuldu, təşkilatın fəaliyyəti qiymətləndirildi gələcək üçün istiqamətlər müəyyənləşdirildi.

Qazaxıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə sammitinin ardınca bütün dünyanın gözü Azərbaycana dikildi. Çünki Türk Dövlətləri Təşkilatının liderləri Azərbaycanda növbəti Zirvə görüşü keçirirdilər. Ümumiyyətlə, bu beynəlxalq tədbirin ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi məhz Azərbaycanın təşəbbüsüdür. bu, rəsmi Bakının siyasi-ideoloji prioritetləri sırasında ön planda yer alır. Qeyd etmək yerinə düşər ki, hər iki tədbirdə türk dünyasının böyük bir ailəyə, güc mərkəzinə çevrildiyini, yeni tarixi reallıqlar müstəvisində əsrimizin "türk dünyası əsri"nə doğru uğurla irəlilədiyini gördük. Şuşada keçirilən Zirvə toplantısında Türk İttifaqı yeni beynəlxalq güc mərkəzinə çevrilmək niyyətini birmənalı şəkildə bəyan etdi.

Türk dövlətləri ilə əlaqələrin dərinləşdirilməsi, türk dünyasının Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetidir. Rəsmi Bakının prinsipial mövqeyi ondan ibarətdir ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında real güc mərkəzlərindən birinə çevrilsin.

Sammitdə Qarabağın gələcəkdə türk dünyasının əbədi dostluğunun həqiqi rəmzinə çevriləcəyi mesajı verildi. Ən mühümü isə gələcəkdə Qarabağ siyasi dialoq məkanına çevrilə bilər. Şuşa Zirvə görüşünün Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında əməkdaşlıq əlaqələrinin inteqrasiyanın daha da gücləndirilməsi, həmin ölkələrlə bağlı vacib məsələlərin müzakirəsi üçün mühüm platforma olacağı heç bir şübhə doğurmur.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2024.- 12 iyul (№ 144).- S.8.