Türkiyəli ekspert: Qarabağ Bəyannaməsi TDT-nin artan nüfuzunun təzahürüdür

 

Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü regional sülh əməkdaşlıq baxımından tarixi əhəmiyyət kəsb edir bu amil yekun Qarabağ Bəyannaməsində öz əksini tapıb.

 

AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyə Odalar Birjalar Birliyinin (TOBB) Ankara İqtisadiyyat Texnologiya Universitetinin dosenti Ali Oğuz Diriöz “Independent Türkçenəşrində dərc olunan “TDT-nin artan rolusərlövhəli məqaləsində bildirib.

Ekspert Qarabağ Bəyannaməsini Mərkəzi Avropadan Çin sərhədinə qədər geniş ərazidə dövlətlərin gələcək inkişafı üçün konsepsiya adlandırıb. “Bu sənəd türk ölkələrinin Şərqlə Qərbi birləşdirən Orta Dəhliz marşrutu üzrə əməkdaşlıq, həmrəylik, sülh sabitliyə töhfə, mütərəqqi sosial-iqtisadi inkişaf əzmini əks etdirir”, -deyə məqalə müəllifi qeyd edir.

Ali Oğuz Diriöz təşkilata üzv ölkələrinGücümüz birlikdədirprinsipinə sadiqliyinə əsaslanan fəaliyyəti sayəsində TDT-nin artan nüfuzuna diqqət çəkib. “Qarabağ Bəyannaməsi həm ortaq mədəni irsə malik dövlətlərin qarşılıqlı fəaliyyət həmrəyliyin dərinləşdirilməsi siqnalıdır. Bu cür əməkdaşlıq təkcə siyasi mədəni müstəvidə deyil, həm texnologiya, elm, nəqliyyat, logistika enerji sahələrində perspektivlidir”, - deyə ekspert vurğulayır.

Diriöz TDT ölkələri liderlərinin imzaladığı Bəyannaməni siyasi iqtisadi qeyri-sabitlik müharibələr fonunda Türk Dövlətləri Təşkilatının artan təsirinin göstəricisi adlandırıb. TOBB İqtisadiyyat Texnologiya Universitetinin dosenti əmin olduğunu bildirib ki, regionda sabitliyin sülhün bərpası məsələləri tezliklə mühüm beynəlxalq dialoq platforması kimi TDT çərçivəsində müzakirə olunacaq.

Türkiyəli ekspert əmindir ki, TDT həm NATO, İƏİT kimi strukturlarla bərabər olmaq üçün Şərq Qərb arasında münasibətləri tarazlaşdırmaq üzrə hər cür şansa malik perspektivli platformadır.

Ekspert Zəngəzur dəhlizi ideyasının həyata keçirilməsinin vacibliyini qeyd edib. Onun fikrincə, bu, təkcə Azərbaycan Ermənistan arasında uzunmüddətli sülh sabitliyin təmin edilməsinə töhfə verməyəcək, həm Türkiyə, Ermənistan Azərbaycan arasındasülh dəhlizinəçevriləcək. “Cənubi Qafqazın iki ölkəsi bu fürsətdən istifadə etməlidir. Alternativ ticarət yolları bütövlükdə regionun inkişafına güclü təkan vermək potensialına malikdir”, - deyə məqalədə qeyd edilir.

Məqalədə bu gün Türkiyədə tətbiq olunan, TDT-ə üzv digər ölkələrdə əsas götürülə bilən bununla da bənzər tərəfdaşlıq sistemi yarada bilən ciddistandartlarına diqqət yetirilir. Ekspert vurğulayıb: “Bütün bunlar daha çox sayda xarici investorun diqqətini TDT-nin ortaq bazarına cəlb edəcək, türk ölkələrinin sahibkarları ilə ABŞ, Avropa, Yaponiya, Koreya digər dövlətlərin aparıcı şirkətləri arasında əməkdaşlığa yol açacaq”.

Məqalənin müəllifi türk dövlətləri arasında yeni körpülərin qurulmasında universitetlərin roluna da diqqət çəkir. O, Avropa İttifaqı tərəfindən uğurla həyata keçirilənErasmusproqramına bənzər türk dövlətlərinin ali təhsil müəssisələrinin əməkdaşlıq platformasının yaradılması ideyasını perspektivli adlandırıb.

 

Azərbaycan.-2024.- 12 iyul (¹ 144).- S.8.